Cənubi
Koreya COP29-da uğurlu
nəticələrin əldə
olunacağına inanır
"COP29-da çox vacib gündəlik kimi xüsusilə inkişaf etməkdə olan ölkələr üçün iqlim maliyyələşməsini müzakirə
edəcəyik. Çox
əminəm ki, Azərbaycanın güclü
liderliyi ilə biz noyabrda keçiriləcək
COP29-da iqlim maliyyələşməsi
məsələsində xüsusilə
inkişaf etməkdə
olan və həssas ölkələr
üçün uğurlu
nəticələr əldə
edə biləcəyik".
Bu sözləri
AZƏRTAC-a Cənubi Koreya xarici işlər nazirinin iqlim məsələləri
üzrə müavini xanım Hyun Kim söyləyib. O, iqlim dəyişikliyinin qlobal çağırış
olduğunu və elə qlobal fəaliyyət də tələb etdiyini deyib. Bildirib ki, BMT-nin İqlim
Dəyişmələri üzrə
Çərçivə Konvensiyasının
(UNFCCC) Tərəflər Konfransının
bütün üzvləri
bu istiqamətdə birlikdə səylə çalışmalıdırlar.
Ölkəmizi noyabrda
COP29 konfransına evsahibliyinə
görə təbrik edən Cənubi Koreya rəsmisi Azərbaycana, COP29-un təşkilatçılarına
uğurlar arzulayıb.
Azərbaycan.-2024.-
17 iyul (№ 148).- S.8.