“Şəhid
adının əbədiləşdirilməsi
və şəhid ailələrinə edilən
güzəştlər haqqında”
Azərbaycan Respublikasının
Qanununda dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
16-cı bəndini rəhbər
tutaraq qərara alır:
“Şəhid adının
əbədiləşdirilməsi və şəhid ailələrinə edilən
güzəştlər haqqında”
Azərbaycan Respublikası
Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı,
1993, № 21, maddə 590; Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu (Cild I); Azərbaycan Respublikasının
2024-cü il 23 aprel tarixli 1142-VIQD nömrəli
və 7 may tarixli 1146-VIQD nömrəli
qanunları) 3-cü maddəsinin
ikinci hissəsinin yeddinci abzasının sonunda nöqtə işarəsi nöqtəli
vergül işarəsi
ilə əvəz edilsin və aşağıdakı məzmunda
səkkizinci abzas əlavə edilsin:
“yaşayış sahəsinə
ehtiyacı olan şəxs qismində uçota alınmış
şəhid ailəsinin
üzvü vəfat etdiyi, habelə yaşayış sahəsinə
ehtiyacı olan şəxs qismində uçota alınmış
şəxsə sonradan
şəhid statusu verildiyi halda, həmin uçot onun ailə üzvləri üçün
müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi
orqan (qurum) tərəfindən müəyyən
olunmuş qaydada saxlanılır.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
28 iyun 2024-cü il
Azərbaycan.-2024.-
16 iyul, № 147.- S.3.