Ölkəmiz
sülh və dialoq ideyasına sadiqdir
Sürətlə qloballaşan
dünyada sivilizasiyalar
arasında münasibətlərin
yeni formaları yaranır, dəyərlər
sistemində dəyişikliklər
baş verir, fərqli düşüncə
mədəniyyəti meydana
çıxır. Bütün
bu amillər humanitar məsələlərin
müzakirəsi istiqamətində
də yeni platformanın təşkili
zərurətini yaradır.
Bu baxımdan, "Bakı Prosesi" Azərbaycan Respublikasının
təşəbbüsü ilə mədəniyyətlər
və sivilizasiyalar arasında səmərəli
dialoqun qurulması məqsədilə irəli
sürülüb. Belə
bir təşəbbüsün
məhz Azərbaycan tərəfindən ortaya qoyulması isə təsadüfi deyil. Bu, çoxmillətli ölkəmizin tarixən malik olduğu dini tolerantlıq ənənələrindən, zəngin
mədəni müxtəlifliyindən,
insanlar arasındakı
qarşılıqlı hörmət
mühitindən irəli
gəlir.
Birləşmiş Millətlər
Təşkilatı Baş
katibinin hələ
2017-ci ilin sentyabrında
BMT Baş Assambleyasının
72-ci sessiyasındakı "Dünyanın rifahı naminə sülh mədəniyyətinin, dinlərarası
və mədəniyyətlərarası
dialoqun, qarşılıqlı
anlaşmanın və
əməkdaşlığın təşviqi" adlı
məruzəsində 2008-ci ildən etibarən müvəffəqiyyətlə reallaşdırılan "Bakı
Prosesi"ni xüsusi
vurğulaması
qədim dövrlərdən
bəri sivilizasiyalar arasında körpü rolunu oynayan Azərbaycanın mədəniyyətlərarası
dialoqa hazırkı mərhələdə verdiyi
töhfələrin beynəlxalq
miqyasda xoş etirafı kimi tarixə düşmüşdü.
Həm həyat
tərzi, həm də dövlət siyasəti
"Bakı Prosesi"nin
mövzu dairəsi kifayət qədər genişdir. Dinlər arasında dialoq problemi isə burada hər zaman xüsusi yer tutur. Bu platforma
çərçivəsində keçirilən bütün
beynəlxalq tədbirlərdə
hansısa formada gündəmə gətirilir.
Belə bir mövzuya xüsusi diqqətin ayrılması
sivilizasiyalararası, dinlər-arası
dialoqun dərinləşməsi,
güclənməsi, dünyada
risklərin azalması,
ayrı-seçkilik, ksenofobiya
hallarına düzgün
qiymət verilməsi və bu təhlükəli
meyillərin qarşısının
alınması niyyətindən
irəli gəlir.
Dünyanı vahid məkan, bəşəriyyəti
isə bir cəmiyyət kimi görmək istəyinin ifadəsi olan bu cür tədbirlər
yeni münasibətlər qurmağa,
daha mütərəqqi
və aktual müzakirələr aparmağa,
dini insanın mənəvi dünyasının
müqəddəs dəyəri
kimi qorumağa, hər cür siyasi məqsədlərdən
uzaq tutmağa, dinin əxlaq, tərbiyə, mənəvi
təmizlik mərtəbəsindən
endirilib çirkli niyyətlər üçün
alətə çevrilməsinin
qarşısının alınmasına
xidmət edir.
Azərbaycan dinlər
arasında dialoqun əldə olunmasından ötrü təkcə dünyanın nüfuzlu din xadimlərinin görüş və müzakirə platformalarından
deyil, ümumiyyətlə,
insanları ortaq məxrəcə gətirə
biləcək bütün
mümkün vasitələrdən
faydalanmağa çalışır.
Bunun uğurlu nümunələrini yaradır.
2015-ci ildə ölkəmizdə
I Avropa Oyunlarının,
iki ildən sonra - 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi
buna bir örnəkdir. Prezident İlham Əliyevin də həmin ərəfədə qeyd etdiyi kimi, baxmayaraq
ki, bu, idman
yarışlarıdır, ancaq
belə yarışlar
çox böyük siyasi əhəmiyyət daşıyır: "Çünki
təsəvvür edin,
cəmi iki il ərzində bir ölkədə, bir şəhərdə islam ölkələrinin və Avropa ölkələrinin idmançıları
yarışır və
eyni zamanda dostluq əlaqələri yaradırlar. Çünki
bu oyunlar, sadəcə olaraq, idman yarışı deyil. Bu oyunlar
Azərbaycanda bir dostluq festivalına, dostluq bayramına çevrilmişdir. Hər
iki idman yarışında 100-dən çox
ölkə təmsil olunurdu, minlərlə idmançı, məşqçi,
qonaq iştirak edirdi və əlbəttə ki, bu oyunların dinlərarası, mədəniyyətlərarası
dialoqun təşviqində
böyük rolu vardır".
Azərbaycan bütün
bunlara ona görə nail ola bilir ki,
bizim əsrlər ərzində formalaşmış
tarixi ənənələrimiz
var. Yüzilliklər ərzində müxtəlif
dinlərin, xalqların
nümayəndələri ölkəmizdə
bir ailə kimi sülh, əmin-amanlıq, mehribanlıq
şəraitində yaşayıblar.
2019-cu ildə Dünya
dini liderlərinin Bakıda keçirilən
II Sammitindəki çıxışı
zamanı Azərbaycan
Prezidenti də bu amili xüsusi
vurğuladı. "Dini
və etnik müxtəlifliyimiz bizim böyük sərvətimizdir",
- dedi. Azərbaycanda uğurlu inkişafın, sabitliyin bərqərar olması istiqamətində
atılmış bütün
addımların arxasında
dini və milli dözümlülük,
tolerantlıq və multikultural dəyərlər
dayanır.
Bunu ölkə
ərazisindəki dini
abidələrdə də
görmək olar. Bu abidələrin aid olduğu tarixi dövrlər həm Vətənimizin qədimliyini, həm də müxtəlif dövrlərdə ayrı-ayrı
dinlərin nümayəndələrinin
Azərbaycanda yaşayıb,
yaratdıqları gözəl
tarixi mirası əks etdirir. Prezident İlham Əliyev çıxışlarında
dəfələrlə vurğulamışdır
ki, islam aləminin ən qədim məscidlərindən
biri Azərbaycanda yerləşir: "Şamaxı
Cümə məscidi
743-cü ildə inşa
edilmişdir, bir neçə il bundan əvvəl əsaslı təmir olunmuşdur. Bu məscid Dərbənd məscidindən sonra Qafqazın ən qədim məscididir. Eyni zamanda qədim
dövlət olan Qafqaz Albaniyasının kilsəsi Azərbaycanın
digər tarixi şəhəri - Şəkinin
yaxınlığında yerləşir
və bu kilsənin qədim tarixi var. Bu,
Qafqazın ən qədim kilsələrindən
biridir. Bakıda atəşpərəstlik məbədi
- Atəşgah yerləşir.
Bu da onu
göstərir ki, zərdüştlük dininin
Azərbaycanda qədim
kökləri vardır.
Sonrakı dövrlərdə
rus pravoslav kilsələri, sinaqoqlar, katolik kilsəsi inşa edilmişdir. ... Beləliklə, dinlərarası
dialoqun Azərbaycanda qədim tarixi vardır və müasir Azərbaycan dövləti bu ənənələrə sadiqdir.".
Ölkədə
dövlət-din münasibətləri
yüksək səviyyədədir
Dünyəvilik,
demokratik inkişaf prinsiplərinə sadiq olan Azərbaycanda bu gün dövlət-din
münasibətləri ən
yüksək səviyyədədir.
Dövlət hər bir vətəndaşının
dini etiqad azadlığına hörmətlə
yanaşır. Müsəlman
ölkəsi kimi əhalisinin əsas hissəsinin müqəddəs
dini olan islamın ali dəyərlərinə sahib
çıxaraq bu dəyərləri təbliğ
etməklə yanaşı,
digər dinlərin nümayəndələrinin sərbəst
fəaliyyətinə, öz
dini ayinlərini icra etmələrinə də şərait yaradır.
Azərbaycan dövləti
dini dəyərlərə
hörmət, dinlər
arasında dialoqun əldə olunması məsələsinə başqa
bir prizmadan da yanaşır. Din hər bir
xalqın milli-mənəvi
dəyəridir. Qloballaşan
dünyamızda xalqın
milli özünəməxsusluğunun,
əxlaqi normalarının
qorunması üçün
bu dəyərlərin böyük təsir gücü var.
Dünyada sülhün,
sabitliyin, inkişafın,
mədəniyyətlər və
dinlər arasında dialoqun bərqərar olması, multikultural dəyərlərin yayılması
istiqamətində Azərbaycanın
gördüyü işlər
böyük bir tarixi missiyadır.
İradə ƏLİYEVA,
Azərbaycan.-2024.-
18 iyul (№ 149).- S.11.