Paytaxtın Nərimanov rayonunda salınan park COP29-a növbəti töhfədir
Respublikanın bütün
bölgələrində yaşıllıq
ərazilərin qorunmasına,
yeni parkların, bağların salınmasına
xüsusi önəm verilir. Xüsusən iqlim dəyişikliyinin yaratdığı fəsadların
qarşısının alınması,
təsirlərinin azaldılması
üçün bu istiqamətdə işlərin
görülməsi böyük
əhəmiyyətə malikdir.
Bu baxımdan, paytaxt Bakıda son illərdə görülən işlər
təqdirəlayiqdir.
Prezident İlham
Əliyevin tapşırıq
və tövsiyələrinə
uyğun olaraq, ölkəmizin bütün
şəhər və
rayonlarında, xüsusilə
Bakıda yeni yaşıllıqlar, meşə
massivləri, istirahət
parkları salınır,
mövcud yaşıllıq
sahələri daha da genişləndirilir. Yeni parklar şəhərsalma
standartlarına və
müasir tələblərə
tam uyğun şəkildə salınır.
Şəhərlərin qədimliyi
qorunaraq, əvvəlki
görkəminə xələl
gətirmədən modernizmlə
vəhdəti qurulur.
"Yaşıl dünya"
naminə görülən
işlər
Bakıda bu istiqamətdə görülən
genişmiqyaslı tədbirlər
- yaşıllıqların salınması, sağlam mühitin formalaşdırılması,
yaşayış massivləri
yaxınlığında istirahət
guşələrinin yaradılması
- bütün abadlıq
işləri əhalinin
istirahətinə, asudə
vaxtını səmərəli,
rahat keçirməsinə
hesablanıb.
Xüsusi vurğulamaq
lazımdır ki, son illərdə şəhərsalmada insanların
asudə vaxtlarını
keçirməsi üçün
meşə massivləri,
bağlar, yaşıllıq
sahələri, yaşayış
massivlərinin yaxınlığında
sakinlər üçün
istirahət parklarının
salınması prioritetlərdəndir.
Ümumiyyətlə, müasir şəhərsalma,
tikinti layihələrində
parklar, istirahət yerləri mütləq nəzərə alınır.
Bununla yanaşı, parkların, yaşıllıqların
salınması zamanı
təbii landşaftın
qorunmasına da xüsusi önəm verilir.
Son dövrdə
Bakı şəhərinin
müxtəlif rayonlarında
belə istirahət parklarının salındığını
və yenidən əsaslı təmir-bərpadan
sonra istifadəyə verildiyinin şahidi oluruq. Həmin istirahət məkanlarının
açılışında dövlət başçısının
şəxsən iştirakı
da göstərir ki, Prezident İlham
Əliyev Bakının
"yaşıl şəhər"ə
çevrilməsinə, ölkəmizin
iqlim dəyişiklikləri
ilə mübarizədə
bütün səylərini
birləşdirməsinə, ümumilikdə yaşıllaşdırma
sahəsində görülən
işlərə xüsusi
diqqət ayırır.
COP29 kimi mötəbər
tədbirin Azərbaycana
həvalə edilməsi
də ölkəmizin
qlobal istiləşmə
fonunda, sağlam gələcək naminə
gördüyü işlərə
verilən yüksək
dəyərdən xəbər
verir. Dövlət başçısının sərəncamı
ilə 2024-ün "Yaşıl
dünya naminə həmrəylik ili" elan olunması isə bu xüsusda
çox önəmlidir.
İyulun 15-də dövlət
başçısının Nərimanov rayonunda əsaslı şəkildə
yenidən qurulan parkın açılışında
iştirakı da bunu bir daha
təsdiq edir.
Ərazisi 4,1 hektar
olan park XX əsrin
50-ci illərində salınıb.
Şəhərin müasir
inkişaf səviyyəsinə
və memarlıq üslubuna uyğun olmayan park nadir dizaynda yenidən qurulub. Burada müxtəlif istirahət guşələri,
əyləncə qurğuları
yaradılıb, o cümlədən
uzun müddət yararsız vəziyyətdə
olan fəvvarə meydanının yenidən
qurulması işləri
həyata keçirilib.
Parkın ərazisində
yeni yaşıllıq sahələri
yaradılıb, istismara
yararsız, parkın ümumi görkəminə
xələl gətirən
tikili və qurğular ərazidən götürülüb. Mövcud
ictimai-iaşə obyektlərinin
fasadları müasir üslubda, parkın yeni layihəsinə uyğun təmir edilib, o cümlədən yeni işıq
dirəkləri, eləcə
də idman qurğuları və uşaq əyləncə meydançası yaradılıb.
Məhəllələrarası parklar, yenilənən istirahət
guşələri
Ümumiyyətlə, son dövr-lərdə
Nərimanov rayonunda sakinlərin rahatlığı,
asudə vaxtlarını
səmərəli keçirmələri
üçün yaşayış
massivlərinin yaxınlığında,
ümumilikdə yaşıllıq
ərazilərində ardıcıl
olaraq abadlıq işləri görülür.
Müasirləşən paytaxtımızla
rayonun inkişafının
uyğunlaşması istiqamətində
bütün lazımi
tədbirlər görülür.
Eyni zamanda
Heydər Əliyev Fondunun
vitse-prezidenti, IDEA İctimai
Birliyinin təsisçisi
Leyla xanım Əliyeva
tərəfindən də
məhəllələrarası parklar yaradılması formatı tətbiq olunur. "Bizim həyət"
layihəsi çərçivəsində
ərazilərdəki onlarla
binanın fasadları,
dam örtükləri, blokları
təmir olunur, bütün yaş kateqoriyaları üçün
həm istirahət etmək, həm idmanla məşğul olmaq, həm də asudə vaxt keçirmək üçün şərait
yaradılır.
Ümumilikdə "Yaşıl
dünya naminə həmrəylik ili"ndə
yeni parkların və
yaşıllıq zolaqlarının
salınması, əhaliyə
xidmət göstərən
müasir infrastrukturun
yaradılması Bakının
dünyanın ən gözəl, şəhərlərindən
birinə çevrilməsi
istiqamətində əhəmiyyətli
işlər görülür.
2022-ci ilin statistikasına
əsasən, ölkəmizdə
parkların ümumi sayı 453-dür ki, onların
da 164-ü paytaxtın payına
düşür.
Elə son illərdə
salınan Mərkəzi
Park, Yasamalda meşə
tipli park, "Gənclik",
"Çəmbərəkənd",
Nizami Gəncəvi parkları
bu istiqamətdə görülən işlərin
bir hissəsidir. Eyni zamanda gündən-günə
gözəlləşən, müasirləşən, "yaşıl
şəhər"ə çevrilən,
BMT-nin İqlim Dəyişiklikləri üzrə
Çərçivə Konvensiyasının
Tərəflər Konfransı
kimi mühüm beynəlxalq tədbirə
hazırlaşan Bakıda
bu istiqamətdə görülən işlərin
hamısı COP29-a mühüm
töhfə verir.
Əsmər QARDAŞXANOVA,
Azərbaycan.-2024.-
18 iyul (№ 149).- S.6.