“Mühasibat
uçotu haqqında”
Azərbaycan Respublikasının
Qanununda dəyişiklik
edilməsi barədə”
Azərbaycan Respublikasının
2024-cü il 25 iyun tarixli 1187-VIQD nömrəli
Qanununun tətbiqi və “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası
Prezidentinin 2005-ci il 7 fevral tarixli 192 nömrəli Fərmanında
dəyişiklik edilməsi
haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 19-cu və
32-ci bəndlərini rəhbər
tutaraq, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik
edilməsi barədə”
Azərbaycan Respublikasının
2024-cü il 25 iyun tarixli 1187-VIQD nömrəli
Qanununun qüvvəyə
minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara
alıram:
1. Müəyyən edilsin ki:
1.1. “Mühasibat uçotu
haqqında” Azərbaycan
Respublikasının Qanununun
14-1.2-ci maddəsinin üçüncü
cümləsində nəzərdə
tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini
Azərbaycan Respublikasının
Prezidenti həyata keçirir;
1.2. həmin Qanunun
14-1.2-ci maddəsinin üçüncü
cümləsində “orqan
(qurum)” dedikdə Azərbaycan Respublikasının
Nazirlər Kabineti nəzərdə tutulur.
2. Azərbaycan Respublikasının
Nazirlər Kabineti “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi
barədə” Azərbaycan
Respublikasının 2024-cü il 25 iyun tarixli
1187-VIQD nömrəli Qanunundan
irəli gələn məsələləri həll
etsin.
3. “Mühasibat uçotu
haqqında” Azərbaycan
Respublikası Qanununun
tətbiq edilməsi barədə” Azərbaycan
Respublikası Prezidentinin
2005-ci il 7 fevral tarixli 192 nömrəli Fərmanında (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2005, ¹ 2, maddə
68 (Cild I); 2024, ¹ 1, maddə
26) aşağıdakı dəyişikliklər
edilsin:
3.1. 2.1-ci bəndə “maddəsində” sözündən
sonra “, 14-1.2-ci maddəsinin
üçüncü cümləsində”
sözləri əlavə
edilsin;
3.2. 2.2-ci bənddə birinci halda “maddəsində” sözü
“maddəsinin birinci cümləsində” sözləri
ilə əvəz edilsin;
3.3. aşağıdakı məzmunda 2.2-2-ci bənd əlavə edilsin:
“2.2-2. həmin Qanunun
14-1.2-ci maddəsinin üçüncü
cümləsində “orqan
(qurum)” dedikdə Azərbaycan Respublikasının
Nazirlər Kabineti nəzərdə tutulur;”.
İlham
Əliyev
Azərbaycan
Respublikasının Prezidenti
Bakı
şəhəri, 16 iyul 2024-cü il
Azərbaycan.-2024.-
17 iyul (¹ 148).- S.3.