BMT-də
Azərbaycanın mina
təhlükəsizliyi sahəsində
fəaliyyətinə dair
konfrans keçirilib
BMT-nin Nyu-York şəhərində yerləşən
mənzil-qərargahında Yüksək Səviyyəli
Siyasi Forum çərçivəsində
“Dayanıqlı İnkişaf
Məqsədlərinə nail
olmaq və heç kəsi kənarda qoymamaq naminə mina və partlamamış hərbi sursat fəaliyyətləri” adlı
paralel tədbir keçirilib.
AZƏRTAC-ın məlumatına
görə, tədbir
Azərbaycanın İqtisadiyyat
Nazirliyi, Laos Xarici İşlər Nazirliyi, BMT İnkişaf Proqramı və Asiya və Sakit
okean üzrə İqtisadi və Sosial Komissiyanın
(UNESCAP) birgə təşkilatçılığı
ilə baş tutub.
Laosun Baş nazirinin müavini, xarici işlər naziri Salemsay Kommasit çıxışı
zamanı bildirib ki, partlamamış hərbi sursatlar və minalar Laos xalqının müharibənin qalıqlarından
mübarizəsinə mane
törədir və xalqın inkişafına ciddi təhlükə yaradır. Onun sözlərinə görə,
ölkənin hazırda
üçdə biri partlamamış hərbi sursatlardan çirklənib.
Daha sonra çıxış edən
Azərbaycan Respublikası
iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Laos və Azərbaycanın
UNESCAP tərəfindən irəli
sürülmüş Könüllü
Milli Hesabat tvinninq təşəbbüsü
çərçivəsində əməkdaşlıq etdiyini
bildirib. Onun sözlərinə görə,
konfransın mövzusu
Azərbaycan, o cümlədən
bəşəriyyət üçün
əhəmiyyət kəsb
edr. Nazir müavini əlavə edib ki, Dayanıqlı
İnkişaf Məqsədlərinin
(DİM) icrasında qarşıya
çıxan əsas
problemlərdən biri
beynəlxalq sülh və rifahın təmin olunması sahəsində qlobal təşəbbüslərə kölgə salan mina problemi məsələsidir.
Bu baxımdan o, Azərbaycanın adınının
dünyanın 5 ən
çox minalanmış
ölkələri siyahısına
daxil edildiyini vurğulayıb: “Bu minalar Azərbaycanda insan təhlükəsizliyi
üçün böyük
təhdid təşkil
etməyə davam edir. Təxminən 3400 azərbaycanlı mina partlayışının qurbanı
olub. Onlardan təxminən 600-ü ölümlə
nəticələnib. Mina
partlayışına görə
həyatını itirənlərdən
358-i uşaq, 30-u qadındır”.
Sahib Məmmədovun
sözlərinə görə,
ərazilərin minalarla
çirklənməsi əhalinin
həyat və yaşayışını təhlükə
altına alır, yüz minlərlə məcburi köçkünün
öz evlərinə qayıtmasına mane törədir. O əlavə
edib ki, bərpa istiqamətində
minasızlaşdırmanın vacib rolunu qəbul
edən Azərbaycan
18-ci milli Dayanıqlı
İnkişaf Məqsədini
irəli sürüb.
İqtisadiyyat Nazirliyinin
Dayanıqlı İnkişaf
və Sosial Siyasət Şöbəsinin
müdiri Hüseyn Hüseynov 18-ci milli Dayanıqlı İnkişaf
Məqsədinin məqsəd
və hədəfləri
barədə geniş
təqdimatla çıxış
edib.
Daha sonra BMT Baş katibinin köməkçisi, BMT İnkişaf
Proqramının (UNDP) Avropa
və Mərkəzi Asiya üzrə regional direktoru İrina Zivkoviç təmsil etdiyi qurumun Azərbaycanda aktiv komandasının fəaliyyət göstərdiyini
qeyd edib. Onun sözlərinə görə, komanda mina məsələsi də daxil olmaqla
sıx gündəliyə
malikdir. UNDP rəsmisi,
həmçinin Azərbaycan
Respublikasının Minatəmizləmə
Agentliyi (ANAMA) ilə bu yaxınlarda beynəlxalq mina fəaliyyətinə dair konfrans keçirdiklərini
əlavə edib. “UNDP
mina çirklənməsi
və partlamamış
hərbi sursatlarla mübarizə aparan ölkələri dəstəkləyir.
Bu dəstəyə ən yaxşı təcrübələrlə bağlı
informasiya mübadiləsi,
süni intellekt, dron, peyk kimi
yeni texnologiyalarla bağlı məlumat paylaşımı, heyvanların,
o cümlədən itlərin
mina fəaliyyətlərinə
cəlb olunması sahəsində təcrübə
mübadiləsi daxildir.
Azərbaycanın da bu sahədə çox yaxşı təcrübəsi var. Mən buna şəxsən
şahid olmuşam.
ANAMA və UNDP arasında
Mükəmməllik Mərkəzi
yaradılıb. Bu mərkəz gələcək
dövrlər üçün
fəaliyyətləri inkişaf
etdirir və ilkin mərhələdə
Azərbaycana, növbəti
mərhələdə isə
başqa regional və qlobal ölkələrə dəstək
məqsədi daşıyır.
Əməkdaşlığımızdan böyük gözləntilərimiz
var”,- deyə
BMT Baş katibinin köməkçisi bildirib.
Daha sonra əmək və əhlinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov mina qurbanlarının sosial müdafiəsi barədə
danışıb və
nazirliyin onların həyat şəraitinin inkişafı və təminatı sahəsində
əhəmiyyətli addımlar
atdığını qeyd
edib. Nazir müavini bildirib ki, minadan əziyyət
çəkən insanların
sosial ödənişlərinin
artırılması və
sosial müavinətlərin
təyin edilməsi üçün vacib qanunlar irəli sürülüb. “Bu baxımından 10 yeni sosial müavinət təyin edilib. 2018-ci ildə 4 sosial islahatlar paketi həyata keçirilib. Artırılmış sosial
müavinətlər əhalinin
ən həssas təbəqəsinə yönləndirlir.
Onların əhatəsi
60 faiz artaraq 880 min insanı əhatə edib”,- deyə Anar
Kərimov bildirib.
Nazir müavini
əlavə edib ki, mina qurbanları
sosial sığorta proqramı çərçivəsində
birdəfəlik təzminatla
təmin olunurlar. Təzminatın məbləği
mina insidenti nəticəsində baş
vermiş xəsarətin
dərəcəsindən asılıdır.
O həmçinin əlavə
edib ki, mina qurbanları müxtəlif tibbi və fiziki sosial reabilitasiya xidmətlərindən yararlanmaq
şansına malikdirlər.
Bu baxımdan o
700-lük yataq yerinə
malik 14 reabilitasiya mərkəzinin mövcud olduğunu qeyd edib.
Sonda Azərbaycan
nümayəndə heyəti
tədbir iştirakçılarının
suallarını cavablandırıb.
Azərbaycan.-2024.-
17 iyul (¹ 148).- S.5.