Regionda sülhün
bərqərar olması
istiqamətində bütün
danışıqlarda iştirak
etməklə yanaşı,
həmçinin əməli
addımlar atan Azərbaycandan fərqli olaraq Hayastanın "fəaliyyəti" sülhdən
yayındığını açıq-aydın göstərir.
Sülhə doğru bir addım daha irəliləmək üçün Prezident İlham Əliyev rəsmi, qeyri-rəsmi şəkildə görüşlərə
razılıq verərək
Hayastana bunun üçün imkan yaradır. İrəvan isə ona verilən
şansı dəyərləndirə
bilmir.
Avropa Siyasi İcmasının Londonda
keçirilən görüşü
çərçivəsində Hayastanla Azərbaycan arasında görüşün
keçirilməsi nəzərdə
tutulsa da, Paşinyan bundan imtina etdi. O, bununla göstərdi ki, İrəvan sülh istiqamətində
əməli addımlar
atmaq yerinə, hər zamankı kimi sülhpozucu fəaliyyətlə məşğuldur.
Bu isə bir daha təsdiqləyir
ki, Hayastan sülh istəmir.
İndiki mərhələdə
Hayastan iqtisadi, siyasi, geosiyasi və hərbi sferalarda çox çətin duruma düşüb. Hər tərəfdə yaranmış
problemlərin altında
əzilən ölkənin
baş naziri Nikol Paşinyan çıxış yolunu
Qərbə sığınmaqda
görür, onun verdiyi vədlərə güvənir. Hər halda, Paşinyan hakimiyyətinin xarici siyasəti onun konkret seçim etdiyini göstərir.
Bu ölkə Rusiyanın xeyrinə olmayan istiqamətdə israrlı davranmağa çalışır.
Elə bunun nəticəsidir ki, Qərb Hayastanda növbədənkənar parlament
seçkilərinin daha
erkən keçirilməsini
tələb edir. Qeyd edilir ki,
rəsmi dairələrdə
Qərbdən Ermənistanda
növbədənkənar parlament
seçkilərinin keçirilməsi
tələbi ilə bağlı məlumatlar dolaşır. Məlumata görə, Hayastanın hakim Vətəndaş Cəmiyyəti Partiyasının
darçərçivəli iclaslarından birində baş nazir Nikol Paşinyan gələn il seçkilərin keçiriləcəyini
istisna etmədən qısaca olaraq fövqəladə vəziyyət
mövzusuna toxunub. Qəzet yazıb ki, Paşinyan zamanın onun iqtidarının əleyhinə
işlədiyini bilir.
Yeni müxalifət qüvvəsinin formalaşma
ehtimalı artır, ona görə də müxalifəti təəccübləndirmək qərarına gəlib.
Baş nazir Nikol Paşinyan dövlət çevrilişi
təhlükəsinin getdikcə
daha da artdığının
fərqindədir. Ona görə də o, əlində olan bütün inzibati müqavimət resurslarını
hərəkətə gətirib
və revanşistlərin
ölkədə hakimiyyəti
dəyişə bilməyəcəyini
bildirib: "Mən feodal-klerikal elitaya səslənirəm. Siz Hayastanda hakimiyyət dəyişikliyini həyata
keçirə bilməyəcəksiniz.
Çünki siz artıq çox gücsüzsünüz".
"Hraparak" nəşri
isə yazıb ki, Hayastanın hakim "Vətəndaş
Müqaviləsi" Partiyasının
üzvləri məzuniyyətdən
qayıtdıqdan sonra
payız siyasi mövsümünü keçmiş
hakimiyyət nümayəndələrini,
xüsusən də sabiq prezident Robert Koçaryanı məsuliyyətə
cəlb etməklə
açmağı planlaşdırırlar.
Nəşr hakim
partiyaya yaxın mənbələrindən öyrənib
ki, qarşıdan gələn seçkilər
öncəsi keçmiş
talançılar mövzusu
yenidən gündəmə
gətiriləcək və
məhkəmə sistemində
baş verən son qırğınlar, xüsusən də İrəvan Ümumi Yurisdiksiya Məhkəməsinin
hakimi Anna Danibekyanın səlahiyyətlərinin
dayandırılması bununla
bağlıdır.
Bildirilib ki,
"Ali Məhkəmə
Şurası Danibekyanı
"məhkəmə təcrübəmizin
tarixində ən mühüm işlərdən
biri" olan Robert Koçaryanın işini
uğursuz etməkdə
ittiham edib. Hakimiyyətdə düşünürlər
ki, aşağı düşmüş reytinqlərini
az-çox yüksəltmək
şansı Koçaryan
və keçmiş hakimiyyət nümayəndələri
amilini yenidən oynamaqla bağlıdır.
Bununla müharibəni,
məğlubiyyəti və
ondan sonrakı bütün bədbəxtlikləri
keçmiş hakimiyyət
nümayəndələrinə və onların talanlarına yeni, yenilənmiş şəkildə
bağlamağa çalışacaqlar
ki, növbəti seçkilərdə xalqın
səsini qazansınlar.
Göründüyü kimi, sülh müqaviləsini uzatmağa
çalışan Hayastan
tarixinin ən ağır və əzablı günlərini
yaşayır. Hazırda
ölkədə bütün
sahələrdə ciddi
və dərin xaos hökm sürür. Bütövlükdə
proseslərin gedişi
İrəvanı qarşıdakı
dövr ərzində
daha çətin günlərin və qarşıdurmaların gözlədiyini
göstərir.
Elçin CƏFƏROV,
Azərbaycan.-2024.-
19 iyul (№ 150).- S.5.