"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

 

Azərbaycan Respublikasının Qanunu

 

 

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 19-cu bəndini rəhbər tutaraq qərara alır:

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 1, maddə 1 (Cild I); Azərbaycan Respublikasının 2024-cü il 5 aprel tarixli 1127-VIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

 

1. 8.1.3-cü maddəyə "Şurasının Aparatı" sözlərindən sonra ", Naxçıvan Muxtar Respublikasının Bakı şəhərində Daimi Nümayəndəliyi" sözləri əlavə edilsin.

2. 11-ci maddə aşağıdakı redaksiyada verilsin:

 

"Maddə 11. İnzibati yardımçı vəzifələrin təsnifatı

 

11.1. İnzibati vəzifələrin aşağıdakı təsnifatları vardır:

11.1.1. inzibati vəzifələrin ali təsnifatı:

11.1.1.1. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri;

11.1.1.2. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Azərbaycan Respublikası Birinci vitse-prezidentinin fəaliyyətini təmin edən struktur bölmənin rəhbəri;

11.1.1.3. Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən digər orqanların rəhbərləri;

11.1.1.4. Azərbaycan dövlətinin başçısının icra səlahiyyətlərini həyata keçirən orqanın Aparatının rəhbəri;

11.1.1.5. Azərbaycan Respublikası Milli Məclisi Aparatının rəhbəri;

11.1.1.6. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Aparatının rəhbəri Azərbaycan Respublikası Ali Məhkəməsi Aparatının rəhbəri;

11.1.2. inzibati vəzifələrin birinci təsnifatı:

11.1.2.1. Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında şöbə ya ona bərabər tutulan digər struktur bölmə rəhbəri;

11.1.2.2. Azərbaycan Respublikası Prezidentinin köməkçisi;

11.1.2.3. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında şöbə ya ona bərabər tutulan digər struktur bölmə rəhbəri;

11.1.2.4. Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi;

11.1.2.5. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi;

11.1.2.6. Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi;

11.1.2.7. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Azərbaycan Respublikası Birinci vitse-prezidentinin fəaliyyətini təmin edən struktur bölmə rəhbərinin müavini;

11.1.2.8. Azərbaycan Respublikası Birinci vitse-prezidentinin köməkçisi;

11.1.2.9. Azərbaycan Respublikası vitse-prezidentinin köməkçisi;

11.1.2.10. Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən digər orqanların rəhbərlərinin müavinləri;

11.1.2.11. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında şöbə ya ona bərabər tutulan digər struktur bölmə rəhbərinin müavini;

11.1.2.12. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini;

11.1.2.13. Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini;

11.1.2.14. Azərbaycan dövlətinin başçısının icra səlahiyyətlərini həyata keçirən orqanın Aparatı rəhbərinin müavini həmin orqanın Aparatında şöbə ya ona bərabər tutulan digər struktur bölmə rəhbəri;

11.1.2.15. Azərbaycan Respublikası Milli Məclisi Aparatı rəhbərinin müavini Azərbaycan Respublikası Milli Məclisinin Aparatında şöbə ya ona bərabər tutulan digər struktur bölmə rəhbəri;

11.1.2.16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Ali Məhkəməsinin aparatları rəhbərlərinin müavinləri, habelə həmin dövlət orqanlarının aparatlarında şöbə ya ona bərabər tutulan digər struktur bölmə rəhbəri;

11.1.2.17. 1-ci kateqoriya dövlət orqanları aparatlarının rəhbərləri;

11.1.3. inzibati vəzifələrin ikinci təsnifatı:

11.1.3.1. Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin köməkçisi;

11.1.3.2. Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən digər orqanlarda struktur bölmə (şöbə) rəhbəri onun müavini;

11.1.3.3. Azərbaycan dövlətinin başçısının icra səlahiyyətlərini həyata keçirən orqanın Aparatında şöbə ya ona bərabər tutulan digər struktur bölmə rəhbərinin müavini;

11.1.3.4. Azərbaycan Respublikası Milli Məclisinin Aparatında şöbə ya ona bərabər tutulan digər struktur bölmə rəhbərinin müavini;

11.1.3.5. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Ali Məhkəməsinin aparatlarında şöbə ya ona bərabər tutulan digər struktur bölmə rəhbərinin müavini;

11.1.3.6. 1-ci kateqoriya dövlət orqanlarının aparatları rəhbərlərinin müavinləri həmin orqanların aparatlarında struktur bölmə (şöbə) rəhbəri;

11.1.3.7. Azərbaycan Respublikası Baş nazirinin müşaviri, köməkçisi;

11.1.3.8. Azərbaycan Respublikası Milli Məclisi sədrinin müşaviri, köməkçisi;

11.1.3.9. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Ali Məhkəməsi sədrlərinin müşavirləri, köməkçiləri;

11.1.3.10. Naxçıvan Muxtar Respublikasında 2-ci kateqoriya dövlət orqanları aparatlarının rəhbərləri;

11.1.3.11. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müşaviri, köməkçisi;

11.1.3.12. müvafiq icra hakimiyyəti orqanları yanında yaradılan dövlət agentliklərinin dövlət xidmətlərinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən vəzifəyə təyin vəzifədən azad edilən rəhbərləri;

11.1.3.13. Azərbaycan Respublikasının xarici ölkədə ticarət nümayəndəsi;

11.1.3.14. müvafiq icra hakimiyyəti orqanı rəhbərinin müavini;

11.1.4. inzibati vəzifələrin üçüncü təsnifatı:

11.1.4.1. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında mütəxəssis;

11.1.4.2. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyində mütəxəssis;

11.1.4.3. Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyində mütəxəssis;

11.1.4.4. Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən digər orqanlarda mütəxəssis;

11.1.4.5. Azərbaycan dövlətinin başçısının icra səlahiyyətlərini həyata keçirən orqanda mütəxəssis;

11.1.4.6. Azərbaycan Respublikası Baş naziri müavininin köməkçisi;

11.1.4.7. Azərbaycan Respublikası Milli Məclisinin Aparatında mütəxəssis;

11.1.4.8. Azərbaycan Respublikası Milli Məclisi sədri müavininin köməkçisi;

11.1.4.9. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Ali Məhkəməsinin aparatlarında mütəxəssis;

11.1.4.10. 1-ci kateqoriya dövlət orqanlarında struktur bölmə (şöbə) rəhbərinin müavini;

11.1.4.11. 2-ci kateqoriya dövlət orqanları aparatlarının rəhbərləri onların müavinləri;

11.1.4.12. Naxçıvan Muxtar Respublikasında 2-ci kateqoriya dövlət orqanları aparatları rəhbərlərinin müavinləri həmin dövlət orqanlarında struktur bölmə (şöbə) rəhbəri;

11.1.4.13. müvafiq icra hakimiyyəti orqanları yanında yaradılan dövlət agentliklərinin dövlət xidmətlərinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən   vəzifəyə təyin vəzifədən azad edilən rəhbərlərinin müavinləri;

11.1.4.14. müvafiq icra hakimiyyəti orqanları yanında yaradılan dövlət agentliklərinin dövlət xidmətlərinin rəhbərləri (bu Qanunun 11.1.3.12-ci maddəsi nəzərə alınmaqla);

11.1.4.15. Azərbaycan Respublikası Hesablama Palatası sədrinin Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) müşavirləri, köməkçiləri;

11.1.5. inzibati vəzifələrin dördüncü təsnifatı:

11.1.5.1. 1-ci kateqoriya dövlət orqanlarında mütəxəssis;

11.1.5.2. 2-ci kateqoriya dövlət orqanlarının aparatlarında struktur bölmə (şöbə) rəhbəri onun müavini;

11.1.5.3. Naxçıvan Muxtar Respublikasının Bakı şəhərində Daimi Nümayəndəliyi rəhbərinin müavini;

11.1.5.4. müvafiq icra hakimiyyəti orqanları yanında yaradılan dövlət agentlikləri dövlət xidmətləri rəhbərlərinin müavinləri (bu Qanunun  11.1.4.13-cü maddəsi nəzərə alınmaqla);

11.1.5.5. müvafiq icra hakimiyyəti orqanları yanında yaradılan, rəhbəri rəhbərinin müavinləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən vəzifəyə təyin vəzifədən azad edilən dövlət agentlikləri dövlət xidmətləri aparatlarının rəhbərləri onların müavinləri;

11.1.5.6. Naxçıvan Muxtar Respublikasında 2-ci kateqoriya dövlət orqanlarının aparatlarında struktur bölmə (şöbə) rəhbərinin müavini;

11.1.5.7. müvafiq icra hakimiyyəti orqanları rəhbərlərinin müşavirləri, köməkçiləri;

11.1.5.8. Azərbaycan Respublikası Audiovizual Şurası sədrinin köməkçisi;

11.1.5.9. Naxçıvan Muxtar Respublikası Baş nazirinin müşaviri, köməkçisi;

11.1.5.10. Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) regional mərkəzinin rəhbəri onun müavini;

11.1.5.11. müvafiq icra hakimiyyəti orqanı rəhbərinin müavini;

11.1.6. inzibati vəzifələrin beşinci təsnifatı:

11.1.6.1. 2-ci kateqoriya dövlət orqanlarında mütəxəssis;

11.1.6.2. müvafiq icra hakimiyyəti orqanları yanında yaradılan, rəhbəri rəhbərinin müavinləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən vəzifəyə təyin vəzifədən azad edilən dövlət agentlikləri dövlət xidmətləri rəhbərlərinin müşavirləri, köməkçiləri;

11.1.6.3. Naxçıvan Muxtar Respublikasında 3-cü kateqoriya müvafiq icra hakimiyyəti orqanları aparatlarının rəhbərləri;

11.1.6.4. 3-cü kateqoriya dövlət orqanlarında struktur bölmə (şöbə) rəhbəri onun müavini;

11.1.6.5. 4-cü kateqoriya dövlət orqanlarının - müvafiq icra hakimiyyəti orqanlarının yerli bölmələrinin, müvafiq icra hakimiyyəti orqanları yanında, tabeliyində olan orqanların, müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan orqanların rəhbərləri;

11.1.7. inzibati vəzifələrin altıncı təsnifatı:

11.1.7.1. 3-cü kateqoriya dövlət orqanlarında mütəxəssis;

11.1.7.2. 4-cü kateqoriya müvafiq icra hakimiyyəti orqanının Aparatında struktur bölmə (şöbə) rəhbəri onun müavini;

11.1.7.3. 4-cü kateqoriya dövlət orqanlarının - müvafiq icra hakimiyyəti orqanlarının yerli bölmələrinin, müvafiq icra hakimiyyəti orqanları yanında, tabeliyində olan orqanların, müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan orqanların rəhbərlərinin müavinləri;

11.1.7.4. 5-ci kateqoriya dövlət orqanlarının - müvafiq icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin dövlət xidmətlərinin, onların yanında, tabeliyində olan orqanların yerli bölmələrinin rəhbərləri onların müavinləri;

11.1.8. inzibati vəzifələrin yeddinci təsnifatı:

11.1.8.1. 4-cü 5-ci kateqoriya dövlət orqanlarının - müvafiq icra hakimiyyəti orqanının, müvafiq icra hakimiyyəti orqanlarının yerli bölmələrinin, müvafiq icra hakimiyyəti orqanları yanında, tabeliyində olan orqanların, rayon (şəhər) məhkəmələrinin, rayon (şəhər) prokurorluqlarının hərbi prokurorluqlarının, müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan orqanların, müvafiq icra hakimiyyəti orqanları yanında yaradılan dövlət agentliklərinin dövlət xidmətlərinin, onların yanında, tabeliyində olan orqanların yerli bölmələrində mütəxəssis;

11.1.8.2. müvafiq icra hakimiyyəti orqanları yanında olan orqanların rəhbərləri, onların müavinləri həmin orqanlarda mütəxəssis, müvafiq icra hakimiyyəti orqanlarının inzibati ərazi dairələri üzrə nümayəndələri sahə inzibati ərazi dairələri nümayəndələri, onların müavinləri mütəxəssislər.

11.2. Yardımçı vəzifələrin aşağıdakı təsnifatları vardır:

11.2.1. yardımçı vəzifələrin birinci təsnifatı - ali kateqoriya dövlət orqanlarında texniki vəzifələr;

11.2.2. yardımçı vəzifələrin ikinci təsnifatı - 1-ci kateqoriya dövlət orqanlarında texniki vəzifələr;

11.2.3. yardımçı vəzifələrin üçüncü təsnifatı - 2-ci 3-cü kateqoriya dövlət orqanlarında texniki vəzifələr;

11.2.4. yardımçı vəzifələrin dördüncü təsnifatı - 4-cü 5-ci kateqoriya dövlət orqanlarında texniki vəzifələr.

11.3. Dövlət orqanları aparatlarının digər struktur qurumlarının adları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.".

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 31 may 2024-cü il

Azərbaycan.-2024.- 17 iyul, № 148.- S.2.