Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 14-cü bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının Ailə Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 3 (I kitab), maddə 126 (Cild I); Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1110-VIQD nömrəli və 21 may tarixli 1154-VIQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:

1. 13.2-ci və 13.5-ci maddələrdə “Nikaha” sözü “Bu Məcəllənin 13.5-1-ci maddəsində göstərilən hal istisna olmaqla, nikaha” sözləri ilə əvəz edilsin.

2. Aşağıdakı məzmunda 13.5-1-ci və 13.5-2-ci maddələr əlavə edilsin:

“13.5-1. Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və ya konsulluq idarələrində nikaha daxil olmaq istəyən Azərbaycan Respublikasının vətəndaşları bu Məcəllənin 13.1-ci maddəsində nəzərdə tutulmuş xəstəliklər üzrə tibbi müayinədən öz vəsaitləri hesabına müraciət etdikləri diplomatik nümayəndəliyin (konsulluq idarəsinin) akkreditə olunduğu, yaxud yerləşdiyi xarici dövlətdə seçdikləri tibb müəssisəsində keçə bilərlər.

13.5-2. Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və ya konsulluq idarələrində nikaha daxil olmaq barədə verilmiş ərizəyə bu Məcəllənin 13.5-1-ci maddəsində nəzərdə tutulan tibb müəssisələri tərəfindən verilmiş tibbi müayinədən keçdiklərini təsdiq edən sənəd əlavə olunur.”.

 

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 iyun 2024-cü il

Azərbaycan.-2024.- 17 iyul, ¹ 148.- S.3.