Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Hərbi xidmətkeçmə haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə

 

 

Azərbaycan Respublikasının Qanunu

 

 

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 18-ci bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, ¹ 1, maddə 14 (Cild I); 2024, ¹ 1, maddə 19, ¹ 2, maddə137) ilə təsdiq edilmiş "Hərbi xidmətkeçmə haqqında Əsasnamə"də aşağıdakı dəyişikliklər edilsin:

1. 90-cı maddənin dördüncü hissəsi üzrə:

1.1.        birinci cümlədə "Könüllü hərbi-vətənpərvərlik idman-texniki cəmiyyətindən (KHVİTC) başqa mülki" sözləri "Mülki" sözü ilə əvəz edilsin;

1.2.        üçüncü cümlə çıxarılsın.

2. 171-ci maddənin birinci hissəsinin "b" bəndinin dördüncü abzasından "Azərbaycan Respublikasının KHVİTC-nin təhsil təşkilatlarında," sözləri çıxarılsın.

 

                             

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 iyun 2024-cü il

Azərbaycan.-2024.- 18 iyul, ¹ 149.- S.2.