Azərbaycan
Respublikası Prezidentinin
2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Kiçik və orta biznes evlərində
mikro, kiçik və orta sahibkarlıq
subyektlərinə göstərilən
xidmətlərin siyahısı"nda
dəyişiklik edilməsi
haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, Azərbaycan Respublikasının
"Lisenziyalar və icazələr haqqında"
Azərbaycan Respublikasının
Qanununda dəyişiklik
edilməsi barədə"
2023-cü il
24 oktyabr tarixli
1007-VIQD nömrəli və
"Lisenziyalar və icazələr haqqında"
Azərbaycan Respublikasının
Qanununda dəyişiklik
edilməsi barədə"
Azərbaycan Respublikasının
2023-cü il 24 oktyabr tarixli 1007-VIQD nömrəli
Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının
bəzi qanunlarında
dəyişiklik edilməsi
haqqında" 2024-cü il
28 iyun tarixli 1201-VIQD nömrəli qanunlarının
icrası ilə əlaqədar qərara alıram:
Azərbaycan Respublikası
Prezidentinin 2018-ci il
26 iyun tarixli
148 nömrəli Fərmanı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2018, № 6, maddə 1238 (Cild
I); 2024, № 3, maddə 262; Azərbaycan
Respublikası Prezidentinin
2024-cü il 20 may tarixli 63 nömrəli Fərmanı) ilə təsdiq edilmiş "Kiçik və orta biznes evlərində
mikro, kiçik və orta sahibkarlıq
subyektlərinə göstərilən
xidmətlərin siyahısı"nda
aşağıdakı dəyişikliklər
edilsin:
1. 6-cı hissənin "Göstərdiyi xidmətlər"
sütununun 2-ci bəndində
"ekspertizasından keçirilməli
olan obyektlər barədə ekspert" sözləri "ekspertizası"
sözü ilə əvəz edilsin.
2. 8-ci hissənin "Göstərdiyi xidmətlər"
sütununun 3-cü bəndində
"reyestrinə daxil
edilməsi" sözləri
"reyestrində qeydiyyatdan
keçirilməsi" sözləri
ilə əvəz edilsin.
3. 14-cü hissənin "Göstərdiyi xidmətlər"
sütununun 2-ci bəndində
"qeydiyyat vəsiqəsi"
sözləri "vəsiqə"
sözü ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
16 iyul 2024-cü il
Azərbaycan.-2024.-
17 iyul (№ 148).- S.4.