İncəsənət bütün insanları birləşdirir

 

 

Bir müddət öncə Bakının mərkəzində fəaliyyətə başlayan, açılışında ölkə Prezidenti İlham Əliyev Birinci xanım Mehriban Əliyevanın da iştirak etdikləri Crescent Mall-da çoxşahəli ticarət şəbəkəsi, 140 dildə yazılı, Azərbaycan, rus, ingilis dillərində isə şifahi məlumat verə bilən "Leyli" süni intellekt bələdçisindən əlavə, maraq doğuran digər məqam da yuxarı açıq məkana qalxan hissədəki böyük sütunda yaradılmış Azərbaycanın mədəni irsinə istinadlı, milli elementlərdən ibarət incəsənət nümunəsi oldu.

şübhəsiz ki, həmin gün sonradan bura üz tutan sakinlər müxtəlif çeşidli geyim ləvazimatları, aksesuarlar, dadlı təamlarla yanaşı, bu sənət əsərindən bəhrələnməkdədirlər.

Söhbət Crescent Mall-un daxilində mərkəzdə yerləşən çoxmərtəbəli sütun üzərində dizayn edilmiş milli elementləri özündə əks etdirən "Həyat Ağacı" adlı divar rəsmindən gedir. Ölkəmizin, xalqımızın mədəni irsinə tarixinə dayanan ornamentlərlə zənginləşdirilimiş bu dayaq-müstəviyə ağac, nar Şah Abbas kimi milli elementlər həkk edilmişdir. Divar rəsmində təsvir edilən naxışlar formalar sanki Orta əsrin milli xalçalarından birbaşa sütuna köçmüş həyat birlik simvoludur. Milli ornamentlər quşlar ilə zaman dinamikasında bir araya gələn "Həyat ağacı" isə sürətlə inkşaf edən, ənənələrimizə sadiq qalaraq gələcəyə doğru inamla hərəkət edən, birlik azadlıq rəmzini özündə cəmləyən Azərbaycan xalqının ifadəsidir.

Ticarət mərkəzindəki divar rəsmlərinə çoxlu sayda tamaşaçı heyranlıqla baxdı, bəlkə əksəriyyət bütün bunların gənc rəssam Məhərrəm Əli tərəfindən ərsəyə gətirildiyinin fərqinə varmadı. Biz isə dünyaya səs iz salmış klassik boykarlığımızın fonunda ənənə ilə müasirliyi qovuşduran divar rəsmlərinin cazibəsində istedadlı sənət adamı ilə görüşüb həmsöhbət olduq. Müəllif təvazökarcasına söylədi ki, Crescent Mall-un interyerindəki çalışmaları indiyə qədərki fəaliyyətinin davamıdır: "Bu günədək divar rəsmləri silsiləsindən çoxsaylı əsərlərimizi - Balaxanıda, İçərişəhərdə, Bəşir Səfəroğlu, Əlövsət Quliyev küçələrində digər yerlərdəki əl işlərimizi görüb-bəyənənlərdən zaman-zaman belə təkliflər, dəvətlər gəlir. Ticarət mərkəzindəki layihə bir neçə dəfə müzakirə edildi nəhayət, "Həyat ağacı" üzərində dayanıldı".

Məhərrəm Əli deyir ki, Prezident İlham Əliyevin gəncləri ümumiyyətlə, sənət adamlarını ətrafına toplayaraq fikirlərini dinləməsi, yeni layihələrin həyata keçirilməsi barədə göstərişlər verməsi yaradıcı gəncliyə olan diqqət qayğının bariz nümunəsidir: "Təkcə Heydər Əliyev Fondunun təşəbbüsü ilə hər il yüzlərlə sərgilər təşkil olunur. Yerli beynəlxalq simpoziumlar keçirilir. İstedadlı gənc rəssamların sənət əsərləri dünyaşöhrətli qalereyalarda sərgilənir. Odlar yurdunda incəsənətin tarixi eramızdan əvvəlki minilliklərə söykənir. Qobustanda qaya üzərindəki insan təsvirlərindən tutmuş, yaşı yüz illərlə ölçülən qədim xalçalarımız mədəni irsimizin tarixiliyini, milli kimliyimizin orijinallığını qürurla əks etdirir. Müasir dövr təsviri sənətimiz dövlətimizin dəstəyilə Azərbaycanın mədəni şöhrətini bütün dünyaya yayır".

Bəs niyə daha çox Street art? Müsahibim əlavə edir ki, rəssamlar cəmiyyətin önəmli həssas təbəqəsidir: "Sadə dilə desəm, geyindiyimiz paltardan tutmuş, yaşadığımız evlərə, istifadə etdiyimiz minik avtomobilləri, gündəlik məişət əşyaları bir sözlə, bizi əhatə edən bütün maddi aləmdə rəssamların vacib əməyi var. Konseptual xalçaçı rəssam Street art rəssamı kimi istər öz yaradıcılığımda, istərsə şəhərin mərkəzi küçələrindəki divar rəsmlərində klassik müasir incəsənəti üz-üzə qoyub məni narahat edən suallara cavab tapmağa çalışıram. Yaradıcılıq - olan yaxud olmayan bir şeyi fərqli, fərdi tərzdə ifadə edə bilmək bacarığıdır".

Məhərrəm Əliyev 1992-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda dünyaya göz açıb. Uşaqlıqdan sehrinə düşdüyü rənglər aləmində öz kiçik palitrasını yaradıb, daim yaradıcı hiss və duyğularla böyük sənətə can atıb. Elə bu arzularla da rəssam olmağı qərarlaşdırıb, orta məktəbi bitirdikdən sonra sənədlərini Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına təqdim edib. 2012-2016-cı illərdə bu təhsil ocağında tanınmış müəllimlərdən, sənət ustadlarından dərs alıb. 2020-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.

2013-2017-ci illərdə "Xeyirə Vəsilə" layihəsinin 5 sərgisində, 2018-ci ildə Kastamonu-Bakı dostluq sərgisində, 2021-də "Naxçıvan - bəşəriyyətin beşiyi"  simpoziumunda, "Art Zone Qəbələ", "Atr Zone Masallı", "Art Zone Tovuz" (2022) sərgilərində, "Müharibə uşaqlarına xeyriyyə yardımı", Özbəkistan və Azərbaycan Prezidentlərinin də qatıldığı Xivə və Daşkənd şəhərlərində keçirilən "Özbəkistan Azərbaycan rəssamlarının gözü ilə" simpoziumunda, Karvan art qrupun "Heydər Əliyev ili" çərçivəsində "Qarabağ" (2023) sərgisində "Muzey mərkəzi Şuşa", "İrsin izi ilə", "Qarabağ" (2024)  art simpoziumlarda uğurla iştirak edib.

 

Qurban MƏMMƏDOV,

Azərbaycan.-2024.- 17 iyul (№ 148).- S.11.