Hayastanda iki revanşist qüvvə birləşir

 

 

Kilsə Paşinyana qarşı indi daşnaklarla birgə hərəkət etməyi planlaşdırır

 

 

 

Hayastanda etirazlar fonunda siyasi böhran gündən-günə kəskinləşir. Bu, həm sosial-iqtisadi vəziyyətin daha da ağırlaşmasına səbəb olur.

Revanşistlər baş nazir Nikol Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq üçün dəridən-qabıqdan çıxsalar da, hələ ki, heç bir nəticəyə nail ola bilmirlər. Keçmiş hərbi xunta etirazlarına əsas kimi hakimiyyətin yürütdüyü uğursuz siyasəti göstərir. Onlar iqtidarın xarici siyasətinin ölkəni uçuruma sürüklədiyini, dövlətçiliyin itirilməsi ilə üz-üzə qoyduğunu iddia edirlər.

Bu arada erməni Apostol Kilsəsinin rəhbəri II Qareginlə Daşnaksütyun Partiyasının büro nümayəndəsi (partiyanın idarəedici orqanıdır - red.) Akop Ter-Xaçaturyan görüşüblər. Görüşdə əsas müzakirə mövzusu regional hadisələr, xarici çağırışlar, Ermənistanın qarşısında duran problemlər daxili siyasi situasiya olub. Tərəflər həmçinin Qarabağ ermənilərinin haqlarının müdafiəsi ilə bağlı proqrama dəstəyi davam etdirəcəklərini bildiriblər. Bundan başqa, onlar Hayastanla-diaspor arasında əlaqənin gücləndirilməsi gərəkliyini bildiriblər.

Qeyd edək ki, kilsə daşnaklar son bir ildə müttəfiq kimi hərəkət etməyə başlayıblar. Adətən daşnaklar Eçmiədzinə güvənmir onun Kilikiya Katalikosluğu ilə hərəkətinə üstünlük verirlər. Qalstanyanın etirazlarından sonra daşnaklar Eçmiədzinlə yaxınlaşaraq Bakı ilə İrəvanın barışıq prosesinə mane olmağa cəhd edirlər. Daşnaklar bu baxımdan diaspor daxilində Paşinyana qarşı təbliğatı artırıblar böyük nəticələr əldə ediblər. Akop Ter-Xaçaturyanın katalikosla görüşməsi isə daşnakların bundan sonra da kilsə ilə birgə hərəkət edəcəyini deməyə əsas verir.

Bununla yanaşı, İkinci Qarabağ müharibəsində, daha sonra təxribatlar nəticəsində ölmüş hərbçilərin valideynləri İrəvanda dövlət qurumlarının qarşısında aksiyalar təşkil edirlər. Hayastan İstintaq Komitəsinin binası qarşısına toplaşan valideynlər komitə sədri ilə görüşmək istəyirlər. Döyüşdə yaralanmış hərbçi Merix Naumyanın atası deyib ki, 44 günlük müharibədə  əlil olmuş, amma tibbi-sosial ekspertiza zamanı hüquqlarının pozulmasından şikayət edən xeyli sayda hərbçi var. Müharibədə ağır yaralanmış həmin şəxslər şikayət edirlər ki, ekspertizanın gedişində ekspert komissiyalarının qərarı anormal qaydalarla verilir. Yəni onlar 1-ci qrup olsalar da, 3-cü qrup üzrə əlillik alırlar. Bir çoxu isə ümumiyyətlə, əlil statusu ala bilmir.

Bütün bunların fonunda Hayastanda sosial-iqtisadi durum getdikcə ağırlaşmaqda, ölkədə yaşanan tənəzzül durmadan genişlənməkdədir. Bu əsnada sadə vətəndaşların vəziyyəti daha da pisləşir ki, bu da ölkədə müşahidə olunan sosial narazılığın artmasına rəvac verir. Hazırda əhalinin durumu olduqca acınacaqlıdır. Onlar böyük səfalət içində yaşayır, gündəlik ərzaq almağa pul tapmaqda belə çətinlik çəkirlər. İndi Hayastanda əhalinin böyük əksəriyyəti banklara borcludur. Bank faizləri isə kifayət qədər yüksəkdir.

Bütövlükdə bütün bunlar Hayastanın böyük tənəzzül yaşadığını göstərir.

 

 

Elçin CƏFƏROV,

Azərbaycan.-2024.- 17 iyul (№ 148).- S.9.