Gəncədə seçki hüququ ilə bağlı müraciətlərə baxılmasına həsr olunan regional seminar keçirilib

 

 

Sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasının (MSK) təşkilatçılığı ilə Gəncə şəhərində seçki hüququna dair müraciətlərə baxılmasına həsr olunan regional seminar keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, seminarda MSK-nın üzvləri Fuad Cavadov İlkin Şahbazov çıxış ediblər.

Fuad Cavadov seçki hüququnun pozulması ilə əlaqədar müraciət şikayətlərə baxılması üzrə qanunvericiliyin tələbləri, həmçinin şikayətlərin araşdırılması prinsipləri barədə məlumat verib.

Sonra çıxış edən İlkin Şahbazov seçkilərlə bağlı müraciətlərə dairə seçki komissiyaları tərəfindən baxılmasından ekspert qruplarının fəaliyyətinin əsaslarından danışıb.

Əyani vəsaitlərdən istifadə edilməklə keçirilən təqdimatlarla iştirakçılar mövzularla bağlı ətraflı məlumatlandırılıb.

Çıxışlardan sonra seminar seçki qanunvericiliyi, müraciət şikayətlər, o cümlədən ekspert fəaliyyəti ilə bağlı fərqli kazuslar üzrə praktik məşğələlərlə işini davam etdirib iştirakçılar üçün sınaq testi keçirilib. Tədbir zamanı dairə seçki komissiyalarının ekspert qrupu üzvlərinə MSK tərəfindən hazırlanan onlara yardımçı olacaq yaddaş kitabçası da paylanılıb.

Seminarda bildirilib ki, genişmiqyaslı maarifləndirmə layihəsi kimi gerçəkləşdirilən seminarların məqsədi qarşıdan gələn seçkilərdə vətəndaşların seçki hüquqlarını pozan hərəkətlərdən (hərəkətsizlikdən) qərarlardan şikayətlərin araşdırılması məqsədilə dairə seçki komissiyaları nəzdində fəaliyyət göstərən ekspert qrupu üzvlərinin məlumatlılığının artırılması, bilik, bacarıq işgüzar vərdişlərinin daha da təkmilləşdirilməsidir.

Gündəliyə uyğun olaraq tədbirin sonunda mövzular ətrafında müzakirələr aparılıb dairə seçki komissiyalarının ekspertlərini maraqlandıran suallar cavablandırılıb.

 

Azərbaycan.-2024.- 18 iyul, № 149.- S.3.