"Auditor
xidməti haqqında"
Azərbaycan Respublikasının
Qanununda dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
15-ci bəndini rəhbər
tutaraq qərara alır:
"Auditor xidməti
haqqında" Azərbaycan
Respublikası Qanununun
(Azərbaycan Respublikası
Ali Sovetinin Məlumatı, 1995, № 7, maddə
114; Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu (Cild I); 2024, № 2, maddə 138) 13-cü maddəsinin
birinci hissəsinin yeddinci abzasında "tələb etdiyi hallar," sözləri
", Azərbaycan Respublikasının
tərəfdar çıxdığı
beynəlxalq müqavilələr
çərçivəsində xarici ölkələrin səlahiyyətli orqanlarından
daxil olan sorğuların (müraciətlərin)
icrası məqsədilə
qanunla müəyyən
edilmiş hallarda vergi orqanlarının tələb etdiyi, habelə" sözləri
ilə əvəz edilsin.
İlham Əliyev,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı
şəhəri, 28 iyun 2024-cü il
Azərbaycan.-2024.-
18 iyul, № 149.- S.2.