Məhəmməd Füzulinin 530 illiyi münasibətilə sərgi hazırlanıb

 

 

Bu il Azərbaycan şairi mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 530 ili tamam olur.

Azərbaycan ədəbi-bədii fikrinin inkişafında müstəsna yer tutan, Yaxın Orta Şərq ölkələri ədəbiyyatına mühüm təsir göstərən qüdrətli sənətkarın ədəbi irsinin təbliği məqsədilə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında virtual kitab sərgisi hazırlanıb.

Kitabxanadan bildirilib ki, sərgidə ədibin həyat yaradıcılığına, görkəmli şəxslərin onun haqqında söylədikləri dəyərli fikirlərə, özünün müəllifi olduğu müdrik kəlamlara geniş yer verilib.

Virtual kitab sərgisində ədibin qəzəlləri, poemaları, Azərbaycan, ərəb fars dillərində qələmə aldığı ədəbiyyat nümunələri haqqında geniş məlumat verilib, müəllifi olduğu "Leyli Məcnun", "Bəngu - badə", "Rind Zahid", "Hədiqətus-süadə", "Şikayətnamə", "Söhbətül-əsmar" kimi əsərlərin onun haqqında nəşr edilən "Klassiklər yenə klassiklər", "Füzuli qəzəllərinə təxmislər", "Məhəmməd Füzulinin mətləul-etiqad əsərinin şərhi", "Eşq sultanı", "Şəbi-hicran" kimi 20-dən çox kitabın qısa annotasiyası təqdim olunub.

 

Azərbaycan.-2024.- 18 iyul (№ 149).- S.11.