Fransanın
problemləri gündən-günə
çoxalır
Makronun
bərbad daxili və xarici siyasəti ölkəni ağır
duruma salıb
Azərbaycan və
Ermənistan sülhə
doğru məqsədyönlü
addımlar atırlar.
Normallaşma prosesi davam edir. Bu
iki ölkə arasında sülh müqaviləsinin imzalanması
ilə Cənubi Qafqaz regionuna sabitlik, dinclik gələcəyinə ümidlər
artır.
Öz ərazi
bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra Azərbaycan işğaldan azad olunmuş ərazilərində
"Böyük Qayıdış"
Proqramına uyğun olaraq genişmiqyaslı bərpa və yenidənqurma işlərinə
başlayıb. Artıq
uğurlu nəticələr
göz önündədir.
Qarabağda və Şərqi Zəngəzurda
erməni vandalları
tərəfindən işğal
müddətində dağıdılmış,
yandırılmış, xarabalığa
çevrilmiş kəndlər,
qəsəbələr, rayonlar,
şəhərlər yenidən
qurulur, tikilir, bərpa edilir. Keçmiş məcburi köçkünlər öz
dədə-baba yurdlarına
geri dönürlər.
Beləliklə, Azərbaycan
beynəlxalq hüququn
norma və prinsiplərinə əməl
edərək haqqı,
ədaləti bərpa
edir,
Azərbaycan və
Ermənistanın uzun
illər davam etmiş, müharibələrə
səbəb olmuş problemlərin həllinə
bu qədər yaxın ikən suyu bulandırmağa çalışanların ikili
standartlara, müdaxilə
cəhdlərinə son
qoymamaları təəssüf
doğurur. Belə ölkələr sırasında
ən çox canfəşanlıq edən
isə Fransadır. Emmanuel Makron hökuməti Cənubi Qafqaza yenidən nifaq toxumu səpmək
niyyətini müxtəlif
bəhanələrlə reallaşdırmağa
səy göstərməklə,
yaxın görünən
sülh danışıqlarını
əngəlləməklə, Ermənistanı açıq
şəkildə silahlandırmaqla
nümayiş etdirir. Halbuki bu ölkənin
özünün problemləri
həddindən artıqdır.
Prezident Emmanuel Makron hökumətinin həyata keçirdiyi bərbad daxili və xarici siyasət nəticəsində
Fransanın düşdüyü
girdab gündən-günə
daha da dərinləşir.
Əslində, bu
günlər Fransa üçün əlamətdar
olmalıdır. Ölkə
otuz iki ildən sonra yenidən Olimpiadaya evsahibliyi edir. Yarışların başlanmasına
sayılı günlər
qalıb. İndi qədim Parisin küçələri, gəzməli-görməli
yerləri turistlərin
çoxluğu ilə
diqqəti cəlb etməli idi. Ancaq görünən odur ki, mötəbər
tədbirə hazırlaşmaq,
gələcək qonaqları
layiqincə qarşılamaq
Fransa üçün
ikinci plana keçib. Çünki ölkənin başı daxili problemlərin yaratdığı gərginliklərdən
açılmır.
Fransa Milli Assambleyasına növbədənkənar
seçkilərdə "Yeni
xalq cəbhəsi"
solçu koalisiyasının
182 mandata sahib olaraq üstünlüyü
ələ almasından
sonra çıxılmaz
vəziyyətə düşən
ölkənin Prezidenti
Emmanuel Makron təşviş içərisindədir.
Çünki onun rəhbərlik etdiyi "Birlikdə" koalisiyası
Avropa Parlamentinə seçkilərdə rüsvayçı
məğlubiyyətindən sonra Fransa Milli
Assambleyasına növbədənkənar
seçkilərdə də
uğur qazana bilmədi. "Birlikdə"
koalisiyası 168, Jordan
Bardellanın "Milli
Birlik" Partiyası
143 yer qazandı. Beləliklə, Emmanuel Makron ard-arda iki mühümi seçkini uduzdu. Əlacsız qalan Fransa prezidenti verdiyi ilk açıqlamalarda
"heç kimin qalib gəlmədiyini"
bəyan etdi. Emmanuel Makron "respublika qüvvələrini"
ölkəni idarə
etmək üçün
"güclü çoxluq"
yaratmağa səslədi.
Emmanuel Makronun seçkinin nəticələrini
inkar etdiyini bildirən "CGT" Həmkarlar
İttifaqının lideri
Sofi Bine onun vəziyyəti inkar etməkdən əl çəkməli olduğunu diqqətə çatdırdı: "O, seçkilərdə
məğlub olub. Versal sarayına çəkilən XVI Lüdovik
kimi davranır. O, ölkənin vətəndaşlarının
tələblərini dinləməli
və özünü
dünyadan bu qədər təcrid etməməlidir".
Fransa prezidentinin
verdiyi açıqlamalar
yeni seçilmiş parlament assambleyasının
toplanacağı gün
- 18 iyulda etirazlara çağıran "CGT" Həmkarlar İttifaqı
da daxil olmaqla, fransız cəmiyyətinin qəzəbinə
səbəb oldu. CGT bəyanatında qeyd etdi ki, hökumətin
formalaşdırılmasını tələb etmək üçün etiraz aksiyaları prefekturaların,
dövlət orqanlarının
və Milli Assambleyanın binası qarşısında keçirilməlidir.
Olimpiya Oyunları
isə iyulun 26-dan başlayaraq avqustun 11-dək
davam etməlidir. Ancaq ölkədə baş verən hadisələr söyləməyə
əsas verir ki, Emmanuel Makron
hakimiyyəti Yay Olimpiya Oyunlarında çox ciddi sınaqlarla üzləşəcək.
Beləliklə, Fransa
hökumətinin daxili
və xarici siyasətindəki uğursuzluqların
yaratdığı uçurum
dərinləşməkdədir.
Fransanın Afrikadakı
siyasətini tənqid
etdiyinə görə,
Kemi Seba təxəllüsü ilə
tanınan publisist Stellio Jill Rober
Kapo Kiçini ölkə vətəndaşlığından
məhrum edilib. Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya
Zaxarova bildirib:
"Paris hansı günahlarına
görə məşhur
ictimai xadimi vətəndaşlıqdan məhrum
etdi? İstər inanın, istərsə inanmayın, Fransanın Afrikadakı siyasətini tənqid etdiyinə görə. Baxmayaraq ki, hətta Makronun tərəfdarları
da Yelisey sarayının Afrika ilə bağlı xarici siyasətini yaltaq epitetlərə layiq kurs adlandıra
bilmirlər".
Mariya Zaxarova onu da nəzərə
çatdırıb ki,
Fransanın "Le Figaro" nəşri publisisti xarici agent adlandırıb:
"Nə demokratiya və söz azadlığı ilə bağlı ənənəvi
fransız təsəvvürləri,
nə də tolerantlıq və insan hüquqlarına hörmət edilməsi üzrə müasir şərhlər Parisi Kemi Sebanın "Neqrofob neokolonializm" adlandırdığı sindromdan
xilas edə bilməyib".
Demokratiya maskasını
daxili və xarici siyasətində yol verdiyi haqsızlıqlarla,
ədalətsizliklərlə, hətta cinayət əmələri ilə yırtan, əsl simasını göstərən
Fransa hökiməti bununla ən böyük zərbəni
özünə vurur.
Həmin zərbələrin
ağrılarını çəkən,
ağır vəziyyətə
düşən isə
yalnız Fransa hökumətinin müstəmləkə
altında saxladığı
ölkələrin xalqları
deyil, həm də fransız xalqıdır.
Zöhrə
FƏRƏCOVA,
Azərbaycan.-2024.-
17 iyul (№ 148).- S.9.