Azərbaycan
Respublikasının Ailə
Məcəlləsində, “Azərbaycan Respublikası
vətəndaşının şəxsiyyət vəsiqəsi
haqqında”, “İnformasiya,
informasiyalaşdırma və
informasiyanın mühafizəsi
haqqında” və “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının qanunlarında
dəyişiklik edilməsi
barədə Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan
Respublikasının Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci,
10-cu, 14-cü və 23-cü bəndlərini rəhbər
tutaraq qərara alır:
Maddə 1. Azərbaycan
Respublikası Ailə
Məcəlləsinin (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2000, ¹ 3 (I kitab),
maddə 126 (Cild I); Azərbaycan Respublikasının
2024-cü il 29 mart tarixli 1110-VIQD və 21 may tarixli 1154-VIQD nömrəli qanunları)
164-cü maddəsində aşağıdakı
dəyişikliklər edilsin:
1.1. adında “qeyd
olunması” sözləri
“qeydə alınması”
sözləri ilə əvəz edilsin;
1.2. 164.4-cü maddə aşağıdakı redaksiyada
verilsin:
“164.4. Ərizə verən
şəxslərə vətəndaşlıq
vəziyyəti aktının
qeydə alınması
haqqında müvafiq şəhadətnamə verilir.”;
1.3. aşağıdakı məzmunda 164.6-cı maddə
əlavə edilsin:
“164.6. Vətəndaşlıq vəziyyəti aktlarının
qeydə alınması
haqqında şəhadətnamələrdə
göstərilən məlumatlar
Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim
edilə (əldə edilə) bilər. Vətəndaşlıq vəziyyəti
aktlarının qeydə
alınması haqqında
müvafiq şəhadətnamədə
göstərilən məlumatların
Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim
edilməsi həmin şəhadətnamənin təqdim
edilməsinə bərabər
tutulur.”.
Maddə 2. “Azərbaycan
Respublikası vətəndaşının
şəxsiyyət vəsiqəsi
haqqında” Azərbaycan
Respublikası Qanununun
(Azərbaycan Respublikası
Ali Sovetinin Məlumatı, 1994, ¹ 18, maddə
244; Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu (Cild I) 3-cü maddəsinə
aşağıdakı məzmunda
dördüncü hissə
əlavə edilsin:
“Şəxsiyyət vəsiqəsində göstərilən
məlumatlar Elektron Hökumət İnformasiya
Sistemi üzərindən
təqdim edilə (əldə edilə) bilər. Şəxsiyyət
vəsiqəsində göstərilən
məlumatların Elektron
Hökumət İnformasiya
Sistemi üzərindən
təqdim edilməsi şəxsiyyət vəsiqəsinin
təqdim edilməsinə
bərabər tutulur.”.
Maddə 3. “İnformasiya,
informasiyalaşdırma və
informasiyanın mühafizəsi
haqqında” Azərbaycan
Respublikasının Qanununda
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
1998, ¹ 6, maddə 364 (Cild
I); 2024, ¹ 1, maddə 18) aşağıdakı
dəyişikliklər edilsin:
3.1. 2-ci maddənin birinci
hissəsinin otuz üçüncü abzasının
sonunda nöqtə işarəsi nöqtəli
vergül işarəsi
ilə əvəz edilsin və aşağıdakı məzmunda
otuz dördüncü
abzas əlavə edilsin:
“elektron xidmət
– dövlət orqanları
(qurumları) tərəfindən
səlahiyyətlərinin icrası
zamanı digər dövlət orqanlarına
(qurumlarına), bələdiyyələrə,
fiziki və hüquqi şəxslərə
göstərilən və
müvafiq hüquqi nəticənin yaranması,
yaxud xidmət istifadəçisinə zəruri
informasiyanın verilməsi
ilə tamamlanan dövlət xidmətlərinin
informasiya texnologiyalarından
istifadə edilməklə
tərəflər arasında
bilavasitə təmas olmadan (xidmətin məqsədləri üçün
belə təmasın
tələb edildiyi hallar istisna olmaqla) elektron qaydada həyata keçirilməsi forması.”;
3.2. IV fəslin adına
“TEXNOLOGİYALARI” sözündən sonra “, ELEKTRON XİDMƏTLƏR” sözləri əlavə
edilsin;
3.3. 14-cü maddə üzrə:
3.3.1. üçüncü hissədə “, dövlət
informasiya sistemlərinin
yaradılması müvafiq
icra hakimiyyəti orqanları” sözləri
“müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi
orqan (qurum)” sözləri ilə əvəz edilsin;
3.3.2. aşağıdakı məzmunda dördüncü
– yeddinci hissələr
əlavə edilsin:
“Dövlət informasiya
ehtiyatlarının və
sistemlərinin formalaşdırılması
müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi
orqanın (qurumun) dövlət informasiya ehtiyatının və sisteminin təşkilinin texniki və səmərəlilik baxımından
məqsədəuyğunluğu barədə rəyi (bundan sonra – məqsədəuyğunluq barədə
rəy) nəzərə
alınmaqla, həmin orqanın (qurumun) müəyyən etdiyi texniki tələblər, eləcə də beynəlxalq standartlar və Azərbaycan Respublikasının bu sahədə münasibətləri
tənzimləyən normativ
hüquqi aktları əsasında həyata keçirilir. Dövlət
informasiya ehtiyatları
və sistemləri, habelə elektron xidmətlərlə bağlı
layihələrə məqsədəuyğunluq
barədə rəy verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi
orqan (qurum) tərəfindən müəyyən
edilir.
Dövlət informasiya
ehtiyatının və
sisteminin istifadəyə
verilməsi həmin informasiya ehtiyatı və sistemi dövlət informasiya ehtiyatlarının, sistemlərinin
və elektron xidmətlərin vahid reyestrinə daxil edildikdən və Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiya edildikdən sonra həyata keçirilir.
Dövlət informasiya
ehtiyatlarının və
sistemlərinin, habelə
elektron xidmətlərin
qeydiyyatının həyata
keçirilməsi məqsədilə
vahid reyestr aparılır. Dövlət
informasiya ehtiyatlarının,
sistemlərinin və elektron xidmətlərin vahid reyestrinin aparılması qaydaları
müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi
orqan (qurum) tərəfindən müəyyən
edilir.
Elektron xidmətlər
göstərən dövlət
informasiya ehtiyatları
və sistemləri müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi
orqan (qurum) tərəfindən təhlükəsizlik
meyarları üzrə
monitorinq olunmalı, mühafizə olunan telekommunikasiya kanalları ilə təmin edilməli və ildə bir dəfədən
az olmayaraq təhlükəsizlik üzrə
auditi aparılmalıdır.
Müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi
orqandan (qurumdan) informasiya təhlükəsizliyi
tələblərinə cavab
verməsi barədə
müsbət rəy alınmadan dövlət informasiya ehtiyatları və sistemləri vasitəsilə elektron xidmətlərin göstərilməsinə
yol verilmir.”;
3.4. aşağıdakı məzmunda 14-1-ci və
14-2-ci maddələr əlavə
edilsin:
“Maddə 14-1. Elektron
xidmətlərin təşkili
və göstərilməsi
14-1.1. Dövlət orqanları
(qurumları) elektron xidmətlərin təşkilini
və göstərilməsini
“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa
və dövlət xidmətlərinin həyata
keçirilməsi sahəsində
münasibətləri tənzimləyən
digər normativ hüquqi aktlara, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqanın (qurumun) müəyyən etdiyi texniki tələblərə uyğun
olaraq təmin edirlər.
14-1.2. Elektron xidmətlərin
təşkili müvafiq
icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqanın (qurumun) bu Qanunun
14-cü maddəsinin dördüncü
hissəsində qeyd olunan qaydaya uyğun olaraq verdiyi məqsədəuyğunluq
barədə rəyi nəzərə alınmaqla
həyata keçirilir.
Elektron xidmətlər
məqsədəuyğunluq barədə müsbət
rəy alındıqdan
və ya rəydə qeyd edilən təkliflər əsasında təkmilləşdirmələr
aparıldıqdan, habelə
müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi
orqandan (qurumdan) dövlət informasiya ehtiyatı və sisteminin informasiya təhlükəsizliyi tələblərinə
cavab verməsi barədə müsbət
rəy alındıqdan,
dövlət informasiya
ehtiyatı və sistemi mühafizə olunan telekommunikasiya kanalları ilə təmin edildikdən, elektron xidmət dövlət informasiya ehtiyatlarının, sistemlərinin
və elektron xidmətlərin vahid reyestrinə daxil edildikdən və Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiya olunduqdan sonra həmin sistem vasitəsilə göstərilir.
14-1.3. Elektron xidmətlərin
təşkili və göstərilməsi qaydaları
müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi
orqan (qurum) tərəfindən müəyyən
edilir.
Maddə 14-2. Elektron
xidmətlərin təşkili
və göstərilməsi,
habelə dövlət
informasiya ehtiyatlarının
və sistemlərinin təşkili və fəaliyyəti üzrə
tələblərə uyğunluğun
təmin edilməsi
14-2.1. Müvafiq icra
hakimiyyəti orqanının
müəyyən etdiyi
orqan (qurum) elektron xidmətlərin təşkili və göstərilməsinə, texnoloji
avadanlığa və
proqram təminatına,
habelə dövlət
informasiya ehtiyatlarının
və sistemlərinin təşkili və fəaliyyətinə, o cümlədən
formalaşdırılması, aparılması, inteqrasiyası
və arxivləşdirilməsinə,
texnoloji avadanlığa
və proqram təminatına dair tələblərin tətbiqi
ilə bağlı məsələlər üzrə
dövlət orqanlarına
(qurumlarına) yazılı
və şifahi şəkildə izahlar verir, habelə qarşıya çıxan
çətinliklərin aradan
qaldırılmasına dair
metodiki kömək göstərir.
14-2.2. Bu Qanunun
14-2.1-ci maddəsində qeyd
olunan tələblərə
riayət edilməsi vəziyyətinin öyrənilməsi
məqsədilə müvafiq
icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqanın (qurumun) dövlət orqanlarına (qurumlarına)
göndərdiyi sorğular
5 (beş) iş günündən gec olmayaraq cavablandırılmalıdır.
14-2.3. Müvafiq icra
hakimiyyəti orqanının
müəyyən etdiyi
orqan (qurum) elektron xidmətlərin təşkili və göstərilməsi, habelə
dövlət informasiya
ehtiyatlarının və
sistemlərinin təşkili
və fəaliyyəti
üzrə qiymətləndirilməni
müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi
orqan (qurum) tərəfindən müəyyən
edilən qaydada həyata keçirir. Dövlət orqanları (qurumları) qiymətləndirilmənin
aparılmasına zəruri
şərait yaratmalı,
o cümlədən normativ
hüquqi aktların tələblərinə uyğun
olmasına nəzarət
etmək məqsədilə
dövlət informasiya
sisteminə və ehtiyatına çıxış,
habelə onların texnoloji infrastrukturu ilə tanışlıq
(baxış) və test etmə imkanlarını təmin etməlidir.
14-2.4. Dövlət orqanları
(qurumları) bu Qanunun 14-2.1-ci maddəsində
qeyd olunan tələblərin pozulması
hallarının aradan
qaldırılmasına dair
müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi
orqanın (qurumun) göstərişlərini yerinə
yetirməlidir.”.
Maddə 4. “Fərdi
məlumatlar haqqında”
Azərbaycan Respublikasının
Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2010, ¹ 6, maddə
480 (Cild I) aşağıdakı
dəyişikliklər edilsin:
4.1. 5.6-cı maddəyə “yazılı” sözündən
sonra “(o cümlədən Elektron Hökumət İnformasiya
Sistemi üzərindən)”
sözləri əlavə
edilsin;
4.2. 8-ci maddə üzrə:
4.2.1. 8.2-ci maddənin birinci abzasına “yazılı” sözündən
sonra “(o cümlədən Elektron Hökumət İnformasiya
Sistemi üzərindən)”
sözləri əlavə
edilsin;
4.2.2. aşağıdakı məzmunda 8.6-cı maddə
əlavə edilsin:
“8.6. Bu Qanunun
3.2-ci maddəsində qeyd
edilən hallar, habelə Azərbaycan Respublikasının normativ
hüquqi aktları ilə müəyyən olunmuş qaydada fərdi məlumatların
məcburi şəkildə
toplanılması və
işlənilməsi istisna
olmaqla, fərdi məlumatların toplanılmasına
və işlənilməsinə
subyektlərin razılığının
alınması və geri çağırılması
mərkəzləşdirilmiş qaydada Elektron Hökumət İnformasiya
Sistemi üzərindən
təmin edilir.”;
4.3. aşağıdakı məzmunda 9.7.1-1-ci maddə
əlavə edilsin:
“9.7.1-1. subyektin yazılı
(o cümlədən Elektron
Hökumət İnformasiya
Sistemi üzərindən)
razılığı olduqda;”;
4.4. 13-cü maddə üzrə:
4.4.1. 13.1-ci maddəyə “yazılı” sözündən
sonra “(o cümlədən Elektron Hökumət İnformasiya
Sistemi üzərindən)”
sözləri əlavə
edilsin;
4.4.2. 13.3-cü maddənin birinci cümləsinə
“tərəfindən” sözündən
sonra “yazılı surətdə (o cümlədən
Elektron Hökumət İnformasiya Sistemi üzərindən)” sözləri
əlavə edilsin.
İlham
Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
28 iyun 2024-cü il
Azərbaycan.-2024.-
17 iyul, ¹ 148.- S.3.