Azərbaycan
Respublikasının Ailə
Məcəlləsində, Azərbaycan Respublikası
vətəndaşının şəxsiyyət vəsiqəsi
haqqında, İnformasiya,
informasiyalaşdırma və
informasiyanın mühafizəsi
haqqında və Fərdi məlumatlar haqqında Azərbaycan Respublikasının qanunlarında
dəyişiklik edilməsi
barədə Azərbaycan
Respublikasının 2024-cü il 28 iyun tarixli
1193-VIQD nömrəli Qanununun
tətbiqi və İnformasiya, informasiyalaşdırma
və informasiyanın
mühafizəsi haqqında
Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası
Prezidentinin 1998-ci il 19
iyun tarixli 729 nömrəli Fərmanında
dəyişiklik edilməsi
haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 19-cu və
32-ci bəndlərini rəhbər
tutaraq, Azərbaycan Respublikasının Ailə
Məcəlləsində, Azərbaycan Respublikası
vətəndaşının şəxsiyyət vəsiqəsi
haqqında, İnformasiya,
informasiyalaşdırma və
informasiyanın mühafizəsi
haqqında və Fərdi məlumatlar haqqında Azərbaycan Respublikasının qanunlarında
dəyişiklik edilməsi
barədə Azərbaycan
Respublikasının 2024-cü il 28 iyun tarixli
1193-VIQD nömrəli Qanununun
qüvvəyə minməsi
ilə əlaqədar
həmin Qanunun tətbiqini təmin etmək məqsədilə
qərara alıram:
1. Müəyyən edilsin ki:
1.1. İnformasiya, informasiyalaşdırma
və informasiyanın
mühafizəsi haqqında
Azərbaycan Respublikası
Qanununun 14-cü maddəsinin
üçüncü hissəsində,
dördüncü hissəsinin
birinci və ikinci cümlələrində,
altıncı hissəsinin
ikinci cümləsində,
yeddinci hissəsinin birinci və ikinci cümlələrində,
14-1.1-ci maddəsində, 14-1.2-ci maddəsinin birinci və ikinci cümlələrində, 14-1.3-cü,
14-2.1-ci, 14-2.2-ci maddələrində,
14-2.3-cü maddəsinin birinci
cümləsində (hər
iki halda) və 14-2.4-cü maddəsində
nəzərdə tutulmuş
müvafiq icra hakimiyyəti orqanının
səlahiyyətlərini Azərbaycan
Respublikasının Prezidenti
həyata keçirir;
1.2. həmin Qanunun
14-2.3-cü maddəsinin birinci
cümləsində (ikinci
halda) nəzərdə
tutulmuş orqanın
(qurumun) səlahiyyətlərini
Azərbaycan Respublikasının
Nazirlər Kabineti Azərbaycan Respublikasının
Prezidenti ilə razılaşdırmaqla həyata
keçirir;
1.3. həmin Qanunun
14-cü maddəsinin üçüncü
hissəsində, dördüncü
hissəsinin ikinci cümləsində, altıncı
hissəsinin ikinci cümləsində və
14-1.3-cü maddəsində orqan (qurum) dedikdə Azərbaycan Respublikasının Nazirlər
Kabineti nəzərdə
tutulur;
1.4. həmin Qanunun
14-cü maddəsinin dördüncü
hissəsinin birinci cümləsində, 14-1.1-ci maddəsində,
14-1.2-ci maddəsinin birinci
cümləsində, 14-2.1-ci, 14-2.2-ci maddələrində, 14-2.3-cü maddəsinin birinci cümləsində (birinci
halda) və
14-2.4-cü maddəsində orqan (qurum) dedikdə Azərbaycan Respublikasının Rəqəmsal
İnkişaf və Nəqliyyat Nazirliyi nəzərdə tutulur;
1.5. həmin Qanunun
14-cü maddəsinin yeddinci
hissəsinin birinci və ikinci cümlələrində və
14-1.2-ci maddəsinin ikinci
cümləsində orqan
(qurum) dedikdə Azərbaycan Respublikasının
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət
Xidməti nəzərdə
tutulur.
2. Azərbaycan Respublikasının
Nazirlər Kabineti:
2.1. beş ay müddətində:
2.1.1. İnformasiya, informasiyalaşdırma və
informasiyanın mühafizəsi
haqqında Azərbaycan
Respublikası Qanununun
14-2.3-cü maddəsinin birinci
cümləsinə uyğun
olaraq, elektron xidmətlərin təşkili
və göstərilməsi,
habelə dövlət
informasiya ehtiyatlarının
və sistemlərinin təşkili və fəaliyyəti üzrə
qiymətləndirilmənin həyata keçirilməsi
qaydasını Azərbaycan
Respublikasının Prezidenti
ilə razılaşdırmaqla
müəyyən etsin;
2.1.2. aşağıdakı normativ hüquqi aktları müəyyən
edib Azərbaycan Respublikasının Prezidentinə
məlumat versin:
2.1.2.1. həmin Qanunun
14-cü maddəsinin dördüncü
hissəsinin ikinci cümləsinə uyğun
olaraq, dövlət informasiya ehtiyatları və sistemləri, habelə elektron xidmətlərlə bağlı
layihələrə texniki
və səmərəlilik
baxımından məqsədəuyğunluq
barədə rəy verilməsi qaydasını;
2.1.2.2. həmin Qanunun
14-cü maddəsinin altıncı
hissəsinin ikinci cümləsinə uyğun
olaraq, dövlət informasiya ehtiyatlarının,
sistemlərinin və elektron xidmətlərin vahid reyestrinin aparılması qaydalarını;
2.1.2.3. həmin Qanunun
14-1.3-cü maddəsinə uyğun olaraq, elektron xidmətlərin təşkili və göstərilməsi qaydalarını;
2.2. Azərbaycan Respublikasının
Ailə Məcəlləsində,
Azərbaycan Respublikası
vətəndaşının şəxsiyyət vəsiqəsi
haqqında, İnformasiya,
informasiyalaşdırma və
informasiyanın mühafizəsi
haqqında və Fərdi məlumatlar haqqında Azərbaycan Respublikasının qanunlarında
dəyişiklik edilməsi
barədə Azərbaycan
Respublikasının 2024-cü il 28 iyun tarixli
1193-VIQD nömrəli Qanunundan
irəli gələn digər məsələləri
həll etsin.
3. Azərbaycan Respublikasının
Rəqəmsal İnkişaf
və Nəqliyyat Nazirliyi və Azərbaycan Respublikasının
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət
Xidməti Azərbaycan
Respublikasının Ailə
Məcəlləsində, Azərbaycan Respublikası
vətəndaşının şəxsiyyət vəsiqəsi
haqqında, İnformasiya,
informasiyalaşdırma və
informasiyanın mühafizəsi
haqqında və Fərdi məlumatlar haqqında Azərbaycan Respublikasının qanunlarında
dəyişiklik edilməsi
barədə Azərbaycan
Respublikasının 2024-cü il 28 iyun tarixli
1193-VIQD nömrəli Qanunundan
irəli gələn məsələlərin həlli
üçün zəruri
tədbirlər görsünlər.
4. İnformasiya, informasiyalaşdırma
və informasiyanın
mühafizəsi haqqında
Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası
Prezidentinin 1998-ci il 19
iyun tarixli 729 nömrəli Fərmanında
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
1998, ı 6, maddə 390 (Cild
I) aşağıdakı dəyişikliklər
edilsin:
4.1. 2.1-ci bənddə 20-1.3-cü
maddəsində sözləri
14-cü maddəsinin üçüncü
hissəsində, dördüncü
hissəsinin birinci və ikinci cümlələrində, altıncı
hissəsinin ikinci cümləsində, yeddinci
hissəsinin birinci və ikinci cümlələrində, 14-1.1-ci maddəsində, 14-1.2-ci maddəsinin
birinci və ikinci cümlələrində,
14-1.3-cü, 14-2.1-ci, 14-2.2-ci maddələrində,
14-2.3-cü maddəsinin birinci
cümləsində (hər
iki halda), 14-2.4-cü,
20-1.3-cü maddələrində sözləri ilə əvəz edilsin;
4.2. 2.1-1-ci bəndə abzasında, sözündən
sonra 14-2.3-cü maddəsinin
birinci cümləsində
(ikinci halda), sözləri əlavə
edilsin;
4.3. aşağıdakı məzmunda 2.1-2-ci bənd əlavə edilsin:
2.1-2. həmin Qanunun
14-cü maddəsinin üçüncü
hissəsində, dördüncü
hissəsinin ikinci cümləsində, altıncı
hissəsinin ikinci cümləsində və
14-1.3-cü maddəsində orqan (qurum) dedikdə Azərbaycan Respublikasının Nazirlər
Kabineti nəzərdə
tutulur;;
4.4. 2.2-ci bənddə ,
13-1.3-cü maddəsində və 14-cü maddəsinin
üçüncü hissəsində
sözləri və
13-1.3-cü maddəsində sözləri ilə əvəz edilsin;
4.5. 2.3-cü bəndin sonunda nöqtə işarəsi nöqtəli
vergül işarəsi
ilə əvəz olunsun və aşağıdakı məzmunda
2.4-cü və 2.5-ci bəndlər
əlavə edilsin:
2.4. həmin Qanunun
14-cü maddəsinin dördüncü
hissəsinin birinci cümləsində, 14-1.1-ci maddəsində,
14-1.2-ci maddəsinin birinci
cümləsində, 14-2.1-ci, 14-2.2-ci maddələrində, 14-2.3-cü maddəsinin birinci cümləsində (birinci
halda) və
14-2.4-cü maddəsində orqan (qurum) dedikdə Azərbaycan Respublikasının Rəqəmsal
İnkişaf və Nəqliyyat Nazirliyi nəzərdə tutulur;
2.5. həmin Qanunun
14-cü maddəsinin yeddinci
hissəsinin birinci və ikinci cümlələrində və
14-1.2-ci maddəsinin ikinci
cümləsində orqan
(qurum) dedikdə Azərbaycan Respublikasının
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət
Xidməti nəzərdə
tutulur..
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
16 iyul 2024-cü il
Azərbaycan.-2024.-
17 iyul (ı 148).- S.4.