Bakıda
Fransanın müstəmləkə
altında saxladığı
ərazilərdəki Müstəqillik
Hərəkatlarının Qurultayının açılış
mərasimi keçirilib
İyulun 17-də Qvadelupanın
Azadlığı Naminə
Xalq Birliyinin təşkilatçılığı və Bakı Təşəbbüs Qrupunun
dəstəyi ilə
Fransa müstəmləkəçiliyindən
əziyyət çəkən
Korsika, Melaneziya, Polineziya, Karib və Antil adalar qrupundan olan 15-dən çox siyasi partiya və müstəqillik hərəkatlarının rəhbər
şəxslərinin iştirakı
ilə Bakıda birinci Qurultayın açılış mərasimi
keçirilib.
AZƏRTAC xəbər verir ki, Qurultayın keçirilməsi
ideyası Fransanın
dənizaşırı ərazilərinin
müstəqillik uğrunda
mübarizə aparan siyasi partiya və hərəkatlarına
məxsusdur. Niderland koloniyaları olan Bonayre və Sən-Martin adalarından
3 təşkilat Qurultayın
işində fəxri
qonaq qismində iştirak edib.
Açılış nitqi ilə çıxış
edən Bakı Təşəbbüs Qrupunun
icraçı direktoru
Abbas Abbasov bildirib ki, Yeni Kaledoniyada baş verən son iğtişaşlar zamanı,
Fransa polisi tərəfindən
müstəqillik hərəkatlarının
üzvləri qanunsuz həbs olunub. Onlarla terrorçu kimi davranılıb və gizli şəkildə
Parisə aparılaraq
müxtəlif işgəncələrə
məruz qalıblar. Onlar arasında azyaşlı uşaqları
olan qadınlar da var. Bakı Təşəbbüs
Qrupu siyasi məhbusların ailələrinə
və onları müdafiə edən vəkillərə yardım
göstərəcəyini bəyan
edir.
Bugünkü tədbirdə
həmin siyasi məhbusların bəzilərinin
ailə üzvlərinin
iştirak etdiklərini
diqqətə çatdıran
A.Abbasov vurğulayıb: “Bakı Təşəbbüs Qrupu
Fransa koloniyalarında yaşayan
gənclərə Azərbaycanın
ali təhsil müəssisələrində təhsil almaq imkanı verən tələbə-təhsil təqaüdü
elan edib. Artıq bu ildən başlayaraq
həmin ərazilərdən
olan gənclər bu təqaüddən yararlana bilərlər”.
Sonra çıxış edən
Qvadelupanın Azadlığı
naminə Xalq Birliyinin Baş katibi
Jan-Jakob Bisep Bakıda
belə bir Qurultayın keçirilməsinə
dəstək göstərdiyi
üçün Azərbaycan
hökumətinə təşəkkürünü
bildirərək deyib:
“Azərbaycan cəsarətli
addımlar atır.
BMT-nın çətiri
altında Bakı Təşəbbüs Qrupunun
dəstəyi ilə
biz ilk dəfə Bakıda
belə bir tədbir keçiririk”.
O, bu Qurultayın tarixi xarakter daşıdığını qeyd edərək bildirib: “Biz kolonializmə qarşı birlikdə mübarizə apara bilərik. Bizim məqsədimiz
dünya ictimaiyyətinin
diqqətini bu məsələyə yönəltməkdir.
Biz əlimizdən gələni
edəcəyik ki, həmrəyliyimizi
möhkəmləndirək, dünyada daha çox görünə bilək. Fransa koloniyalarına
qarşı cinayətlər
törədən dövlətdir.
Məqsədimiz dünyanı
Fransaya təsir göstərmək üçün
səfərbər etməkdir”.
Daha sonra Qurultayda Bakı Təşəbbüs
Qrupunun fəaliyyətinə
dair 1 il ərzində
keçdiyi uğur yolu barədə videoçarx nümayiş
etdirilib.
İcraçı direktor
Abbas Abbasov Qurultay iştirakçıları
üçün Bakı
Təşəbbüs Qrupunun
birillik fəaliyyətinin
yekununa dair qısa təqdimatla çıxış edib.
“Yeni Kaledoniyanın
müstəqillik yolu və yeni çağırışlar”
mövzusunda müzakirələrlə
davam edən tədbirdə digər iştirakçıların çıxışları
dinlənilib.
Yeni Kaledoniyanın
xarici işlər naziri Mikael Forrest
Bakıda keçirilən
tədbirdə iştiraklarına
görə Azərbaycan
hökumətinə və
buna şərait yaradan bütün insanlara təşəkkürünü
ifadə edib. Deyib ki, Fransanın
koloniyaları ilə bağlı bu Qurultayda biz çətin yoldan uzaqlaşmaq üçün
həll yolu tapmalıyıq. “Biz plaftormalarımızı möhkəmləndirməliyik,
müzakirələr aparmalıyıq.
Siyasi fəaliyyətimizi
elə qurmalıyıq
ki, çağırışlara
cavab tapa bilək. Bakı Təşəbbüs Qrupu
bizə imkan yaradıb, bunu dəyərləndirməliyik. Bir
araya gələrək
müxtəlif gələcək
platformalar barədə
düşünməliyik. Yeni
dünya düzənində
öz yerimizi tapmalıyıq”, - deyə
o əlavə edib.
Sonra çıxış
edən Yeni Kaledoniya Konqresinin üzvü İzabella Kaloi vurğulayıb ki, mayın 13-dən bəri Yeni Kaledoniyada yaşananları
hamı bilir. Azərbaycana gəlmək,
bu qurultayda iştirakımızın məqsədi
Fransa dövlətinin
bizə qarşı aktlarının qəbuledilməz
olduğunu qətiyyətlə
bildirməkdir. Biz bunu sərt şəkildə qınayırıq.
Burada əsasən irqçi polislərdən
söhbət gedir. Yazılan hesabatlar, insanların bu barədə dedikləri hələ də reallığa çevrilmir.
Nəticə olaraq insanlarımıza qarşı
düzgün hərəkət
edilmir, hazırkı vəziyyətdə regionda
qarşıdurmalar, yanğınlar
baş verir. İllərdən bəri
yaranmış problemlər
gündən-günə daha
geniş vüsət alır.
İ.Kaloi bildirib
ki, bununla bağlı keçirilən
tədbirlər, əlbəttə,
məsələni kökündən
həll etmir. “Demək istərdim ki, biz repressiyaya
məruz qalmışıq.
Bütün bunların
yaranma səbəbi çox təəssüf
ki, bizim səsvermə hüquqlarımızın
ləğv edilməsidir.
Bunu Fransa dövləti edib, hüquqlarımızın tapdalanması
yolverilməz və qəbuledilməzdir. Biz bununla bağlı məlumat verdik, təkliflər hazırladıq
və əksəriyyət
də bu təklifə müsbət
yanaşdı. Amma Fransa dövləti bizi dinləmək istəmədi. Ümumiyyətlə,
səsvermə hüququnun
dondurulması qərarı
seçicilərə, mədəniyyətimizə
və müqəddəratımıza
qarşı olmaq deməkdir”, - deyə İzabella Kaloi əlavə edib. O, qurultayın təşkilinə
görə bir daha Bakı Təşəbbüs Qrupuna
təşəkkürünü bildirib.
Yeni Kaledoniya parlamentinin üzvü
Maria Saliqa diqqətə
çatdırıb ki,
Fransa dövlətinin
hərəkətləri qəbuledilməzdir
və beynəlxalq səviyyədə müzakirə
olunmalıdır. Makron
Fransası bütün
demokratiya qaydalarına
üz çevirib.
Maria Saliqa qeyd edib ki, Fransız
Polineziyasında bu ölkənin atom, nüvə testlərini xatırlayırıq. Həmin
ərazilərdəki xalqlar
bundan uzun müddət əziyyət
çəkdilər. “Fransa
terrorçu dövlətdir.
Azad etmək istəmədiyi ərazilərdə
hökmranlığını sürdürür”, - deyə
o vurğulayıb.
Müzakirələr zamanı çıxış
edən digər iştirakçılar bildiriblər
ki, Fransa hakimiyyəti onların öz müqəddəratını
təyinetmə hüququnu
tanımalı və müstəqillik proseslərini
dəstəkləməlidir. Onlar müstəmləkə
siyasəti nəticəsində
iqtisadi və mədəni zərərlərdən
bəhs edərək,
yerli əhalinin hüquqlarının qorunmasının
və inkişafının
təmin olunmasının
vacibliyini diqqətə
çatdırıblar.
Qurultay işini
“Beynəlxalq Azadlıq
Cəbhəsinin yaranması”
mövzusunda müzakirələrlə
davam etdirib.
İki gün davam edəcək Qurultay iştirakçı
tərəflərə müstəqillik
uğrunda mübarizədə
daha sıx təşkilatlanma, habelə
vahid platforma yaradaraq Fransa müstəmləkəçiliyinə qalib gəlmək üçün nəticəyönümlü
fəaliyyətin əlaqələndirilməsinin
yolları barədə
müzakirə aparmaq imkanı yaradacaq. Həmçinin koloniyaların
təmsilçiləri öz
müqəddəratını təyin etmək mübarizəsində ən
səmərəli təcrübə
və strategiyalar barədə fikirlərini
bölüşəcəklər.
Qurultay koloniyalarda
Fransa hökuməti tərəfindən bu ərazilərin sahibləri
olan yerli xalqlara qarşı törədilən çoxsaylı
cinayətlər və
qeyri-qanuni hərəkətlər
barədə beynəlxalq
ictimaiyyətin məlumatlılığının
artırılmasına, ümumilikdə
XXI əsrin bəlalarından
biri olan müstəmləkəçilik probleminə diqqət çəkməyə töhfə
verəcək.
Qeyd edək ki, Bakı Təşəbbüs
Qrupu Azərbaycan Respublikasının sədrlik
etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə
Bürosunun nazirlər
toplantısı çərçivəsində
2023-cü il iyulun 6-da
Bakıda “Müstəmləkəçiliyin
tamamilə aradan qaldırılmasına doğru”
mövzusunda konfransın
iştirakçıları tərəfindən yaradılıb.
Artıq bir ildir ki, Qrup
müstəmləkəçilikdən əziyyət çəkən
xalqların azadlıq
uğrunda apardıqları
ədalətli mübarizəyə
dəstək verir. Bu xüsusda, Bakı Təşəbbüs
Qrupu tərəfindən
artıq 15-dək beynəlxalq
konfrans təşkil edilib. Onlardan 4-ü BMT-nin Nyu-York, Cenevrə
və Vyanadakı qərargahlarında, biri İstanbulda, digərləri
isə Bakıda keçirilib.
Azərbaycan.-2024.-
18 iyul (¹ 149).- S.4.