Yeni Azərbaycan Partiyası deputatlığa
namizədlərini elan etdi
Tahir
BUDAQOV: "YAP seçkilərə Prezident İlham Əliyevin
rəhbərliyi ilə
əldə etdiyimiz möhtəşəm ümumxalq
Zəfərindən sonra
yaranmış reallıqlardan
irəli gələn hədəflərlə qatılır"
İyulun 17-də Yeni Azərbaycan
Partiyasının (YAP) İdarə
Heyətinin növbəti
iclası keçirilib.
YAP Sədrinin müavini-Mərkəzi
Aparatın rəhbəri
Tahir Budaqov iclasın gündəliyi
haqqında məlumat verib.
İclasda ilk olaraq
Azərbaycan Respublikasının
Milli Məclisinə 2024-cü il sentyabrın 1-nə təyin
edilmiş növbədənkənar
seçkilərlə əlaqədar
Yeni Azərbaycan Partiyası
tərəfindən deputatlığa
namizədlərin irəli
sürülməsi məsələsinə
baxılıb.
Tahir Budaqov qeyd edib ki, Azərbaycan
müasir dövlətçilik
tarixinin mühüm nailiyyətlərlə zəngin
olan şərəfli
bir dönəminə
uğurla yekun vuraraq yeni dövrə qədəm qoymuşdur:
"Müzəffər Ali Baş Komandan İlham Əliyevin
rəhbərliyi ilə
2020-ci ildə 44 günlük
Vətən müharibəsi
və 2023-cü ildə
birgünlük lokal xarakterli antiterror tədbirləri
nəticəsində qazandığımız
möhtəşəm qələbələr
Azərbaycanın ərazi
bütövlüyü və
suverenliyinin, konstitusiya
quruluşunun bərpasını
və üçrəngli
bayrağımızın işğaldan
azad edilmiş bütün ərazilərimizdə
ucaldılmasını təmin
etmişdir. Azərbaycan
Prezidenti, Yeni Azərbaycan
Partiyasının Sədri
İlham Əliyevin ölkəmizin
sosial-iqtisadi tərəqqisinə,
hərbi gücünün
və müdafiə qabiliyyətinin yüksəlməsinə,
beynəlxalq aləmdə
mövqeyinin möhkəmlənməsinə,
milli və regional təhlükəsizliyin
təmin olunmasına hədəflənmiş uzaqgörən
siyasəti sayəsində
istər ölkə daxilində, istərsə
də bütövlükdə
bölgədə yeni reallıqlar
yaranmış və ölkəmizin qarşısında
yeni perspektivlər açılmışdır".
YAP Sədrinin müavini vurğulayıb ki, 2024-cü ilin
fevral ayında keçirilmiş Zəfər
seçkisində xalqın
mütləq əksəriyyəti
Yeni Azərbaycan Partiyasının
Sədri İlham Əliyevi
dəstəkləməklə həyata keçirilən
siyasətə, Heydər Əliyev
yoluna dərin inamını bir daha nümayiş etdirmişdir: "Hazırda
ölkəmiz daha bir mühüm ictimai-siyasi proses ərəfəsindədir.
Müstəqillik tariximizdə
ilk dəfə olaraq
2024-cü il sentyabrın 1-də ölkəmizin bütün
ərazisində Azərbaycan
Respublikasının Milli Məclisinə
seçkilər keçiriləcəkdir.
Ölkəmizin siyasi sistemində aparıcı
rola malik Yeni Azərbaycan
Partiyası bu seçkilərə Prezident
İlham Əliyevin rəhbərliyi
ilə əldə etdiyimiz möhtəşəm
ümumxalq Zəfərindən
sonra yaranmış reallıqlardan irəli gələn hədəflərlə
qatılır".
Sonra Azərbaycan Respublikasının
Milli Məclisinə 2024-cü il sentyabrın 1-nə təyin
edilmiş növbədənkənar
seçkilərlə əlaqədar
Yeni Azərbaycan Partiyası
tərəfindən deputatlığa
namizədliyi irəli
sürülmüş şəxslərin
siyahısı elan edilib
və müzakirələrdən
sonra təsdiq olunub.
YAP Sədrinin müavini Əli Əhmədov, partiyanın idarə heyətinin üzvləri
Hikmət Məmmədov, Tahir Mirkişili,
Bahar Muradova, Anar İsgəndərov, Elmar Qasımov,
Eldar İbrahimov, Azər Badamov
və Kamal Cəfərov çıxış
edərək bildiriblər
ki, Azərbaycanın müasir
dövlətçilik tarixinin
olduqca mühüm bir dönəmində qarşıda duran strateji əhəmiyyətli
hədəflərin reallaşdırılması
üçün ölkənin
ali qanunverici orqanı olan Milli Məclisin üzərinə
də böyük vəzifələr düşür.
Belə bir tarixi mərhələdə
parlamentdə təmsilçiliyin
şərəfli, eyni
zamanda məsuliyyətli
olduğu vurğulanıb,
göstərilən yüksək
etimada görə Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının
Sədri İlham Əliyevə
dərin minnətdarlıq
ifadə olunub.
Bundan sonra seçki komissiyalarının
tərkibinə təklif
olunan məşvərətçi
səs hüquqlu üzvlər, seçki dairə və məntəqələrində səsvermə
günü müşahidə
aparacaq şəxslərlə
bağlı məsələyə
baxılıb və onların siyahıları
təsdiq edilib.
İclasa yekun vuran YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri
Tahir Budaqov namizədlərə uğurlar arzulayaraq dövlət başçısı,
Yeni Azərbaycan Partiyasının
Sədri İlham Əliyevin
onlara göstərdiyi
yüksək etimadı
doğrultmaq üçün
səylərini əsirgəməyəcəklərinə,
yeni dövrdə qarşıda
duran vəzifələrin
icrası üçün
var gücü ilə
çalışacaqlarına əminliyini ifadə edib.
Tahir Budaqov qeyd edib ki, Yeni Azərbaycan Partiyası bu zamana qədər
Azərbaycanın yüksəlişində
və çox mühüm tarixi nailiyyətlərin əldə
edilməsində müstəsna
rol oynamış, bundan sonra da ölkəmizin tərəqqisi
naminə reallaşdırılacaq
strateji kursa - Heydər
Əliyev yolunun davamçısı olan cənab İlham Əliyevin
məqsədyönlü və
uzaqgörən siyasətinin
həyata keçirilməsinə
öz töhfələrini
verəcəkdir: "İnanırıq
ki, sentyabrın 1-də keçiriləcək
növbədənkənar parlament
seçkiləri xalqın
Yeni Azərbaycan Partiyasına
inamının növbəti
ifadəsi, Heydər Əliyev
yoluna sədaqətinin
və Prezident
İlham Əliyevin Zəfər
yürüşünün davamına birmənalı
dəstəyinin təsdiqi
olacaqdır".
Azərbaycan.-2024.-
18 iyul (№ 149).- S.3.