Fransada hökumət böhranı başlayıb

 

 

Fransa Prezidenti Emmanuel Makron çərşənbə axşamı baş nazir Qabriel Attalın istefasını qəbul edib. Lakin Attal onun kabineti yeni hökumət başçısı təyin olunana qədər, ən azı Parisdə keçiriləcək Olimpiya Oyunları başa çatana qədər vəzifəsində qalacaq.

Yerli ekspertlərin fikrincə, bunu Fransada əsl siyasi zəlzələ adlandırmaq olar. İstefa verən hökumətin səlahiyyətləri məhduddur. Attal onun kabineti yalnız dövlətin davamlılığını təmin etmək üçün cari işləri sürətləndirməyə cavabdeh olacaqlar. Belə ki, bu keçid dövründə hakimiyyətdən gedən hökumət prinsipcə heç bir siyasi qərar qəbul edə bilməz.

 

 

Demokratik problem yaranacaq

 

 

Keçid mərhələsində belə bir konfiqurasiya başa düşülən olsa da, bu prosesin uzun müddət davam edəcəyi təqdirdə aşkar şəkildə demokratik problem yaranacaq. Xüsusilə gələcək baş nazirin namizədliyi ilə bağlı danışıqların qədər çətin olduğunu nəzərə alsaq

Qanunverici orqana seçkilərdə mandatların əksəriyyətini qazanan solçu "Yeni Xalq Cəbhəsi" alyansı fikir ayrılıqlarını hər hansı formada güzəştə gedə bilmədiyini açıq şəkildə nümayiş etdirir.

Bazar ertəsi axşam sosialistlər, kommunistlər "yaşıllar" vətəndaş cəmiyyətinin ümumi namizədi ilə bağlı razılığa gəliblər. Onun adı Lorans Tubianadır, diplomat iqtisadçıdır, 2015-ci ildə Paris iqlim sazişinin imzalanmasında əsas fiqurlardan biridir.

Lakin onun namizədliyi Jan - Lük Melanşon tərəfindən qurulan solçu ittifaqın əsas partiyası - "Yenilməyən Fransa"(LFI) tərəfindən rədd edilib. Bu partiyanı təmsil edən bəzi millət vəkilləri Tubiananın Fransa Prezidenti Emmanuel Makrona çox yaxın olduğunu iddia edirlər.

Bu gün Fransa Milli Assambleyasının ilk sessiyası açılacaq daha 8 gündən sonra Parisdə Olimpiya Oyunlarına start veriləcək.

Xatırladaq ki, Qabriel Attal növbədənkənar parlament seçkilərindən dərhal sonra prezidentə istefa ərizəsi təqdim edib. Lakin iyulun 8-də Makron onun istefasını qəbul etməyib   daha bir müddət işləməsini istəyib.

 

 

Parisdə hərbi şəhərcik yaradılıb

 

 

Bu günlərdə minlərlə fransız əsgəri Yay Olimpiya Oyunlarının təhlükəsizliyini təmin etmək üçün Parisə gətiriləcək. İki ay ərzində paytaxtda onlar üçün hərbi şəhərcik tikilib.

Bildirilir ki, hərbçilər məşhur fransız marafonçusu,  Melburn Olimpiadasında qalib olmuş Alen Mimunun adını daşıyan yeni tikilmiş "Kapral Alen Mimun" hərbi düşərgəsində yerləşdiriləcək. Onların vəzifəsi Olimpiya Paralimpiya obyektlərini qorumaqdır.

Düşərgə Vencen meşəsi yaxınlığında, olimpiya məkanlarına avtomobillə 30 dəqiqədən az məsafədə yerləşir ki, hərbçilər istənilən vaxt Parisdə onun ətraflarında əməliyyatlara başlaya bilsinlər.

Hərbi düşərgədə təxminən 4500 əsgər olacaq yaxın iki ay yarım orada qalacaq. Onlar üçün dayaqlar üzərində inşa olunmuş hər evdə 15 nəfər yerləşə bilər.

Hərbi bazada yaşayış evləri ilə yanaşı, poliklinika, yeməkxana, habelə açılış mərasimi yarışların izləniləcəyi əməliyyat mərkəzləri var. Bunlar cəmi 65 günə tikilib.

"Kapral Alen Mimun" hərbi düşərgəsinin rəisi Mişel Berje deyir: "Qırx illik hərbi xidmətdə mən heç vaxt belə bir şey görməmişdim. Bu, İkinci Dünya müharibəsindən bəri Parisdə tikilmiş ən böyük düşərgədir".

Qeyd edək ki, yaxın həftələrdə Paris və digər şəhərlərdəki Olimpiya obyektlərini 15 milyon insanın ziyarət edəcəyi gözlənilir.

 

 Rizvan CƏFƏROV,

Azərbaycan.-2024.- 18 iyul (№ 149).- S.12.