"COP29-la bağlı işlər intensiv surətdə aparılır".
Bunu ekologiya və təbii sərvətlər nazirinin
müavini Umayra Tağıyeva "COP29-la bağlı
beynəlxalq təşəbbüslər"
müsabiqəsi ilə
əlaqədar keçirilən
brifinqdə deyib. O bildirib ki, iqlim
dəyişmələri çox
mürəkkəb prosesdir.
"Çox təəssüf
ki, son zamanlar
iqlim dəyişmələri
əhəmiyyətinə və
təsir dairəsinə
görə böyük
bir problemə çevrilib. İqlim dəyişmələrinin təsirlərinin
azaldılması, istilik
effekti yaradan qazların emissiyalarının
azaldılması, eyni
zamanda artıq baş vermiş və proqnozlaşdırılan
iqlim dəyişmələrinə
uyğunlaşma fəaliyyətinin
daha da gücləndirilməsi
məqsədilə Azərbaycana
bütün ölkələrdən
dövlət və hökumət başçıları
səfər edəcəklər.
Hazırda COP29-la bağlı
intensiv işlər davam etdirilir.
COP29 Təşkilat Komitəsində
dövlət qurumları
ilə yanaşı, vətəndaş cəmiyyətinin,
qeyri-hökumət təşkilatlarının,
akademik dairələrin
nümayəndələri təmsil
olunurlar. Bu prosesin davam etdirilməsi, hazırda qeyri-hökumət təşkilatlarının
(QHT) səsini eşitmək,
onların ideyalarını
nəzərə almaq
üçün, eyni
zamanda onların COP29 prosesinə töhfə vermələrinə şərait
yaratmaq məqsədilə
Ekologiya və Təbii Sərvətlər
Nazirliyi Qeyri-Hökumət
Təşkilatlarına Dövlət
Dəstəyi Agentliyi
ilə birlikdə
"COP29-la bağlı beynəlxalq
təşəbbüslər" qrant müsabiqəsi keçirməyi qərara
alıb", - deyə
U.Tağıyeva qeyd edib.
Xatırladaq ki,
BMT-nin İqlim Dəyişikliyi üzrə
Çərçivə Konvensiyasının
(COP29) Tərəflər Konfransının
29-cu sessiyası bu ilin noyabrında Azərbaycanda keçiriləcək.
Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən
COP28 plenar iclasında
qəbul edilib. İki həftə ərzində dünyanın
mərkəzinə çevrilən
Bakı 70-80 minə yaxın xarici qonaq qəbul edəcək.
Birləşmiş Millətlər
Təşkilatının İqlim
Dəyişikliyi üzrə
Çərçivə Konvensiyası
1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən
Yer Sammitində insanın iqlim sisteminə təhlükəli
müdaxiləsinin qarşısını
almaq üçün
imzalanmış sazişdir.
"COP" (Conference of Parties)
abbreviaturası İqlim
Dəyişikliyi üzrə
Çərçivə Konvensiyasının
icrasına nəzarət
edən ən yüksək qanunverici orqan olan "Tərəflərin Konfransı"
mənasını verir.
Konvensiyada 198 ölkə
iştirak edir. Tərəflər başqa
cür razılaşmırsa,
COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilin martında Berlində baş tutdu və onun katibliyi
Bonnda yerləşir.
Azərbaycan.-2024.-
17 iyul (№ 148).- S.8.