"YAŞAT" Fondu şəhid övladları üçün
Antalyada düşərgə
təşkil edir
"YAŞAT" Fondunun, Azərbaycan Respublikasının
Gənclər və İdman Nazirliyinin, Türkiyə Respublikasının
Gənclik və İdman Nazirliyinin birgə təşkilatçılığı
ilə Vətən müharibəsi şəhidlərinin
övladları üçün
Antalya şəhərində
yay düşərgəsinə
başlanılıb. Düşərgə
iştirakçıları iyulun 14-də Bakıdan yola düşüblər.
Azərbaycan Respublikasının
Prezidenti yanında Vətəndaşlara Xidmət
və Sosial İnnovasiyalar üzrə
Dövlət Agentliyindən
AZƏRTAC-a verilən məlumata
görə, şəhidlərimizin
18-22 yaş aralığındakı
qız övladlarının
qatıldığı yay
düşərgəsi iyulun
21-dək davam edəcək.
Layihənin ikinci hissəsində şəhidlərimizin
oğlan övladları
iştirak edəcəklər.
Həmin düşərgə
isə iyulun 29-dan avqustun 3-dək olan günləri əhatə
edəcək. Proqram çərçivəsində müxtəlif idman növləri üzrə yarışlar, təlimlər
və əyləncəli
oyunların keçirilməsi
nəzərdə tutulur.
Düşərgənin əsas məqsədi gənclərin mədəniyyət
və təcrübə
mübadiləsində iştirakı,
yeni dostluqların qurulması və beynəlxalq mühitin öyrənilməsidir. Düşərgə
Türkiyənin Gənclik
və İdman Nazirliyinin nəzdində fəaliyyət göstərən
Alaaddin Keykubat Kampında keçirilir. Burada şəhid övladları ilə birgə Türkiyənin fərqli bölgələrindən
olan gənclər də iştirak edirlər.
Şəhidlərimizin müxtəlif yaş kateqoriyasına uyğun övladları üçün
"YAŞAT" Fondu tərəfindən
mütəmadi olaraq düşərgələr, kurslar,
layihələr, təlimlər
təşkil edilir, onların yüksəksəviyyəli
təhsilinə dəstək
göstərilir.
Xatırladaq ki,
"YAŞAT" Fondunun təşkilatçılığı
ilə şəhid övladlarından ibarət
daha bir qrup yay məktəbində
iştirak məqsədilə
Londona gedib.
Azərbaycan.-2024.-
17 iyul (№ 148).- S.12.