Vətənpərvərlər

 

 

Hər bir ölkənin gələcəyi onun gənclərinin düşüncə tərzi, intellektual səviyyəsi, milli ruhu əsasında formalaşır. Azərbaycan gəncliyi xalqımızın əsrlər boyu yaratdığı dövlətçilik ənənələrini, milli mədəniyyəti gələcəyə daşıyan böyük qüvvədir. Onlar dövlətimizin həm bu günü, həm gələcəyidirlər.

Son illərdə ardıcıllıqla qəbul edilmiş hazırda uğurla həyata keçirilməkdə olan "Azərbaycan gənclərinin inkişaf strategiyası (2015-2025-ci illər)", müxtəlif dövlət proqramları, xüsusilə gənclərin azərbaycançılıq dövlətçilik prinsipləri əsasında tərbiyəsinə, onlar arasında milli-dini dözümlülük, sülhsevərlik, humanizm dəyərlərinin təbliğinə s. məsələlərə yeni imkanlar yaradır.

Bu gün Azərbaycanda həyata keçirilən gənclər siyasətinin, onlara göstərilən diqqət qayğının əsasında ölkə üçün layiqli vətəndaş sağlam nəslin yetişdirilməsi, cəmiyyətdə vətənpərvərlik ruhunun daim yüksək olması məqsədi dayanır. Belə bir ruh Azərbaycanda regionun ən qüdrətli ordusunu formalaşdırıb. Hər addımında insanlarımızın sevgisini, dəstəyini duyan bu ordu sıralarında xidmət edən gənclərimizin vətən sevgisinin gücü ilə nələrə qadir olduqlarını 2016-cı ilin Aprel zəfərində sübuta yetirdilər. Bununla həm Azərbaycanda necə cəsur, vətənpərvər bir gəncliyin yetişdiyini görürük. Müstəqillik dövründə böyümüş gənclik Qarabağ müharibəsinin, itirilmiş torpaqlarımızın dərslərini yaxşı mənimsəyir. Bu işdə vətənpərvərlik təbliğatı aparan insanlarımızın da böyük əməyi vardır.

Prezident İlham Əliyevin tarixi tədbirlərdəki çıxışları cəmiyyət üçün əsl vətənpərvərlik tərbiyəsi, həmişə gəncliyə çağırış xarakteri daşıyırdı: "Azərbaycan getdikcə güclənəcək. Biz inkişaf yolundayıq. Bizim qarşımızda bütün yollar açıqdır, üfüqlər aydındır. Bundan sonra da Azərbaycan yalnız yalnız inkişaf yolu ilə gedəcək. Ermənistan bizimlə heç cür rəqabət apara bilməz bilməyəcək. Tarixi ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq bizim tərəfimizdədir, iqtisadi güc bizdədir, hərbi güc bizdədir, vətənpərvərlik ruhu bizdədir ".

44 günlük Vətən müharibəsinin ən ağır yükü cəbhədə misilsiz qəhrəmanlıqlar göstərən, ərazi bütövlüyümüz naminə şəhid olan, yaralanan, hər yüksəkliyin, kəndin, qəsəbənin, şəhərin azadlığı üçün silah yoldaşları ilə birgə böyük əziyyətlər çəkən gənc əsgər zabitlərimizin üzərinə düşdü. Qarabağın tacı, ruhumuzun şəhəri olan Şuşanın azad edilməsi üçün qayalardan dırmanaraq yüngül silahlarla - bıçaqla, avtomatla tankın, topun üzərinə atılan, bu igidliyi dünyanın hərb tarixinə düşən Azərbaycan gəncliyinin qəhrəmanlığını unutmaq olarmı?!

Vətən müharibəsi ərəfəsində, hərbi əməliyyatların gedişində hər yeri bayraqlarımızla bəzəyən, öz coşqusu ilə cəmiyyətimizi qələbə ovqatına kökləyən, inam yaradan da əsasən gənclərimiz idi. Prezidentin səfərbərlik çağırışına on minlərlə gənc qətiyyətlə cavab verdi. Hamı döyüşə getmək üçün könüllü yazılırdı. Gənclərimiz yerli səfərbərlik orqanlarından dərhal orduya aparılmalarını israrla tələb edirdilər. Hər vəchlə cəbhədəki dostlarının, həmyaşıdlarının yanında olmağa, düşməndən qisas almağa can atırdılar. Hərb meydanına, qanlı savaşa sevinə-sevinə yollanırdılar. Düşmənlə üz-üzə yalnız qələbə barədə düşünür, vətənpərvərlikləri, döyüş ruhları, hazırlıqları, əzmkarlıqları ilə işğalçının qorxulu yuxusuna çevrilirdilər. Onların azad edilmiş məskənlərimizdə üçrəngli bayrağımızı qaldırmaları, Dövlət himnimizi oxumaları Azərbaycan gəncliyinin Vətən qarşısındakı müstəsna xidmətlərinin tarixdə əbədiləşmiş mənzərəsidir. Bu mənzərədə tarix hər zaman Azərbaycan xalqının yenilməzliyini görəcək.

44 günlük Vətən müharibəsi gedişində cəmiyyətdə, ölkəmizin ərazi bütövlüyü kimi taleyüklü məsələdən sonra gələn bütün müzakirə mövzuları arxa plana keçirildi. Xalq böyük qələbə üçün imkanlarını tam səfərbər etdi. Əsgər zabitlərimiz ön cəbhədə düşmənlə üz-üzə əlindəki silahı ilə, cəmiyyət həyatının müxtəlif sahələrində çalışan əmək adamlarımız arxa cəbhədəki fəaliyyəti ilə, informasiya savaşında iştirak imkanı olan hər kəs səsi-sözü ilə, milli həqiqətlərimizi çatdırmağı ilə qələbəyə öz töhfəsini verməyə çalışdı. İndi hamı deyir, Vətən müharibəsində qazandığımız qələbə milli birliyimizin qələbəsidir. Ona görə bu qələbə bizim üçün bu qədər parlaq, dəyərli tarixidir.

Azərbaycan gəncliyi öz missiyasını bu gün davam etdirir. Azad edilmiş torpaqlarımızı göz bəbəyi kimi qoruyur.

Vətən müharibəsində şücaət göstərmiş Azərbaycan gənclərinin qəhrəmanlığı layiqincə qiymətləndirilir. Azərbaycan Respublikasının Prezidenti on minlərlə gəncimizi Vətən müharibəsindəki xidmətlərinə görə dövlətimizin ali orden medalları ilə təltif edib. Onlar hər zaman bu orden medalları sinələrində şərəflə daşıyacaqlar. Elin-obanın, gələcək nəsillərin qürur yeri olacaqlar. Vətən müharibəsində şəhid olmuş gənclərimizin məzarları ən müqəddəs and yerimizdir. Dövlətimiz şəhid ailələrinin, müharibədə sağlamlığını itirmiş əsgər zabitlərimizin, mülki vətəndaşlarımızın hər zaman yanındadır. Onların sosial müdafiəsi üçün lazımi tədbirlər görülür. Azərbaycan gəncləri müxtəlif vətəndaş təşəbbüsləri ilə bu məsələlərdə dövlətimizə dəstək olmağa çalışır.

Vətənə böyük zəfərlər qazandırmış bu gənclik ölkəmizin möhtəşəm nailiyyətləri ilə tariximizin yeni şanlı səhifələrini yaradır.

 

 İradə ƏLİYEVA,

Azərbaycan.-2024.- 17 iyul (№ 148).- S.11.