81 yaşlı ABŞ lideri seçki mübarizəsində israrlıdır
Noyabrin 5-də ABŞ-də keçiriləcək
prezident seçkilərində
mübarizə aparacaq
əsas rəqiblər
bəllidir - Respublikaçılar
Partiyasının namizədi
Donald Tramp və Demokratlar Partiyasından hazırkı
prezident Co Bayden.
Mütəxəssislər seçkilərə hələ
4 ay qalmasına baxmayaraq, artıq qalibi müəyyənləşdiriblər.
Belə qənaət
yaranıb ki, prezident Respublikaçılar Partiyasının
namizədi Donald Tramp olacaq.
Bu, Trampın iyulun
13-də Pensilvaniya ştatında
seçiciləri ilə
keçirdiyi görüşdə
sui-qəsdə məruz
qalmasından sonra formalaşan yekdil fikirdir.
Amma hadisələrin gedişatına
baxsaq deyə bilərik ki, Trampın prezident seçkilərində
qələbə qazanacağı
hələ xeyli müddət öncədən
bəlli idi. Ona qarşı açılan
cinayət işi, təqiblər və ən nəhayət, Co Baydenlə aralarında keçirilən ilk teledebatda
ölkənin 35-ci prezidentinin
aşkar üstünlüyü
Amerika əhalisinin diqqətindən
yayına bilməzdi.
Demokratlar Co Baydenə əvəz tapa bilmirlər
Bu hadisəyə qədər
də baş verən siyasi gedişlər Trampın rəqibindən üstünlüyünü
göstərirdi. CNN kanalının
Atlanta şəhərindəki binasında keçirilən
debatda Tramp ABŞ həqiqətlərini
açıqlayaraq Baydeni
günahlandırmış, hazırkı prezident isə ona tutarlı
arqumentlərə əsaslanan
cavablar verə bilməmişdi.
Özünü itirən
Co Baydenin cavabları
da qeyri-müəyyən olmuşdu.
Debatdan sonra Co Bayden açıqlama
verərək bildirmişdi
ki, görüşə yorğun
halda gəlib və hətta yorğunluqdan az qala yuxulayırmış.
Bu hadisə amerika əhalisində qəti fikir formalaşdırdı.
Keçirilən rəy
sorğusunda amerikalıların
təxminən 70 faizi
hesab etdi ki, 81 yaşlı Co Bayden ABŞ prezidenti
kimi öz vəzifələrini səmərəli
şəkildə yerinə
yetirmək üçün
çox qocadır. Yəni o, işinin öhdəsindən gələ
bilməyəcək.
Amma buna baxmayaraq, Co Bayden Demokratlar
Partiyasından namizəd
olacağını bəyan
edərək seçki
marafonuna qatılmaqdan
vaz keçmədi. Hətta partiyasının
mütləq əksəriyyəti
onun namizədliyini istəmədiyi halda belə...
Respublikaçılar Partiyası
iyulun 15-18-də Viskonsin
ştatında keçirilən
qurultayında Donald Trampın
namizədliyini irəli
sürüb.
Demokratların qurultayı
isə avqustda baş tutacaq. Amma demokratlar qurultay deyil, onlayn toplantı
keçirərək Baydenin
namizədliyini irəli
sürmək istəsələr
də, partiyanın böyük əksəriyyəti
bunun əleyhinədir.
Bu arada Co Bayden növbəti
müddət üçün
prezidentliyə namizədliyini
geri götürmək
üçün şərtini
açıqlayıb. Dövlət
başçısı bildirib
ki, həkimlər sağlamlığında
problem aşkarlayarsa, bunu
edəcək. Yəni
sağlamlığında problem olarsa, Co Bayden prezidentliyə
namizədliyini geri götürəcək.
Onu da vurğulamaq yerinə düşər ki, Demokratlar
Partiyasında Co Baydenin
namizədliyini istəməyənlər
çoxluq təşkil
etsə də, ona alternativ namizəd
də tapa bilmirlər.
Yeganə namizəd ola biləcək
şəxs vitse-prezident
Kamala Harrisdir. Yəni
demokratların lideri kimi ABŞ Prezidenti Co Baydeni o əvəz edə bilər. O, bu vəzifəyə ilk və ən çox ehtimal olunan namizəddir. Qeyd olunur ki, Harrisin əhali arasında populyarlığı
o qədər də yüksək deyil. Bununla belə, o, afroamerikalı seçicilər
və qadınlar tərəfindən sevilir.
Bundan əlavə, vitse-prezidentin digər namizədlər qarşısında
açıq-aşkar üstünlüyü
var. Ağ Evin indiki rəhbəri yenidən seçilməkdən imtina
edərsə, o, Baydenin
topladığı vəsaiti
öz seçki kampaniyasını maliyyələşdirmək
üçün istifadə
edə bilər.
Donald Tramp Rusiya ilə bağlı siyasətini açıqladı
Respublikaçılar cəbhəsində
isə vəziyyət
ürəkaçandır. Qələbəsini artıq
təmin etdiyi bildirilən Donald Tramp qalib
gələcəyi halda
verəcəyi bəzi
qərarlarını açıqlayıb.
D.Tramp "Rusiyaya
qarşı sanksiyaları
yumşaltmaq və ya ləğv etmək" barədə
düşünüb-düşünmədiyi
sualına belə cavab verib: "Bəli. Sanksiyalarla biz yalnız hamını özümüzdən uzaqlaşdırırıq.
Ona görə də sanksiyaları sevmirəm. Putinlə çox yaxşı anlaşmışdıq,
yaxşı da münasibətimiz
var idi. Biz heç vaxt bir-birimizi müharibə ilə təhdid etməmişik".
O, həmçinin qeyd edib ki, Çin Prezidenti Si Çinpin
COVID-dən əvvəl
onun üçün çox yaxşı dost olub. Keçmiş dövlət başçısı
onu da vurğulayıb
ki, 2020-ci ildə yenidən
seçilsəydi, Ukrayna
böhranının qarşısını
almaq olardı.
Qeyd edək
ki, seçki öncəsi
kampaniyaların davam etdiyi bir vaxtda, Pensilvaniyada
Trampa qarşı törədilən
sui-qəsd cəhdi də araşdırılır.
Bir sözlə, prezident seçkilərinə dörd
aydan az müddət qalmış
bir vaxtda dünyanın diqqəti Amerikadadır. Son baş verən hadisələr isə yalnız siyasətçilər deyil,
eyni zamanda dünya ictimaiyyəti arasında seçkilərlə
bağlı müxtəlif
fikirlərin, versiyaların
səsləndirilməsinə rəvac verib. Son günlərdə tanınmış
şəxslərin belə
Trampa dəstək nümayişi
seçkilərin onun
xeyrinə nəticələnəcəyi
ehtimalını artırır.
Dünən isə bir daha Trampın
üstünlüyünü təsdiqləyən sorğunun
nəticəsi açıqlanıb.
ABŞ prezidenti postu uğrunda seçki yarışında Donald Trampa dəstək
səviyyəsi 14 əsas
ştatda Cozef Baydenə verilən dəstəkdən yüksək
olub. CNN telekanalının
yaydığı məlumata
görə, Baydenin
Trampa qarşı uğursuz
debatından sonra 15
min ABŞ vətəndaşı arasında aparılan sorğular hazırkı prezidentin hətta 2020-ci ildə keçirilən
son seçkilərdə rəqibini
məğlub etdiyi ştatlarda da geri qaldığını göstərib.
Həmin ştatlara
Arizona, Corciya, Miçiqan,
Pensilvaniya, Viskonsin və başqaları daxildir. Baydenin mövqeyi Kolorado, Minnesota,
Men, Nyu-Meksiko, Virciniya
və Nyu-Hempşirdə
də həssasdır.
Məlumatlar həmçinin
onu göstərir ki, seçkilərdə Baydeni
əvəzləyəcək dörd potensial demokrat namizəd tərəddüddə qalan
ştatlarda onu qabaqlayır.
Rəşad
BAXŞƏLİYEV,
Azərbaycan.-2024.-
18 iyul (№ 149).- S.12.