Fransa
dünyada hərbi-siyasi
gərginliyi artırmağa
çalışır
BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biri də Fransadır. Bu nüfuzlu beynəlxalq təşkilatın
nizamnaməsinə görə
Təhlükəsizlik Şurasına
üzv dövlətlər beynəlxalq
sülhün və təhlükəsizliyin qorunmasında
əsas məsuliyyət
daşıyır.
Deməli, Fransa
dünyadakı münaqişələrin
həllinə, habelə
qlobal səviyyədə
məsələlərə veto qoymağa haqqı olan 5 dövlətdən biridir.
Məsələ burasındadır
ki, dünyada sülhün və təhlükəsizliyin təminatçısı
olan Fransa öz statusundan və hərbi gücündən istifadə
edərək geopolitik
maraqları naminə birmənalı olaraq hərbi-siyasi gərginliyi artırmaqla
məşğul olub.
Müxtəlif regionlarda
geosiyasi intriqalar yaratmağa cəhd edən Fransa, Qərb təşkilatlarından
digər dövlətlərə
qarşı təzyiq
vasitəsi kimi istifadə etmək istəyir.
Azərbaycan Prezidenti
nüfuzlu beynəlxalq
tədbirlərdə və
görüşlərdə, beynəlxalq mətbuata verdiyi müsahibələrdə
bir qayada olaraq Fransa kolonializmini
ifşa edərək bu
ölkənin qanlı
cinayətlərlə zəngin
kolonializm tarixinə görə utanmalı, törətdiyi vəhşiliklərə
görə üzr istəməli olduğunu qeyd edib.
Dünyada baş
verən siyasi proseslər Fransanın əleyhinə işləyir.
Paris dünyadakı təsir
gücünü getdikcə
itirməkdədir. Fransa
qoşunlarının Mali,
Niger və Burkina-Fasodan qovulması bu ölkənin Afrikadakı amansız neokolonializm siyasətinin uğursuzluğa məhkum
olduğunu açıq
təcəssüm etdirir.
Fransa təkcə
əsarəti altında
saxlayıb qanlı cinayətlər törətdiyi
ölkələrdə deyil,
eləcə də Cənubi Qafqazda sabitliyi pozmağa çalışır. Ermənistanı
silahlandırmaqla regionda
yeni müharibə üçün zəmin hazırlayır...
Prezident Emmanuel
Makronun səhv siyasəti ucbatından beynəlxalq nüfuzunu itirən Fransanın daxili vəziyyəti də yaxşı deyil. Hadisələrin gedişi ölkənin sürətlə xaosa və vətandaş müharibəsinə yaxınlaşdığını
ehtimal etməyə əsas verir. Bu baxımdan Emmanuel Makron Cənubi Qafqaz siyasətində söz sahibi olmaq arzusunu
reallaşdırmaqdan çox,
siyasi həyatının
son günlərini yaşaması barədə
düşünməlidir.
Fransada ard-arda baş verən siyasi hadisələr Parisin müstəmləkə altında
saxladığı xalqların
həyatına da təsirsiz ötüşməyib.
Yeni Kaledoniyada, Fransa Polineziyasında müstəmləkəçilik siyasətinin əleyhdarlarının
keçirdikləri uzunmüddətli
etiraz aksiyaları bu koloniyalarda xalqların azadlıq uğrunda mübarizələrinin
yeni, həlledici mərhələyə daxil
olduğunu deməyə
əsas verir.
Onu da qeyd edək ki, bu gün
Bakı Fransa müstəmləkəçiliyində əziyyət
çəkən xalqların
səslərini dünya
ictimaiyyətinə çatdırmaq
üçün əsl
azadlıq tribunası
rolunu oynayır. Cəmi bir neçə
ay öncə Bakı
Təşəbbüs Qrupunun
təşkilatçılığı ilə keçirilən
"Neokolonializm: İnsan
hüquqlarının pozulması
və ədalətsizlik"
adlı beynəlxalq konfransda Fransanın müstəmləkəsi altında
olan dövlətlərdə,
ərazilərdə apardığı
etnik təmizləmə,
insan haqlarının ciddi şəkildə pozulması faktları diqqətə çatdırılaraq
dünya birliyinə, beynəlxalq təşkilatlara
müraciət qəbul
edilmişdir.
Dünəndən Qvadelupanın
Azadlığı Naminə
Xalq Birliyinin təşkilatçılığı və Bakı Təşəbbüs Qrupunun
(BTQ) dəstəyi ilə
Fransa müstəmləkəçiliyindən
əziyyət çəkən
Korsika, Melaneziya, Polineziya, Karib və Antil adaları
qrupundan olan 15-dən çox siyasi partiya və müstəqillik hərəkatlarının
rəhbər şəxslərinin
Bakıda öz işinə başlayan birinci
qurultayı bu gün də davam edir. Xatırladaq
ki, qurultayın keçirilməsi ideyası
Fransanın dənizaşırı
ərazilərinin müstəqillik
uğrunda mübarizə
aparan siyasi partiya və hərəkatlarına məxsusdur.
Qurultayda fəxri qonaq qismində Niderlandın müstəmləkəsi
olan Bonayre və Sen-Martin adalarından üç təşkilatın nümayəndələri
də iştirak edirlər. Qurultay iştirakçıları müstəqillik
uğrunda mübarizədə
daha sıx təşkilatlanma, habelə
vahid platforma yaradaraq Fransa kolonializminə qalib gəlmək yolunda nəticə-yönümlü fəaliyyətin
əlaqələndirilməsi yollarını müzakirə
edirlər. Həmçinin
koloniyaların təmsilçiləri
öz müqəddəratını
təyin etmək uğrunda mübarizədə
ən effektiv təcrübə və strategiyalar barədə müzakirələr aparırlar.
Qurultay iştirakçıları
adları qeyd edilən koloniyalarda Fransa hökuməti tərəfindən həmin
ərazilərin əsl
sahibləri olan yerli xalqlara qarşı törədilən
çoxsaylı cinayətlər
və qeyri-qanuni hərəkətlər haqqında
beynəlxalq ictimaiyyətin
məlumatlılığının artırılmasını, ümumilikdə
XXI əsrin bəlalarından
biri olan kolonializm probleminə diqqət yönəltməyi
başlıca məqsədləri
hesab edirlər .
Qeyd edək ki, Bakı Təşəbbüs
Qrupu (BTQ) Azərbaycanın
sədrlik etdiyi Qoşulmama Hərəkatının
Əlaqələndirmə Bürosunun
nazirlər toplantısı
çərçivəsində
2023-cü il iyulun 6-da
Bakıda "Müstəmləkəçiliyin
tamamilə aradan qaldırılmasına doğru"
adlı konfransın iştirakçıları tərəfindən
yaradılıb. BTQ artıq
bir ildir ki, müstəmləkəçilikdən
əziyyət çəkən
xalqların azadlıq
uğrunda apardıqları
ədalətli mübarizəyə
dəstək verir. Bu xüsusda, BTQ tərəfindən artıq
15-ə yaxın beynəlxalq
konfrans təşkil edilib. Onlardan 4-ü BMT-nin Nyu York, Cenevrə
və Vyana qərargahlarında, biri Türkiyənin İstanbul
şəhərində, digərləri
isə Bakı şəhərində baş
tutub.
Elşən
QƏNİYEV,
Azərbaycan.-2024.-
18 iyul (¹ 149).- S.4.