"Azərbaycan
Respublikasının İnzibati
Xətalar Məcəlləsində
dəyişiklik edilməsi
haqqında" Azərbaycan
Respublikasının 2024-cü il 31 may tarixli
1168-VIQD nömrəli Qanununun
tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası
Prezidentinin bəzi fərmanlarında dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 19-cu və
32-ci bəndlərini rəhbər
tutaraq, "Azərbaycan
Respublikasının İnzibati
Xətalar Məcəlləsində
dəyişiklik edilməsi
haqqında" Azərbaycan
Respublikasının 2024-cü il 31 may tarixli
1168-VIQD nömrəli Qanununun
qüvvəyə minməsi
ilə əlaqədar
həmin Qanunun tətbiqini təmin etmək məqsədilə
qərara alıram:
1. Müəyyən
edilsin ki:
1.1. Azərbaycan Respublikası
İnzibati Xətalar Məcəlləsinin 405-1.2-ci maddəsində
nəzərdə tutulmuş
müvafiq icra hakimiyyəti orqanının
səlahiyyətlərini Azərbaycan
Respublikasının Prezidenti
həyata keçirir;
1.2. həmin Məcəllənin
405-1.2-ci maddəsində "orqan (qurum)" dedikdə Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat
Nazirliyi nəzərdə
tutulur.
2. Azərbaycan Respublikasının
Nazirlər Kabineti
"Azərbaycan Respublikasının
İnzibati Xətalar Məcəlləsində dəyişiklik
edilməsi haqqında"
Azərbaycan Respublikasının
2024-cü il 31 may tarixli 1168-VIQD nömrəli
Qanunundan irəli gələn məsələləri
həll etsin.
3. "Azərbaycan Respublikası
İnzibati Xətalar Məcəlləsinin təsdiq
edilməsi haqqında"
Azərbaycan Respublikasının
2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan
Respublikası Prezidentinin
2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2016, ¹ 2 (II kitab),
maddə 259 (Cild I);
2024, ¹ 2, maddələr 151,157) aşağıdakı dəyişikliklər
edilsin:
3.1. 4.1-ci bəndə
"395.1-1," rəqəmlərindən
sonra "405-1.2," rəqəmləri
əlavə edilsin;
3.2. 4.24-cü, 4.31-ci, 4.34-1-ci, 4.36-cı, 4.41-ci,
4.43-1-ci, 4.45-ci, 5.6-2-ci, 5.18-ci, 5.18-1-ci, 5.19-cu, 5.21-ci, 5.22-ci,
5.41-ci, 5.44-cü, 5.45-ci və 5.51-ci bəndlərdən "Azərbaycan
Respublikasının İqtisadiyyat
Nazirliyi yanında"
sözləri çıxarılsın;
3.3. aşağıdakı məzmunda 4.31-1-ci bənd
əlavə edilsin:
"4.31-1. həmin Məcəllənin
405-1.2-ci maddəsində "orqan (qurum)" dedikdə Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat
Nazirliyi nəzərdə
tutulur;";
3.4. 4.48-1-ci bənddən "Azərbaycan Respublikasının
İqtisadiyyat Nazirliyi
yanında" və
"ya müvafiq olaraq, Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidməti," sözləri
çıxarılsın;
3.5. 5.46-cı bəndə "Məcəllənin" sözündən
sonra "405-1," rəqəmləri,
"449-1," rəqəmlərindən sonra "451-1," rəqəmləri
əlavə edilsin və həmin bənddən "Azərbaycan
Respublikasının İqtisadiyyat
Nazirliyi yanında"
sözləri çıxarılsın.
4. "Lisenziyalar və
icazələr haqqında"
Azərbaycan Respublikasının
2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan
Respublikası Prezidentinin
2016-cı il 20 aprel tarixli 866 nömrəli Fərmanının (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2016, ¹ 4, maddə
671 (Cild I) 2.6-cı bəndindən
"Azərbaycan Respublikasının
İqtisadiyyat Nazirliyi
yanında" və
"və ya müvafiq olaraq, Naxçıvan Muxtar Respublikasının Dövlət
Vergi Xidməti" sözləri çıxarılsın.
5. Azərbaycan Respublikası
Prezidentinin 2017-ci il 23
fevral tarixli 1256 nömrəli Fərmanı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2017, ¹ 2, maddə 200 (Cild
I); 2024, ¹ 2, maddə 157; Azərbaycan
Respublikası Prezidentinin
2024-cü il 4 iyun tarixli 83 nömrəli Fərmanı) ilə təsdiq edilmiş "İnzibati xətalar haqqında işlərə
baxmağa səlahiyyəti
olan vəzifəli şəxslərin Siyahısı"nın
6-cı hissəsində aşağıdakı
dəyişikliklər edilsin:
5.1. birinci abzasdan
"Azərbaycan Respublikasının
İqtisadiyyat Nazirliyi
yanında" sözləri
çıxarılsın;
5.2. 6.0-cı bəndə
"430.1" rəqəmlərindən əvvəl "405-1," rəqəmləri,
"449-1," rəqəmlərindən sonra "451-1," rəqəmləri
əlavə edilsin.
6. Azərbaycan Respublikası
Prezidentinin 2020-ci il 12
may tarixli 1017 nömrəli Fərmanı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2020, ¹ 5, maddə
542 (Cild I); Azərbaycan
Respublikası Prezidentinin
2024-cü il 30 may tarixli 77 nömrəli və 12 iyun tarixli 99 nömrəli fərmanları) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının
İqtisadiyyat Nazirliyi
yanında Dövlət
Vergi Xidmətinin Əsasnaməsi"nin 5.1-ci bəndi
aşağıdakı redaksiyada
verilsin:
"5.1. Xidmətin Aparatı,
onun strukturuna daxil olan qurumlar
və strukturuna daxil olmayan tabeliyindəki
qurumlar, habelə Naxçıvan Muxtar Respublikasının aidiyyəti
qurumu Xidmətin vahid sistemini təşkil edir. Xidmət öz fəaliyyətini bilavasitə
və həmin qurumlar vasitəsilə həyata keçirir.".
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
16 iyul 2024-cü il
Azərbaycan.-2024.-
17 iyul (¹ 148).- S.4.