Azərbaycan
və Tatarıstan neftçiləri bir-birinin
təcrübəsindən faydalanacaqlar
İndi "Bibiheybət"
yatağında "Tatneft"
şirkəti də işləyəcək. "Tatneft"
Azərbaycanın bu
qədim yatağının işlənməsi
layihəsinə daxil olacaq və burada SOCAR ( Azərbaycan Respublikası Dövlət
Neft Şirkəti) ilə birlikdə texnologiyaların tətbiqi
üzərində iş
aparacaq.
SOCAR-la Rusiyanın
"Tatneft" Publik Səhmdar Cəmiyyəti
(PSC) arasında neft-kimya
sahəsində qarşılıqlı
fəaliyyətə dair
saziş və neft yatağında birgə işlərə dair anlaşma memorandumu hələ bu ilin mart
ayında imzalanıb.
SOCAR-ın və
"Tatneft"in rəhbərlərinin
görüşü də
olub və şirkətlər
arasında insan kapitalının inkişaf
etdirilməsi,
bu istiqamət üzrə perspekiv birgə hədəflər
barədə müzakirələr
aparılıb. Bunun ardınca, may ayında isə SOCAR və "Tatneft" arasında əməkdaşlığa
dair Yol Xəritəsi imzalanıb.
Bu sənədlə şirkətlər arasında
neft hasilatı, emalı, neft və neft-kimya məhsullarının satışı,
təcrübə mübadiləsi,
insan kapitalının
inkişafı və digər sahələr üzrə əməkdaşlıq
nəzərdə tutulur.
"SOCAR ilə bizim
çox sıx əməkdaşlığımız var. Biz indi
"Bibiheybət" yatağında
işləri aparmağa
hazırlaşırıq, burada
SOCAR-dan olan həmkarlarımızla birlikdə
mövcud texnologiyaların
tətbiqi ilə məşğul olacağıq".
"Tatneft"in rəhbəri
Nail Maqanov Almetyevskdə keçirilən
V Beynəlxalq Neft-Qaz Gənclər Forumunun iştirakçıları ilə
neft şirkətlərinin
ənənəvi "Bərabərhüquqlu
dialoq" sammiti zamanı belə deyib. Şirkətin rəhbəri nəzərə
çatdırıb ki,
" Bibiheybət" Azərbaycanın
ən qədim yataqlarından biridir. Həmçinin əlavə
edib ki, "Tatneft" Türkiyədə
də SOCAR ilə birgə işləyir, neft-kimyanın inkişafı
və neft emalı zavodlarının
yenidən qurulması
sahəsində fəal
iş aparır: "Biz həmkarlarımızla
bu sahələr üzrə birgə işləməkdən məmnunluq
duyuruq".
Qeyd edək ki, "Tatneft" Rusiyanın beynəlxalq aləmdə tanınmış
və qəbul edilmiş neft şirkətlərindəndir. Bu
nəhəng istehsalat
kompleksində neft və qaz yataqlarının
geoloji kəşfiyyatı
və işlənməsi,
karbohidrogenlərin hasilatı
və emalı, maşınqayırma, neft
kimyası, yanacaqdoldurma,
şin buraxılışı
sahələri birləşib.
"Tatneft" eləcə
də maliyyə (bank və sığorta)
sektoru şirkətlərinin
kapitalında iştirak
edir.
Şirkət Rusiyanın
bir çox ərazisində neft-qaz yataqlarının öyrənilməsi,
kəşfiyyatı və
karbohidrogenlərin hasilatı
ilə məşğul
olsa da, əsas fəaliyyət məkanı Tatarıstandır.
"Tatneft"in respublikada
və onun hüdudlarından kənarda
yataqların geoloji cəhətdən öyrənilməsi
üçün çoxsaylı lisenziyaları var. Şirkət indiyədək "Yeni Yelxov", "Bavlin",
"Boncyuk", "1 May",
"Sabaçin" də
daxil olmaqla 100-dən çox yataqda iş aparıb. Bununla belə, əsas ehtiyat mənbələri dünyanın
ən böyük yataqlarından olan "Romaşkin"də yerləşir.
Şirkət ümumi
hasilatının böyük
hissəsini bu yataqdan əldə edir.
Yataqlarının coğrafi
cəhətdən bir-birinə
yaxınlığı, özünün
emal və generasiya qurğularının,
neftin və digər məhsulların satışı üçün
logistikasının olması
şirkətin biznesinə
müsbət təsir
göstərir. Belə
ki, "Tatneft" dünyanın onlarla ölkəsinə məhsul
ixrac edir. Şirkətin neft emalı məhsulları Rusiyanın müxtəlif regionunda
satılır. Şirkət
neft-qaz hasilatının
rentabelliyinin, istehsal həcmlərinin, emal məhsullarının satışının
artırılması, əməliyyat
xərclərinin azaldılması,
sərmayələrin səmərəliliyinin
yüksəldilməsi, idarəetmənin
təkmilləşdirilməsi üçün daim yeni təşəbbüslər
irəli sürür.
Sabit inkişafa
və neft hasilatının getdikcə
artmasına təkan verən həm də şirkətin böyük istehsalat təcrübəsi, müasir
texnologiyalar və elmi-texniki potensialdır. Neft hasilatının biznes-planlaşdırılması, yataqların işlənməsi
proseslərinin sürətləndirilməsi
və iqtisadi cəhətdən daha səmərəli geoloji-texniki
tədbirlərin həyata
keçirilməsi üçün
burada mövcud olan modellər əsasında modelləşdirmə
mərkəzi yaradılıb.
Bir sözlə,
"Tatneft"in fəaliyyəti çoxşaxəlidir.
Qısaca desək, onun neft quyusundan başlanıb benzindoldurma
məntəqəsində sona çatan fəaliyyət zənciri
var.
Şirkət digər ölkələrdəki həmkarları
ilə əməkdaşlığı getdikcə genişləndirir.
"Tatneft" hər il Bakıda keçirilən Beynəlxalq
Xəzər Neft və Qaz Sərgisində və Konfransında
ilk dəfə 2019-cu ildə iştirak etdi. Beş il əvvəl
Bakı Ekspo Mərkəzində
adıçəkilən
sərgi zamanı şirkətin nümayəndəsi bizimlə söhbətində
demişdi:" "Tatneft" əməkdaşlığa
açıq şirkətdir. Bir sıra birgə layihələrimiz
var və indi yeniləri üzərində də işləyirik.
Türkmənistan, Özbəkistan, Qazaxıstan neftçiləri
ilə sıx əlaqələrimiz var. Azərbaycanlı həmkarlarımızla
da əməkdaşlığı inkişaf etdirmək niyyətindəyik.
Açığı, bizi bu sərgiyə SOCAR dəvət
edib. Biz SOCAR-ın nümayəndələri ilə Özbəkistanda
keçirilən analoji sərgidə tanış olduq. Dəvəti
də elə orada aldıq. Düşünürəm ki, əməkdaşlığımız
çox faydalı olacaq. Çünki həm Azərbaycan, həm
Tatarıstan neft-qaz sektorunda zəngin təcrübə
qazanıblar və bilgilərimizin mübadiləsindən hər
iki tərəf bəhrələnəcək. Artıq bu sahədə
müəyyən razılaşmalara gəlmişik və
danışıqları davam etdiririk".
İndi bu əməkdaşlıq
artıq öz bəhrəsini verməyə başlayıb. Onu da qeyd edək
ki, "Tatneft"in
"yaşlı" yataqlara xidmət etmək, onlardan
maksimum hasilat almaq sahəsində
də zəngin təcrübəsi var. "Bibiheybət" yatağında
da məhz bundan istifadə ediləcək.
Flora SADIQLI,
Azərbaycan.-2024.-
17 iyul (¹ 148).- S.10.