Masallıda MSK-nın təşkilatçılığı ilə Ekspert qruplarının üzvləri üçün regional seminar keçirilib

 

 

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasının (MSK) təşkilatçılığı ilə seçki hüququ ilə bağlı müraciətlərə baxılmasına dair növbəti regional seminar Masallı rayonunda keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə region üzrə 19 dairə seçki komissiyasından ekspert qruplarının üzvləri iştirak ediblər.

Mərkəzi Seçki Komissiyasının üzvü Ramiz İbrahimov seminardaSeçki hüquqlarının pozulması ilə əlaqədar müraciət şikayətlərə baxılması üzrə qanunvericiliyin tələbləri şikayətlərin araşdırılması prinsiplərimövzusunda geniş məruzə söyləyib. Bildirilib ki, regional seminarların keçirilməsində əsas məqsəd dairə seçki komissiyalarının ekspert qrupunun üzvlərinin seçki prosedurları ilə bağlı məlumatlılığının artırılması praktiki vərdişlərinin gücləndirilməsindən ibarətdir.

Sonra MSK-nın üzvü Nailə Əsgərova ekspert qruplarının fəaliyyətlərinin əsasları, kazuslar üzrə praktiki məşğələlər, sınaq testlərin həlli digər məsələlər barədə məlumat verib.

Həmçinin iştirakçılar əyani vəsaitlərdən istifadə etməklə bağlı ətraflı məlumatlandırılıb.

Tədbirin praktiki hissəsində kazuslar üzrə müxtəlif şikayət nümunələri nəzərdən keçirilib, seçki komissiyaları tərəfindən həmin şikayətlərə dair müvafiq qərarların qəbul edilməsi məsələlərinə baxılıb.

Sonra ekspert qrupunun üzvləri üçün hazırlanan onlara yardımçı olacaq yeni yaddaş kitabçası paylanılıb.

 

Azərbaycan.-2024.- 18 iyul, № 149.- S.3.