Siyasi
partiyalar seçkilərdə
iştirak üçün
fəallıqlarını artırırlar
Vətəndaşların siyasi mədəniyyət səviyyəsinin, siyasi fəallığının artırılmasında
seçkilər mühüm
əhəmiyyət daşıyır.
Seçkilərin istənilən
forması - bələdiyyə
seçkilərindən tutmuş,
prezident seçkilərinə,
istərsə də refendumlar və ya konstitusion dəyişikliklər ümumilikdə
ictimaiyyətdə sosial
və siyasi fəallığa səbəb
olur.
Azərbaycan müstəqilliyini
bərpa etdikdən sonra ölkədə dəfələrlə seçkilər
keçirilib. Hər növbəti seçki prosesi özüylə yeniliklərə və müasir seçki metodlarından istifadəyə
səbəb olub, demokratik seçki prinsipləri daha da təkmilləşib.
2024-cü il Azərbaycan
dövlətçilik tarixində
həm də seçkilər ili kimi qalacaq. Bu
il fevralın 7-də bütün ölkə ərazisində nöbvədənkənar
prezident seçkiləri
keçirildi. Bu seçkini xüsusi əhəmiyyətli edənsə
ərazi bütövlüyü
tam təmin edilmiş ölkədə
keçirilməsi idi.
Sentyabrın
1-də isə ölkəmizdə
parlament seçkiləri
keçiriləcək. Hazırda
seçkilərə hazırlıq
mərhələsidir. Dövlət
hakimiyyətinin və
yerli özünüidarə
orqanlarının yalnız
xalqın iradəsi əsasında təşkil
edilməsi və fəaliyyət göstərməsi
cəmiyyətdə siyasi
sabitliyə təminat
verir, milli özünüdərk hisslərini
inkişaf etdirir. Bütün bunlar isə seçki hüququnun vətəndaşların
digər konstitusion hüquqları içərisində
xüsusi yerə malik olduğunu göstərir. Ölkəmizdə
həyata keçirilən
konstitusion hüquqi islahatlar nəticəsində
insan hüquq və azadlıqlarının,
o cümlədən vətəndaşların
seçki hüququnun
daha səmərəli
həyata keçirilməsi
üçün geniş
imkanlar yaradılıb.
Azərbaycan xalqı
öz müqəddəratını
müəyyən etmək
hüququnu bilavasitə
ümumxalq səsverməsi
(referendum) və ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst,
şəxsi və gizli səsvermə yolu seçilmiş nümayəndələri vasitəsilə
həyata keçirir.
Seçkilərdə iştirak
etməklə xalq onu təmsil etmək hüququnu seçdiyi şəxslərə
verir. Azərbaycan Respublikasında vətəndaşların
seçkilərdə iştirakı
azad və könüllülük prinsipinə
əsaslanır. Qeyd edək ki, beynəlxalq
prinsiplərə əsasən
seçkilər bəzi
ölkələrdə hüquq,
bəzi ölkələrdə
isə vəzifə kimi müəyyənləşdirilib.
Seçkilərin vəzifə
kimi müəyyən
edildiyi ölkələrdə
seçkilərdə iştirak
məcburidir, iştirak
etməyən vətəndaşlar
üçün qanunvericilikdə
nəzərdə tutulmuş
cəza tədbirləri
tətbiq edilir. Ölkəmizdə isə
seçki vətəndaşların
hüquqları kimi müəyyənləşdirildiyindən seçkilərdə iştirak
könüllüdür, iştirak
etməyən vətəndaşlar
üçün heç
bir məsuliyyət nəzərdə tutulmayıb.
Seçkilərə hazırlıq
mərhələsində dairə
seçki komissiyalarının
sədrləri üçün
müşavirələr keçirilir.
Mərkəzi Seçki
Komissiyasında keçirilən
növbəti müşavirədə
MSK sədri Məzahir
Pənahov parlament seçkilərinin əhəmiyyətindən
danışarkən qeyd
edib ki, bundan öncə prezident seçkiləri suveren Azərbaycanın bütün ərazilərində
keçirildiyindən Zəfər
seçkisi adlandırılıb:
"Parlament seçkiləri
də Azərbaycanın
bütün ərazilərində
keçiriləcək və
olduqca vacib prosesdir".
Xatırladaq ki,
seçkini müşahidə
etmək üçün
Azərbaycana bütün
qitələrdən nümayəndə
heyətləri gəlir.
Dövlət başçısının
tapşırığı ilə Azərbaycanda 1000 məntəqədə veb-kameralar
quraşdırılıb. Dünyanın
istənilən nöqtəsindən
MSK-nın saytında seçkiləri veb-kameralar
vasitəsilə izləmək
olur və veb-kameralar vasitəsilə
seçkiləri müşahidə
edənlərin sayı
ildən-ilə artır.
O da məlumdur ki, tələbləri pozan seçki komissiyaları cəzalandırılacaq.
Azərbaycan yeganə
ölkədir ki, seçkilərdə media
subyektləri heç
bir qurumdan icazə almadan seçkilərin işıqlandırılması
prosesinə sərbəst
şəkildə qoşulurlar.
Parlament seçkilərinin
demokratik keçirilməsi
üçün ölkəmizdə
125 seçki dairəsi
üzrə 6400-dən artıq
seçki məntəqəsində
hər cür şərait yaradılıb.
Ötən prezident seçkilərində işğaldan
azad edilmiş ərazilərdə 26 seçki
məntəqəsi fəaliyyət
göstərib.
Parlament seçkilərində
isə seçki məntəqələrinin sayı
artırılmaqla seçkilər
daha geniş tərkibdə keçiriləcəkdir.
Demokratik prinsipləri
əsas götürən
ölkələrdə seçkilərdə
əsas meyar şəffaflığın təmin
edilməsidir. Ölkəmizdə
bu istiqamətdə ildən-ilə irəliləyişlər
var. Müvafiq səlahiyyətli şəxslər
tərəfindən ötən
illərdə baş vermiş çatışmazlıqların
aradan qaldırılması
ilə bağlı ciddi tapşırıqlar verilib. Bu da
ümumi seçki prosesi ilə bağlı siyasi iradəni ifadə edir. Ümumilikdə isə seçki mühitinin qiymətləndirilməsi
zamanı bir neçə məqama diqqət yetirmək lazımdır. Onlardan biri seçkilərin keçirilməsinin beynəlxalq
standartlara uyğunluğudur.
Bu məqsədlə Azərbaycanda müxtəlif
mexanizmlər yaradılıb.
Seçkiyə gedən
şəxslərin, seçicilərin
şəffaf barmaq izlərinin alınması
mexanizmi tətbiq olunur. Seçki məntəqələrində müşahidə
kameralarının quraşdırılması
təmin edilir. Beynəlxalq və xarici müşahidəçilər
seçkini izləmək
üçün dəvət
olunurlar. Bir neçəsi müşahidədə
iştirakla bağlı
artıq öz razılığını bildirib.
2024-cü il iyulun
10-da Mərkəzi Seçki
Komissiyasında dairə
seçki komissiyalarının
sədrləri üçün
keçirilmiş müşavirədə
Azərbaycan Respublikası
Prezidentinin köməkçisi
- Prezident Administrasiyasının
ərazi-təşkilat məsələləri
şöbəsinin müdiri
Zeynal Nağdəliyev
28 iyun 2024-cü il tarixinə olan məlumata əsasən, ölkə üzrə seçicilərin sayının
6 334 444 nəfər olduğunu
vurğulamışdır. Xatırladaq ki, ölkə üzrə keçirilən son seçkilərdə - 7 fevral
2024-cü il tarixli prezident seçkilərində
seçicilərin sayı
6 254 556 nəfər olub.
Seçkilərə qatılmaq istəyən vətəndaşlar, xüsusilə
siyasi partiyalar kifayət qədər fəallıq göstərirlər.
Seçki mühitini müsbət qiymətləndirən
Abşeron rayon sakini, Əməkdar müəllim Həqiqət
Süleymanova əminliklə
bildirir ki, bu seçki də maraqlı məqamlarla yadda qalacaq. Seçkilərdə
medianın, ictimaiyyətin
fəal iştirakı
üçün də
imkanlar genişdir. Kifayət qədər media subyektləri fəaliyyət göstərir.
Ötən illərdə
biz seçkilərlə
bağlı media platformalarının yaradıldığının
şahidi olmuşuq. Yəqin ki, bu istiqamətdə bu il də
eyni addımlar atılacaq. Parlament seçkiləri də prezident seçkiləri kimi daha mühüm
bir məqamla yadda qalacaq. Bu da Azərbaycanın
ərazi bütövlüyü
təmin olunduqdan sonra keçirilən ilk parlament seçkiləridir.
Bu fakt çox
böyük əhəmiyyət
kəsb edir. Vətəndaşların ruh
yüksəkliyi seçici
fəallığını daha da artırır.
Azərbaycanda yeni dövrün tələbinə
uyğun parlamentin formalaşdırılması zamanın
tələbidir. Milli Məclisə növbədənkənar
seçkilər zamanı
müstəqillik dövründə
ilk dəfə olaraq Qarabağ və Zəngəzuru təmsil edən millət vəkilləri məhz bu ərazilərdə
keçirilən seçkilər
nəticəsində mandat
alacaqlar.
Biz bunu prezident seçkilərində
də gördük, inanıram ki, parlament seçkiləri də belə olacaq. Müsbət mənəvi məqamlar insanlar üçün çox əhəmiyyətlidir.
Bütün bunlar onu deməyə əsas verir ki, seçki hüququndan istifadə üçün vətəndaşlara
geniş imkanlar yaradılıb. Bu da bütün ölkə ərazisində
keçiriləcək parlament
seçkilərinin əhəmiyyətini
xeyli artıracaq.
Rəhman SALMANLI,
Azərbaycan.-2024.-
17 iyul (№ 148).- S.7.