E.D.Qurbanovun
Oğuz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən
azad edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 124-cü maddəsinin II hissəsini
rəhbər tutaraq qərara alıram:
Eyvaz Daşdəmir
oğlu Qurbanov Oğuz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən
azad edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
16 iyul 2024-cü il
Azərbaycan.-2024.-
17 iyul, № 148.- S.2.