Azərbaycan
müstəmləkəçilikdən əziyyət çəkən
xalqların azadlıq mübarizəsinin qlobal platformasına
çevrilib
Əlverişli coğrafi
mövqeyi, regional və beynəlxalq nəqliyyat yollarının
üstündə yerləşməsi,
təbii resursları,
iqtisadi və hərbi gücü ilə Cənubi Qafqazın lider dövləti hesab olunan Azərbaycan bu gün həm
də dünyada etibarlı tərəfdaş,
təşəbbüskar dövlət
kimi qəbul olunur. Bunun da
yeganə səbəbi
son
21 ildə Azərbaycanı
tarixinin ən qüdrətli dövlətinə
çevirən İlham
Əliyevin həyata keçirdiyi tam müstəqil siyasətdir.
Azərbaycan
Prezidentinin sözünə və vədinə sadiqliyi, irəli
sürdüyü qlobal təşəbbüsləri ölkəmizin
nüfuzunu və siyasi çəkisini gündən-günə
artırmaqdadır.
Bu gün dünyanın siyasi xəritəsində elə
bir Azərbaycan var ki, onun
dəstəyi olmadan, rəyi nəzərə alınmadan hər hansı regional prosesləri müzakirə
və həll etmək mümkün deyil. İstənilən mövzulu qlobal danışıqların aparıldığı
platformalarda ölkəmiz
mütləq təmsil
olunur və əsas söz sahibi kimi çıxış
edir. Buna görə də Azərbaycanı regionun təhlükəsizlik zəmanəti
adlandırırlar. Aparıcı
dövlətlər ölkəmizin
Cənubi Qafqaz və Xəzər dənizi regionunda əvəzolunmaz tərəfdaş
kimi böyük dəyərə malik olduğunu bəyan edirlər. Bütün bunlar bir daha
təsdiq edir ki, İlham Əliyevin tam müstəqil siyasəti Azərbaycanı müasir
dünyanın yeni çağırışlarına cavab verən ölkəyə çevirib.
Azərbaycan həm
də humanizm prinsiplərinə əsaslanan
siyasət yürütməklə
dünyanı narahat edən qlobal problemlərin həllində
daim aktivlik nümayiş etdirir. Eyni zamanda dünyaya
ədalət çağırışı
edən, dövlətləri
həmrəyliyə, qlobal
problemlərin həllində
mütəşəkkillik göstərməyə
çağıran ölkə
kimi tanınır. Bunu Qoşulmama Hərəkatına sədrliyi
dövründə İlham
Əliyevin irəli sürdüyü qlobal təşəbbüslər, təkliflər
bir daha təsdiq edir. Lakin etiraf etməliyik
ki, Qoşulmama Hərəkatına sədrlikdən
xeyli öncə də Azərbaycan dünyaya cağırış
edərək tarixi ədalətin bərpa edilməsini istəyirdi. Yəni keçmiş Dağlıq Qarabağ münaqişəsinin sülh
yolu ilə həll olunması üçün ölkəmiz
30 il beynəlxalq təşkilatlara yorulmadan
müraciət etdi, onlardan müsbət cavab gözlədi. Amma tarix göstərdi
ki, ədalət yalnız gücdədir və gücün varsa, ədalət sənin yanında olacaq.
2020-ci ildə BMT-nin
illər öncə qəbul etdiyi qətnamələri öz
gücünə reallığa
çevirən Azərbaycan
tarixi ədaləti bərpa edəndə dünyaya böyük səs-küy düşdü.
Amma Azərbaycan dünyaya göstərdi ki, heç bir ölkənin ərazisində gözü
yoxdur, yalnız öz qanuni torpaqlarını terrorçulardan
təmizləyir. İkinci
Qarabağ müharibəsi
başa çatdıqdan
sonra isə regionda yaranan reallıqlar hər kəs tərəfindən
qəbul edildi. Çünki Azərbaycan
regiona sülh gətirdi, təhlükəsizliyin
təmin olunması üçün ortaya güc qoydu.
Bu gün də Azərbaycan xoşməramlı missiyasını
davam etdirməkdədir.
Dünya birliyindən
ədalət istəyən,
hansısa dövlətlərin
müstəmləkəçiliyində əzilmək istəməyən,
haqlarını tələb
edən bəzi ölkələrə hərtərəfli
dəstək göstərməklə
onlara sahib çıxır.
Elə Azərbaycanın
sədrlik etdiyi Qoşulmama Hərəkatının
Əlaqələndirmə Bürosunun
nazirlər toplantısı
çərçivəsində
2023-cü il iyulun 6-da
yaradılan Bakı Təşəbbüs Qrupunun
fəaliyyəti də
bunun əyani göstəricisidir. Bakı
Təşəbbüs Qrupu
artıq bir ildir ki, müstəmləkəçilikdən
əziyyət çəkən
xalqların azadlıq
uğrunda apardıqları
ədalətli mübarizəyə
dəstək verir. Bu xüsusda, BTQ tərəfindən artıq
15-dək beynəlxalq konfrans
təşkil edilib. Onlardan 4-ü BMT-nin Nyu York, Cenevrə və Vyanadakı qərargahlarında, biri İstanbulda, digərləri
isə Bakıda təşkil olunub.
Fransa müstəmləkəçiliyindən
əziyyət çəkən
Korsika, Melaneziya, Polineziya, Karib və Antil adalar
qrupundan olan 15-dən çox siyasi partiya və müstəqillik hərəkatlarının
rəhbər şəxslərinin
iştirakı ilə
iyulun 17-18-də Bakıda
keçirilən ilk qurultay müstəqillik hərəkatlarının tarixində
ilk dəfə təşkil olunub.
Çünki müasir
dövrdə bu cür genişmiqyaslı tədbirlər nadir hallarda baş tutur. Qvadelupanın Azadlığı Naminə
Xalq Birliyinin təşkilatçılığı və Bakı Təşəbbüs Qrupunun
dəstəyi ilə keçirilən bu toplantı bir daha sübut edir ki, Bakı
artıq müstəmləkəçiliklə
mübarizə fəaliyyətlərinin
və dekolonizasiya proseslərinin mərkəzinə
çevrilib. İlk qurultay koloniyalarda Fransa hökuməti tərəfindən bu ərazilərin sahibləri
olan yerli xalqlara qarşı törədilən çoxsaylı
cinayətlər və
qeyri-qanuni hərəkətlər
barədə beynəlxalq
ictimaiyyətin məlumatlılığının
artırılmasına, ümumilikdə
XXI əsrin bəlalarından
biri olan kolonializm probleminə diqqət çəkməyə
töhfə verəcək.
Bütün bunlar
İlham Əliyevin həyata keçirdiyi humanizm siyasətinin tərkib hissəsidir. Qoşulmama Hərakatına
sədrlik zamanı bir çox qlobal miqyaslı təşəbbüslər irəli
sürən və onların əksəriyyətini
reallığa çevirən
Azərbaycan hazırda
mötəbər tədbir
olan BMT-nin İqlim Dəyişmələri
üzrə Çərçivə
Konvensiyasının Tərəflər
Konfransının 29-cu (COP29) sessiyasına hazırlaşır.
Prezident İlham
Əliyevin söylədiyi
kimi, Azərbaycan COP29
zamanı inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpü yaratmaq və konsensusa nail olmaq üçün səylərini əsirgəməyəcək.
Bu mötəbər toplantıda bir daha ölkəmizdən dünyaya həmrəylik çağırışı ediləcək.
Bir sözlə,
artan nüfuz, güc, iqtisadi qüdrət Azərbaycanı
həm də müstəmləkəçilikdən əziyyət çəkən
xalqların azadlıq
mübarizəsinin qlobal
platformasına çevirib
desək, yanılmarıq.
Bütün bunlar isə İlham Əliyevin yürütdüyü
mütərəqqi siyasətin
tərkib hissəsidir.
Rəşad
BAXŞƏLİYEV,
Azərbaycan.-2024.-
19 iyul (№ 150).- S.5.