"Dövlət
qulluğu haqqında"
Azərbaycan Respublikasının
Qanununda dəyişiklik
edilməsi barədə"
Azərbaycan Respublikasının
2024-cü il 31 may tarixli 1166-VIQD nömrəli
Qanununun tətbiqi və "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə"
Azərbaycan Respublikası
Prezidentinin 2000-ci il 29
dekabr tarixli 435 nömrəli Fərmanında
dəyişiklik edilməsi
haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 19-cu və
32-ci bəndlərini rəhbər
tutaraq, "Dövlət
qulluğu haqqında"
Azərbaycan Respublikasının
Qanununda dəyişiklik
edilməsi barədə"
Azərbaycan Respublikasının
2024-cü il 31 may tarixli 1166-VIQD nömrəli
Qanununun qüvvəyə
minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara
alıram:
1. Müəyyən edilsin ki:
1.1. "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası
Qanununun 11.1.3.12-ci (ikinci
halda), 11.1.4.13-cü (ikinci
halda), 11.1.5.5-ci (ikinci
halda) və 11.1.6.2-ci
(ikinci halda) maddələrində nəzərdə
tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini
Azərbaycan Respublikasının
Prezidenti həyata keçirir;
1.2. həmin Qanunun
11.3-cü maddəsində nəzərdə
tutulmuş müvafiq icra hakimiyyəti orqanının, həmçinin
11.1.1.4-cü, 11.1.2.14-cü, 11.1.3.3-cü və
11.1.4.5-ci maddələrində nəzərdə tutulmuş
Azərbaycan dövlətinin
başçısının icra səlahiyyətlərini
həyata keçirən
orqanın səlahiyyətlərini
Azərbaycan Respublikasının
Nazirlər Kabineti həyata keçirir;
1.3. həmin Qanunun
11.1.1.2-ci və 11.1.2.7-ci maddələrində
nəzərdə tutulmuş
Azərbaycan Respublikası
Prezidentinin Administrasiyasında
Azərbaycan Respublikası
Birinci vitse-prezidentinin
fəaliyyətini təmin
edən struktur bölmənin səlahiyyətlərini
Azərbaycan Respublikası
Prezidenti Administrasiyasının
struktur bölməsi
- Azərbaycan Respublikasının
Birinci vitse-prezidentinin
Katibliyi həyata keçirir;
1.4. həmin Qanunun
11.1.1.3-cü, 11.1.2.10-cu, 11.1.3.2-ci və
11.1.4.4-cü maddələrində nəzərdə tutulmuş
Azərbaycan dövlətinin
başçısının fəaliyyətini bilavasitə
təmin edən digər orqanların səlahiyyətlərini Azərbaycan
Respublikası Prezidentinin
İşlər İdarəsi
və Azərbaycan Respublikasının Xüsusi
Tibb Xidməti,
11.1.1.3-cü, 11.1.2.10-cu, 11.1.3.2-ci (bölmə
(şöbə) rəhbərinə
münasibətdə) və
11.1.4.4-cü maddələrində nəzərdə tutulmuş
Azərbaycan dövlətinin
başçısının fəaliyyətini bilavasitə
təmin edən digər orqanların səlahiyyətlərini isə
həmçinin Azərbaycan
Respublikası Təhlükəsizlik
Şurası katibinin xidməti həyata keçirirlər;
1.5. həmin Qanunun
11.1.3.12-ci (birinci halda),
11.1.4.13-cü (birinci halda),
11.1.4.14-cü, 11.1.5.4-cü, 11.1.5.5-ci (birinci
halda) və 11.1.6.2-ci
(birinci halda) maddələrində nəzərdə
tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini
Azərbaycan Respublikasının
mərkəzi icra hakimiyyəti orqanları həyata keçirirlər;
1.6. həmin Qanunun
11.1.3.14-cü maddəsində nəzərdə tutulmuş
müvafiq icra hakimiyyəti orqanının
səlahiyyətlərini Bakı
Şəhər İcra
Hakimiyyəti həyata
keçirir;
1.7. həmin Qanunun
11.1.5.7-ci maddəsində nəzərdə
tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini
Azərbaycan Respublikasının
mərkəzi icra hakimiyyəti orqanları və onlara bərabər tutulan orqanlar (Azərbaycan Respublikasının Prezidenti
yanında Ali Attestasiya Komissiyası, Dövlət Sirrinin Mühafizəsi üzrə
İdarələrarası Komissiyanın
Katibliyi) həyata keçirirlər;
1.8. həmin Qanunun
11.1.5.11-ci (Bakı Şəhər
İcra Hakimiyyəti istisna olmaqla) və 11.1.7.2-ci maddələrində
nəzərdə tutulmuş
müvafiq icra hakimiyyəti orqanının
səlahiyyətlərini yerli
icra hakimiyyəti orqanları həyata keçirirlər;
1.9. həmin Qanunun
11.1.6.3-cü maddəsində nəzərdə tutulmuş
müvafiq icra hakimiyyəti orqanlarının
səlahiyyətlərini Naxçıvan
Muxtar Respublikasının
mərkəzi icra hakimiyyəti orqanları həyata keçirirlər;
1.10. həmin Qanunun
11.1.6.5-ci və 11.1.7.3-cü maddələrində nəzərdə
tutulmuş:
1.10.1 müvafiq icra
hakimiyyəti orqanlarının
yerli bölmələrinin
səlahiyyətlərini Azərbaycan
Respublikası və Naxçıvan Muxtar Respublikası mərkəzi
icra hakimiyyəti orqanlarının yerli bölmələri, müvafiq
icra hakimiyyəti orqanları yanında, tabeliyində olan orqanların səlahiyyətlərini
Azərbaycan Respublikası
və Naxçıvan
Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının
yanında, tabeliyində
olan orqanlar, Naxçıvan Muxtar Respublikası mərkəzi
icra hakimiyyəti orqanlarının yanında
yaradılan dövlət
agentlikləri və dövlət xidmətləri
həyata keçirirlər;
1.10.2. müvafiq icra
hakimiyyəti orqanının
tabeliyində olan orqanların səlahiyyətlərini
Bakı Şəhər
İcra Hakimiyyəti başçısının yanında
olan orqanlar həyata keçirirlər;
1.11. həmin Qanunun
11.1.7.4-cü maddəsində nəzərdə tutulmuş
müvafiq icra hakimiyyəti orqanlarının
yanında yaradılan
dövlət agentliklərinin
və dövlət xidmətlərinin, onların
yanında, tabeliyində
olan orqanların yerli bölmələrinin
səlahiyyətlərini Azərbaycan
Respublikası və Naxçıvan Muxtar Respublikası mərkəzi
icra hakimiyyəti orqanlarının yanında
yaradılan dövlət
agentliklərinin və
dövlət xidmətlərinin,
Azərbaycan Respublikası
və Naxçıvan
Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının
yanında, tabeliyində
olan orqanların yerli bölmələri həyata keçirirlər;
1.12. həmin Qanunun
11.1.8.1-ci maddəsində nəzərdə
tutulmuş:
1.12.1. müvafiq icra
hakimiyyəti orqanının
səlahiyyətlərini yerli
icra hakimiyyəti orqanları həyata keçirirlər;
1.12.2. müvafiq icra
hakimiyyəti orqanlarının
yerli bölmələrinin
səlahiyyətlərini Azərbaycan
Respublikası və Naxçıvan Muxtar Respublikası mərkəzi
icra hakimiyyəti orqanlarının yerli bölmələri, müvafiq
icra hakimiyyəti orqanları yanında, tabeliyində olan orqanların səlahiyyətlərini
Azərbaycan Respublikası
və Naxçıvan
Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının
yanında, tabeliyində
olan orqanlar həyata keçirirlər;
1.12.3. müvafiq icra
hakimiyyəti orqanının
tabeliyində olan orqanların səlahiyyətlərini
Bakı Şəhər
İcra Hakimiyyəti başçısının yanında
olan orqanlar həyata keçirirlər;
1.12.4. müvafiq icra
hakimiyyəti orqanları
yanında yaradılan
dövlət agentliklərinin
və dövlət xidmətlərinin, onların
yanında, tabeliyində
olan orqanların yerli bölmələrinin
səlahiyyətlərini Azərbaycan
Respublikası və Naxçıvan Muxtar Respublikası mərkəzi
icra hakimiyyəti orqanları yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin,
Azərbaycan Respublikası
və Naxçıvan
Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının
yanında, tabeliyində
olan orqanların yerli bölmələri həyata keçirirlər;
1.13. həmin Qanunun
11.1.8.2-ci maddəsində nəzərdə
tutulmuş:
1.13.1. müvafiq icra
hakimiyyəti orqanları
yanında olan orqanların səlahiyyətlərini
yerli icra hakimiyyəti başçılarının
yanında olan orqanlar həyata keçirirlər;
1.13.2. ikinci halda
müvafiq icra hakimiyyəti orqanlarının
səlahiyyətlərini yerli
icra hakimiyyəti orqanları həyata keçirirlər.
2. Azərbaycan Respublikasının
Nazirlər Kabineti:
2.1. Azərbaycan Respublikası
qanunlarının və
Azərbaycan Respublikası
Prezidentinin aktlarının
"Dövlət qulluğu
haqqında" Azərbaycan
Respublikasının Qanununda
dəyişiklik edilməsi
barədə" Azərbaycan
Respublikasının 2024-cü il 31 may tarixli
1166-VIQD nömrəli Qanununa
uyğunlaşdırılması ilə bağlı təkliflərini üç
ay müddətində
hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə
təqdim etsin;
2.2. həmin Qanundan
irəli gələn digər məsələləri
həll etsin.
3. "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə"
Azərbaycan Respublikası
Prezidentinin 2000-ci il 29
dekabr tarixli 435 nömrəli Fərmanının
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2001, № 1, maddə 28 (Cild
I); Azərbaycan Respublikası
Prezidentinin 2024-cü il
27 may tarixli 74 nömrəli Fərmanı)
3-cü hissəsində aşağıdakı
dəyişikliklər edilsin:
3.1. 3.1-ci bənddə
"11.1.5.2-1-ci (ikinci halda),
11.1.6.1-1-ci" sözləri
"11.1.3.12-ci (ikinci halda),
11.1.4.13-cü (ikinci halda),
11.1.5.5-ci (ikinci halda),
11.1.6.2-ci" sözləri ilə əvəz edilsin;
3.2. 3.2-ci bənddə
"11.4-cü maddəsinin ikinci hissəsində"
sözləri "11.3-cü maddəsində" sözləri
ilə, "11.1.1.1-ci, 11.1.2.1-ci, 11.1.3.2-ci
və 11.1.4.3-cü" sözləri
"11.1.1.4-cü, 11.1.2.14-cü, 11.1.3.3-cü və
11.1.4.5-ci" sözləri ilə əvəz edilsin;
3.3. 3.5-ci bənddə
"11.1.1.1-ci, 11.1.2.2-ci, 11.1.3.3-cü və
11.1.4.2-ci" sözləri
"11.1.1.3-cü, 11.1.2.10-cu, 11.1.3.2-ci və
11.1.4.4-cü" sözləri ilə, "11.1.1.1-ci, 11.1.2.2-ci (müavinə
və bölmə rəhbərlərinə münasibətdə)
və 11.1.4.2-ci" sözləri
"11.1.1.3-cü, 11.1.2.10-cu, 11.1.3.2-ci (bölmə
(şöbə) rəhbərinə
münasibətdə) və
11.1.4.4-cü" sözləri ilə əvəz edilsin;
3.4. 3.9.2-ci yarımbənddə və 3.22-2-ci bənddə
"avtomobil nəqliyyatı
ilə sərnişindaşıma
idarələri" sözləri
"olan orqanlar" sözləri ilə əvəz edilsin;
3.5. 3.10-cu bənddə
"11.1.1.1-ci və 11.1.2.1-ci" sözləri "11.1.1.2-ci və 11.1.2.7-ci" sözləri
ilə əvəz edilsin;
3.6. 3.11-ci bənd ləğv
edilsin;
3.7. 3.12-ci bənddə
"11.1.3.7-ci" sözləri
"11.1.3.14-cü" sözləri ilə əvəz edilsin;
3.8. 3.12-1-ci bənddə
"11.1.5.2-1-ci (birinci halda)
və 11.1.6.1-1-ci" sözləri
"11.1.3.12-ci (birinci halda),
11.1.4.13-cü (birinci halda),
11.1.4.14-cü, 11.1.5.4-cü, 11.1.5.5-ci (birinci
halda) və
11.1.6.2-ci" sözləri ilə əvəz edilsin;
3.9. 3.13-cü bənddə
"11.1.5.4-cü" sözləri
"11.1.5.11-ci" sözləri ilə əvəz edilsin və həmin bənddən
"və 11.1.8.2-ci maddəsində
(ikinci halda) nəzərdə tutulmuş
müvafiq icra hakimiyyəti orqanlarının"
sözləri çıxarılsın;
3.10. 3.14-cü bənddə
"11.1.6.2-ci" sözləri
"11.1.6.3-cü" sözləri ilə əvəz edilsin;
3.11. 3.15-ci bəndin birinci abzasında
"11.1.6.4-cü" sözləri
"11.1.6.5-ci" sözləri ilə əvəz edilsin;
3.12. 3.18-ci bənd aşağıdakı
redaksiyada verilsin:
"3.18. həmin Qanunun
11.1.8.2-ci maddəsində nəzərdə
tutulmuş:
3.18.1. müvafiq icra
hakimiyyəti orqanları
yanında olan orqanların səlahiyyətlərini
yerli icra hakimiyyəti başçılarının
yanında olan orqanlar həyata keçirirlər;
3.18.2. ikinci halda
müvafiq icra hakimiyyəti orqanlarının
səlahiyyətlərini yerli
icra hakimiyyəti orqanları həyata keçirirlər;";
3.13. 3.22-4-cü bəndə "Qanunun" sözündən
sonra "11.1.5.7-ci maddəsində,"
sözləri əlavə
edilsin.
İlham
ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
16 iyul 2024-cü il
Azərbaycan.-2024.-
17 iyul (№ 148).- S.2.