Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 2024-cü ilin I yarımilinə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib

 

 

İyulun 16-da Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbovun sədrliyi ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 2024-cü ilin birinci yarımili ərzində korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərin vəziyyəti qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Baş İdarənin rəisi çıxışında cari ildə mövcud zaman şərtlərinin mürəkkəbliyinin Azərbaycanı tutduğu sürətli inkişaf yolundan yayındıra bilməməsi, ölkəmiz öz strateji hədəflərinə doğru qətiyyətlə irəliləməyə davam edərək növbəti uğurlara imza atması, Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu bu uğurlu inkişaf modelinin tətbiqinin ardıcıl tarixi sınaqlardan çıxmaqla əvvəlki illərdə olduğu kimi, 2024-cü ilin ötən dövründə milli maraq mənafelərimizin qarantı rolunu oynaması, habelə bu nəhəng inkişafın davamlılığının Prezident İlham Əliyev tərəfindən müdrik idarəetmə fəlsəfəsi əsasında təmin edildiyini diqqətə çatdırıb.

Müşavirədə bildirilib ki, qeyd olunan dövrdə Baş İdarəyə 5112 müraciət daxil olub, eləcə 715 vətəndaşın qəbulu təmin edilib.

Bundan başqa, əlaqəli dövlət qurumları ilə birgə yerinə yetirilmiş tədbirlər nəticəsində vətəndaşlar tərəfindən “161-Qaynar xəttəlaqə mərkəzinə daxil olmuş müraciətlərdən böyük əksəriyyətinin müsbət həlli təmin edilib, zəruri hallarda cinayət-hüquqi tədbirlər görülüb.

Qurum tərəfindən korrupsiya cinayətlərinə şərait yaradan halların aradan qaldırılması, yol verilən qanun pozuntularının səbəblərinin müəyyən edilməsi gələcəkdə bir daha törədilməməsi üçün müxtəlif qurumlara 110 təqdimat göndərilib. Həmin təqdimatlara əsasən bir sıra işçilər intizam məsuliyyətinə cəlb edilib bu kimi digər zəruri tədbirlərin görülməsi təmin olunub.

Baş İdarənin əməliyyat qurumları tərəfindən 93 cinayət işi başlanıb, keçirilmiş 28 əməliyyat-axtarış tədbiri nəticəsində korrupsiya cinayəti törədən 25 şəxs cinayət başında yaxalanıb, habelə axtarışda olan 4 nəfər saxlanılıb.

Hesabat dövrü ərzində idarədə 150 şəxs barəsində 111 cinayət işinin ibtidai istintaqı tamamlanıb, onlardan 122 şəxs barəsində 93 cinayət işi baxılması üçün məhkəmələrə göndərilib. Məhkəmələrə göndərilmiş cinayət işlərinin mütləq əksəriyyəti üzrə ittiham hökmləri çıxarılıb, qalanları isə hazırda məhkəmə baxışındadır.

Hesabat dövrü ərzində istintaqı başa çatdırılmış cinayət işləri üzrə ümumilikdə özgə əmlakına vurulmuş 61 milyon 909 min 129 manat məbləğində maddi ziyandan 40 milyon 386 min 399 manatının ödənilməsi təmin olunub.

Zərərin ödənilməsi məqsədilə istintaqı başa çatdırılmış cinayət işləri üzrə 8 milyon 32 min 611 manat məbləğində əmlak üzərinə həbs qoyulması təmin olunub.

Qeyd olunan dövrdə Baş İdarənin fəaliyyətinin antikorrupsiya qanunvericiliyinin təkmilləşdirilməsi bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilib.

Ümumilikdə ötən illər ərzində görülmüş işlərin nəticəsi kimi Avropa Şurasının Pulların Leqallaşdırılmasına Terrorçuluğun Maliyyələşdirilməsinə Qarşı Mübarizə Tədbirlərinin Qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsi (MONEYVAL) İqtisadi Əməkdaşlıq İnkişaf Təşkilatının (OECD) Şərqi Avropa Mərkəzi Asiya üzrə Antikorrupsiya Şəbəkəsi daxil olmaqla beynəlxalq təşkilatların hesabatlarında ölkəmizdə bu istiqamətdə həyata keçirilən bir sıra tədbirlər müsbət dəyərləndirilib.

Dövlətimizin başçısının fəaliyyətinin prioritet istiqamətlərindən olan korrupsiya rüşvətxorluğa qarşı mübarizədə beynəlxalq əməkdaşlığın önəmini, qarşılıqlı təcrübənin paylaşılmasının əhəmiyyətini nəzərə almaqla bu sahədə ixtisaslaşmış beynəlxalq təşkilatlarla digər dövlətlərin müvafiq orqanları ilə əlaqələrin qurulmasına, habelə daha da inkişaf etdirilməsinə xüsusi diqqət yetirilib.

Tədbirdə Baş prokuror Kamran Əliyevin göstərişləri müşavirə iştirakçılarının diqqətinə çatdırılmaqla vətəndaşların müraciətlərinə baxılması, “161-Qaynar xəttəlaqə mərkəzinin fəaliyyətinin daha da gücləndirilməsi, korrupsiyaya daha çox məruz qalan sahələrlə bağlı davamlı təhlillərin aparılması, digər hüquq-mühafizə orqanları Baş Prokurorluğun aidiyyəti struktur qurumları ilə birgə fəaliyyətin səmərəliliyinin artırılması istiqamətində müvafiq işlərin davam etdirilməsinin zəruriliyi vurğulanıb.

Sonda qurumun əməkdaşlarına zəruri əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinin diqqətdə saxlanılması, cinayət işlərinin istintaqı zamanı vurulmuş maddi ziyanın ödənilməsinin təmin edilməsi, əmlakın bərpası, qətimkan tədbirlərinin səmərəli tətbiqinə nail olunması məsələlərinə xüsusi önəm verilməsi, müvafiq sahələr üzrə bilik bacarıqların inkişafı istiqamətində bir sıra tapşırıq tövsiyələr verilib.

 

Azərbaycan.-2024.- 18 iyul (№ 149).- S.2.