Tullantıların təkrar emalı "yaşıl gələcəy"in təminatına dəstək verir

 

 

Qarabağın Şərqi Zəngəzurun bərpasında dağıdılmış tikililərin qalıqlarından səmərəli istifadə olunur

 

 

 

Qlobal  iqlim dəyişikliyi  tullantıların artması, ətraf mühitin çirklənməsi, torpaqların səhralaşması təmiz içməli su çatışmazlığına səbəb olur. Təbii ki, bu proses bütün dünyanı narahat etdiyi kimi, Azərbaycanda da əlaqədar qurumların  gərəkli tədbirlər görməsini tələb edir.

Vəziyyətdən çıxmağın optimal variantlarından biri tullantıların  təkrar emalıdır. Təkrar emal təbii sərvətlərimizi qorumağa kömək edir,  ekoloji cəhətdən təmiz "yaşıl planet"in yaranmasında çox böyük rol oynayır.  Üstəlik, bu proses təbii ehtiyatları gələcək nəsil üçün qoruyur, istehsal olunan tullantıların miqdarını azaldır zibilxanaların həddindən artıq yüklənməsinin qarşısını alır. Təkrar emal yeni yerlərinin yaranmasına yol açır, xammal "ovunu" məhdudlaşdırır. Bütün bunlar Azərbaycanda ekoloji siyasətin əsas istiqamətləri olmaqla yanaşı, həm ətraf mühitin mühafizəsinə təbii sərvətlərdən səmərəli istifadəyə təkan verir. Nəticədə ölkə ərazisində yüksəkkeyfiyyətli ekoloji mühit   "yaşıl eneji" məkanı yaranır.

Məlumdur ki, ətraf mühiti çirkləndirən əsas faktorlardan biri plastik qablaşdırma tullantılarıdır. Həmin tullantılar təbiətdə yüz illər ərzində parçalanmır, miqdarı isə ilbəil artır. Araşdırmalar göstərir ki, bu tullantılar düzgün idarə olunmadığından ətraf mühiti çirkləndirir, kənd təsərrüfatı torpaqlarının dərin qatlarına keçərək bitkilərin normal inkişafını ləngidir məhsuldarlığın aşağı düşməsinə səbəb olur. Fikrimizi faktların dili ilə davam etdirsək, ortaya belə bir mənzərə çıxır: ötən əsrin ortalarında dünya üzrə təxminən 1,5 milyon ton plastik  məhsul istehsal olunub. Həmin göstərici 1990-cı ildə təxminən 67 dəfə artaraq 100 milyon tona çatıb. 2015-ci ilə qədər isə bu rəqəm 3 dəfədən çox artıb təxminən 322 milyon tona bərabər olub. Plastik məmulat istehsalının belə sürətlə artması plastik tullantıların daha böyük templə çoxalmasına təkan verib.

Bu gün plastik tullantıların yaranması tempinin azalması istiqamətində mühüm addımlar atılır. Ekologiya Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Faiq Mütəllimov deyir: "Hazırda plastik tullantıların azaldılması təkrar emalı üçün fəaliyyət planı həyata keçirilir. Bu plana əsasən, 37 şəhər rayonda 250-dən çox tullantı konteynerləri quraşdırılıb. Burada əsas məqsəd plastik tullantıların çeşidlənməsi təkrar emala verilməsidir. Müxtəlif layihələr çərçivəsində bu proses davam edir. Bakı şəhəri Nərimanov rayonunda əvvəlcə pilot layihə kimi iki fərqli konteyner yerləşdirilib. Bu konteynerlər təkrar emalı mümkün olan tullantılar üçün nəzərdə tutulub. Tullantılar çeşidləmə zavoduna gedir, orada daha dəqiq kateqoriyalara bölünür. Azərbaycanda çeşidləmə praktikası yeni olsa da, təkrar emalda maraqlı olan şirkətlər kifayət qədərdir".

Daha bir fakta müraciət edək. Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2023-cü ildə ölkədə 4086,1 min ton tullantı əmələ gəlib. Bunun 66,6 faizini bərk məişət tullantıları, 33,4 faizini isə müəssisələrin istehsal fəaliyyəti nəticəsində yaranmış müxtəlif növ tullantılar təşkil edib. Ötən il yaranmış 2719,6 min ton bərk məişət tullantılarının 79,4 faizi zərərsizləşdirilməsi məqsədilə poliqonlara daşınıb, 19,5 faizi enerji əldə edilməsi məqsədilə istifadə olunub, 1,1 faizi ölkə daxilində satılıb. Məişət tullantılarından istifadə hesabına 223,0 milyon kVt saat ya 2022-ci illə müqayisədə 8,6 faiz çox elektrik enerjisi istehsal edilib. Sənayedə iqtisadiyyatın digər sahələrində əvvəlki illərdə yaranan qalıqlar daxil olmaqla, ötən il istehsalat tullantılarının 22,9 faizi müəssisələrdə xammal kimi istifadə edilib, 19,9 faizi ölkə daxilində satılıb, 1,6 faizi ixrac olunub, 8,5 faizi zərərsizləşdirilməsi məqsədilə poliqonlara daşınıb, 47,1 faizi isə müəssisələrdə qalıb.

Tullantıların təkrar emalı istifadəyə verilməsi işğaldan azad edilmiş Qarabağ ərazilərində həyata keçirilir. Bu, Qarabağın yenidən qurulmasında, bərpasında bir yenilikdir.  Ötən ildən  Qarabağ Şərqi Zəngəzurda  tullantıların idarə olunması sisteminin quraşdırılması üçün ilkin addımlar atılıb. Azərbaycanda ilk dəfə olaraq Ağdam rayonunda tikinti-söküntü tullantılarının təkrar emalına başlanılıb. Tullantılardan, dağıdılmış tikililərin qalıqlarından təkrar emal nəticəsində əldə olunan materiallar daha çox yol  tikintisi üçün yararlıdır. Həmin materiallar yol yataqları tametaltı özül kimi istifadə olunur. Bu da sıfır tullantıya nail olmaq fürsəti yaradır. Qeyd edək ki, dağıntıların idarə olunması çox ciddi işdir. Ekologiyaya zərər vurmadan milyonlarla kub dağıntını tikinti materialına çevirmək iqtisadiyyata da xeyir verir.

Əslində, bu proses dünya təcrübəsində illərdir mövcuddur xeyli gəlirli sahə hesab olunur. Hələ 1992-ci ildə Birləşmiş Millətlər Təşkilatının təşəbbüsü ilə Rio-de-Janeyro şəhərində keçirilmiş beynəlxalq konfransda səsləndirilmişdi ki, dünyanın gələcək inkişafı ilk növbədə ekoloji problemlərin necə həll edilməsindən asılı olacaq. Məhz həmin tədbirdə dünyada mövcud olan ətraf mühit problemlərinin həlli yolları çox ciddi şəkildə nəzərdən keçirilmiş mühüm qərarlar, o cümlədən artıq bütün beynəlxalq ekoloji təşkilatların proqram sənədinə çevrilmiş "Dayanıqlı inkişaf" konsepsiyası qəbul edilmişdi. Bu konsepsiyada iqtisadi inkişafın ekoloji tarazlıqla vəhdət təşkil etməsi, üstünlüyün ətraf mühitin qorunmasına verilməsi, ekoloji problemlərin ilk növbədə həll olunması, gələcək nəsillərin imkanları məhdudlaşdırılmadan çağdaş nəsillərin rifahının yaxşılaşdırılması ön xəttə çəkilmişdi. Konsepsiyada tullantıların təkrar emal olunması da yer almışdı. Məhz həmin konsepsiyadan çıxış edərək Qarabağda tullantıların yığılması, çeşidlənməsi təkrar emalı üçün strategiya hazırlanıb.

Ekologiya Təbii Sərvətlər Nazirliyi, "Təmiz şəhər" ASC-nin təşkilatçılığı ilə Bakıda keçirilən "Yaşıl dünya naminə həmrəylik: dayanıqlı gələcək üçün tullantıdan dəyərə" beynəlxalq forumunda çıxış edən ekologiya təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayevin sözlərinə görə,  işğaldan azad edilmiş ərazilərdə tullantıların müasir idarəetmə sisteminin qurulması üzərində fəal aparılır: "Tullantıların xammal kimi təkrar istifadəsi vacibir. Ağdam rayonunda bərpası planlaşdırılan kəndlərdə pilot layihələr həyata keçirilir.  Bu ərazilərdə intensiv bərpa-quruculuq işləri aparıldığı üçün özəl sektorun diqqətinin artırılması da vacibdir".

Bütün bunlar onu deməyə əsas verir ki, artıq Qarabağda dağıntı tullantılar çay yataqlarına tökülməyəcək, onların müasir dünya standartlarına uyğun istifadə olunması həyata keçiriləcək. Bu da BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına töhfə olaraq diqqətlərdən yayınmayacaq. Bu, həm təkrar emal nəticəsində işğaldan azad edilmiş ərazilərdə uğur əldə olunmaqla yanaşı, ətraf mühitin qorunması, ekoloji problemlərin həlli "yaşıl" gələcəyin təmini istiqamətində mühüm addım olacaq.

 

Züleyxa ƏLİYEVA,

Azərbaycan.-2024.- 17 iyul (¹ 148).- S.8.