Bu gün Azərbaycan ən müasir neft-qaz infrastrukturuna malikdir

 

 

Təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş yeni neft strategiyası ölkəmizin gücünün üstünə güc gətirir, şöhrətini, nüfuzunu getdikcə daha da artırır. Bu uğur salnaməsinin müdrik Prezidentimiz İlham Əliyev tərəfindən davam etdirilməsi Azərbaycanı dünyada həm qaz ixrac edən ölkə kimi tanıtdı. "Əsrin müqaviləsi" ondan sonrakı layihələr ölkəmizə böyük həcmdə gəlirlər gətirməklə, iqtisadiyyatın digər sahələrinin inkişafına təkan verməklə, geniş quruculuğa imkan yaratmaqla yanaşı, həm ən müasir neft-qaz infrastrukturu bəxş etdi.

1994-cü il sentyabrın 20-də Xəzərin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlarının tammiqyaslı işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişi (HPBS) imzalandıqdan sonra qarşıda duran ən mühüm məsələlərdən biri yeni neft infrastrukturunun yaradılması və köhnənin modernləşdirilməsi idi. Bu isə olduqca genişmiqyaslı tədbirlərin həyata keçirilməsini tələb edirdi.

"Əsrin müqaviləsi" adını almış AÇG layihəsi çərçivəsində inşaat işlərinə təkcə hasilat platformalarının tikintisi daxil deyildi. Xəzərdən nefti qazı quruya daşıyan sualtı xətlər, karbohidrogenləri qəbul etmək üçün terminal istehlakçılara ötürmək üçün boru kəmərləri, dənizdə müxtəlif daşıma quraşdırma işlərini yerinə yetirən müasir gəmilər lazım idi.

Sex tikinti sahələri modernləşdirilən ilk müəssisələrdən biri Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu (BDÖZ) oldu.  Bu zavod Ümummilli Liderin Azərbaycana bəxş etdiyi ən böyük yadigarlardandır. Sovet dönəmində tikintisi SSRİ-nin başqa bir şəhərində planlaşdırılan həmin müəssisənin Azərbaycanda inşa edilməsinə nail olmaq məhz Heydər Əliyev səyinin, mübarizəsinin siyasi nüfuzunun sayəsində mümkünləşmişdi.

Bu gün genişləndirilmiş, modernləşdirilmiş BDÖZ dünya standartları səviyyəsində fəaliyyət göstərən bir müəssisədir. Onun sexləri, tikinti-quraşdırma digər sahələri burada ən müasir dəniz platformalarının inşa edilməsinə imkan verir. Mütəxəssislərin fikrincə, əgər bu zavod olmasaydı, Azərbaycanın son onilliklərdə həyata keçirdiyi neft-qaz layihələrinin hər biri ən azı beş il ləngiyərdi.

BDÖZ nəinki AÇG üçün genişmiqyaslı sifarişlər yerinə yetirdi, "Şahdəniz" digər layihələr üçün çoxsaylı işlər həyata keçirdi, indi öz fəaliyyətini müvəffəqiyyətlə davam etdirir.

Bakı-Novorossiysk, Bakı-Supsa kəmərləri, Səngəçal terminalı, "İstiqlal", "Dədə Qorqud" yarımdalma qazma qurğuları, "İsrafil Hüseynov" borudüzən barjı, "Tofiq İsmayılov" dalğıc gəmisi... Bunlar Azərbaycanın xarici şirkətlərlə birgə həyata keçirdiyi nəhəng neft-qaz layihələrinin hələ ilk mərhələlərində yaradılmış, yaxud modernləşdirilmiş infrastrukturlardır.

Azərbaycanda dünyanın ən böyük neft-qaz terminallarından biri - Bakıdan 55 kilometr cənubda, Xəzərin sahilində Səngəçal terminalı tikildi. Terminal "Əsrin müqaviləsi" imzalandıqdan sonra İlkin Neft Layihəsi çərçivəsində inşa edildi. Obyektin tikintisi 1996-1997-ci illərdə aparıldı. 1997-ci ilin noyabrında "Çıraq" platformasından alınan ilkin neft buraya həmin ilin sonunda çatdırıldı. Əvvəlcə terminal yalnız "Çıraq" neftini ixrac etmək gücündə idi. Növbəti yataqlardan gözlənilən yüksək hasilat isə obyektin xeyli genişləndirilməsi zərurətini meydana çıxardı.

Səngəçal terminalının genişləndirilməsinə 2002-ci il fevralın 20-də başlandı işlər bir neçə il davam etdi. Bu gün terminal AÇG "Şahdəniz"dən daxil olan neft, qaz kondensatı qəbul edən, həmçinin ilkin emaldan keçirən çoxsaylı qurğu avadanlıqları özündə birləşdirir. Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəməri, "Cənub qaz dəhlizi"nin əsas seqmentlərindən olan Cənubi Qafqaz Boru Kəməri başlanğıcını buradan götürür.  AÇG yataqlarından hasil olunan Azərbaycana təmənnasız olaraq verilən səmt qazını "Azəriqaz" şəbəkəsinə qoşan kəmər terminalın ərazisindən başlanır.

Azərbaycanın neft-qaz sahəsində "Əsrin müqaviləsi"ndən sonra əldə etdiyi növbəti böyük nailiyyət BTC-nin çəkilişi fəaliyyət göstərməsidir. BTC-nin keçdiyi yol qədər uzun olsa da, onun fəaliyyətinə nəzarət Azərbaycandan, Bakıdan, Səngəçal terminalından həyata keçirilir.

"Şahdəniz" yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində terminal bir qədər genişləndirildi. İndi Səngəçaldan başlanan yollar Azərbaycanı dünyanın daha uzaq ünvanları ilə birləşdirir.

Azərbaycanda həyata keçirilən layihələr çərçivəsində əldə edilən uğurlarda müxtəlif təyinatlı gəmilərin böyük rolu var. Onlardan tək birini xatırlatmaq kifayətdir. Bu, "Xankəndi" sualtı tikinti gəmisidir. Bakı Gəmiqayırma Zavodunda inşa edilən "Xankəndi" gəmisi DNV GL Norveç Almaniya təsnifat cəmiyyətinin nəzarəti altında tikilib. Bu gəmi məxsusi olaraq suyun dərinliyinin 550 metrədək çatdığı hissələrində dünya standartlarına uyğun sualtı qurğular inşa etmək üçün layihələndirilib.

"Xankəndi" gəmisinin tikintisində ümumilikdə 2 mindən çox işçi çalışıb onların 75 faizini yerli mütəxəssislər təşkil edib. Gəmi artıq yeddi ildir dənizdədir 2027-ci ilədək "Şahdəniz-2" layihəsi çərçivəsində sualtı quraşdırma işlərində istifadə ediləcək.

Bakı Gəmiqayırma Zavodu "Xankəndi"ni ərsəyə gətirməklə Xəzər dənizi hövzəsinin gəmiçilik tarixində yeni eranın başlanğıcını qoyub. Onun inşası həm Azərbaycanın iqtisadi sənaye potensialının möhkəmlənməsinin yeni bir təzahürüdür.

Qeyd edək ki, Bakı Gəmiqayırma Zavodu istismara başladığı vaxtdan 5 min ton yükqaldırma gücünə malik "28 May" üzən dokunu, 50 ton dartı qüvvəsinə malik "SOCAR-1" yedək gəmisini, "Zəfər", "Üfüq" "Turan" sərnişin gəmilərini, Heydər Əliyev adına yarımdalma qazma qurğusunun pantonlarını üst bloklarını inşa edib. Zavod "Şahdəniz-2" layihəsi çərçivəsində bir neçə gəminin, o cümlədən "İsrafil Hüseynov" borudüzən, "Tofiq İsmayılov" dalğıc, "Gilavar" tədqiqat, "Azərbaycan" kran, "Caspian Endeavour" "Seabed Supporter" təchizat gəmilərinin, habelə "Dədə Qorqud" yarımdalma qazma qurğusunun təmir yenilənməsini uğurla həyata keçirib.

Bütün bunlar "Əsrin müqaviləsi" imzalandıqdan sonra Azərbaycanın neft-qaz sənayesində yaradılan modernləşdirilən infrastrukturun yalnız bir hissəsidir.

Bu gün Azərbaycandan Avropaya 3500 kilometrlik qaz dəhlizi uzanır. "Cənub qaz dəhlizi" adlanan bu möhtəşəm layihənin təşəbbüskarı aparıcı qüvvəsi məhz ölkəmiz oldu. İndi üç kəmərin birləşməsindən yaranan "Cənub qaz dəhlizi" ilə Azərbaycan qazı dünyaya yol alır. Dəhliz yeni interkonnektorlarla şaxələndikcə ölkəmizdən mavi yanacaq idxal edən dövlətlərin sayı artır.

İllər ötəcək, hazırda ölkəmizdə həyata keçirilən neft-qaz yataqlarının işlənməsi karbohidrogenlərin ixracı layihələri bitəcək, bu digər sahələrdə onları yeni layihələr əvəz edəcək, yeni perspektivlər yaranacaq. İnfrastruktur isə dövlətin mülkiyyəti, xalqın sərvəti kimi yenə Azərbaycana xidmət edəcək.

 

 Flora SADIQLI,

Azərbaycan.-2024.- 18 iyul (№ 149).- S.7.