Qazaxıstanda fəaliyyət göstərən Azərbaycan diasporu nümayəndələri Füzuliyə Şuşaya səfər ediblər

 

 

Qazaxıstanda fəaliyyət göstərən diasporumuzun rəhbərlərindən fəallarından, qardaş xalqın təmsilçilərindən ibarət nümayəndə heyəti Azərbaycana səfər çərçivəsində Füzuliyə Şuşaya səfər edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Füzuliyə gedərkən qonaqlar yolboyu erməni barbarlığının sübutu olan dağıdılmış, viran qoyulmuş kəndləri görüb, vandalizm aktlarını pisləyiblər. Qonaqlara rayonda aparılan yenidənqurma, təmir-bərpa işləri haqqında ətraflı məlumat verilib. Onlar yenidənqurma təmir-bərpa işlərini böyük məmnunluqla müşahidə ediblər.

Nümayəndə heyətinin ölkəmizə səfərinin şüarına uyğun olaraqPrezidentlərin izi ilə!” hərəkət edən qonaqlar Füzuli rayonunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin birlikdə açılışını etdikləri Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinə gəliblər. Mərkəzin 3D modelləşdirmə, səsyazma studiyası, kompüter, musiqi, xalçaçılıq digər yaradıcılıq otaqları ilə tanış olan nümayəndə heyəti uşaqlar üçün yaradılmış imkanları yüksək qiymətləndiriblər.

Sonra qonaqlar Şuşaya yola düşüblər. Burada da erməni qəsbkarlarının otuz illik işğal dövründə törətdikləri vəhşiliklərdən sonra aparılan bərpa yenidənqurma işləri ilə tanış olublar. Onlar güllələnmiş heykəllər, Yuxarı Gövhər Ağa məscidi, İsa bulağı, Vaqifin məqbərəsi, Cıdır düzü digər görməli yerləri ziyarət ediblər.

Diaspor nümayəndələri qazax xalqının təmsilçiləri Cıdır düzündə böyükölçülü bayraq açaraq qürurla dalğalandırıb, xatirə şəkilləri çəkdiriblər.

 

 

Azərbaycan.-2024.- 18 iyul (№ 149).- S.4.