İqlim
dəyişmələrinin qarşısını almaq
mümkündür
Dünya ictimaiyyətini
bu gün iqlim dəyişmələri olduqca
narahat edir. Mütəxəssislərin rəyinə görə, iqlim dəyişmələrinin fəsadları
müharibələrin törətdiyi dağıntı
və fəlakətlərin
həcminə bərabərdir.
Mövcud vəziyyətin
daha böyük faciələrə yol açmaması üçün
dövlətlərlə bərabər,
elm xadimləri, alimlər də əsaslı fəaliyyətə
başlayıblar.
Alimlərin əksəriyyəti
qlobal istiləşmənin
insan fəaliyyəti nəticəsində əmələ
gəlməsinə şübhə
etmir. Amma elmi araşdırmalara skeptik, yəni şübhə ilə yanaşanlar da var. Onlar iqlim
dəyişmələrinin reallığına ya inanmır, ya da bu halı
təbii proseslərin
nəticəsi hesab edirlər. Beynəlxalq təqiqatçılar komandasının
araşdırmalarının nəticələrinə görə,
qlobal istiləşmənin
antropogen təbiətinin
sübutu elmi idrakın "qızıl
standartı"na yaxınlaşır.
Yalnız milyonda bir şans var
ki, o da yanlış fərziyyədir.
Bu nəticə Yer kürəsi səthinin temperaturu barədə onilliklər boyu alınan peyk məlumatlarının
təhlili zamanı əldə olunub. Onlardan ikisinin "qızıl standart"a
2005-ci ildə, üçüncünün
isə 2016-cı ildə
çatması müəyyən
edilib.
2013-cü ildə iqlim
dəyişmələri üzrə
hökümətlərarası ekspertlər qrupu belə nəticəyə
gəlib ki, qlobal istiləşmə ən azı 95 faiz ehtimalla insan əli ilə baş verir. Alimlər ümid edirdilər ki, iqlim dəyişmələrinə
qarşı mübarizədə
dünya dövlətlərini
həmin mövqeyi dəstəkləməyə məcbur
edəcəklər. Yerdən
çıxarılan yanacaqdan
imtina etməklə istixana qazlarının tullantılarını əhəmiyyətli
dərəcədə azaldan
inkişaf etmiş ölkələrin təcrübəsi
alimlərin mövqeyi
ilə üst-üstə
düşür. Deməli,
iqlim dəyişmələrinin
qarşısını almağa
bəşəriyyətin imkanları
var.
BMT-nin İqlim
Dəyişmələri üzrə
Çərçivə Konvensiyasına
qoşulan 190-dan çox
dövlət
məhz bu proseslərdən əziyyət
çəkən ölkələrdir.
Həmin dövlətlər
müxtəlif konfrans
və seminarlar keçirərək "yaşıl
enerji"yə keçidin
reallaşmasına və
atmosferə karbon qazının atılmasının
azaldılmasına çalışırlar.
Bu tədbirlər
arasında konvensiya tərəfdarlarının konfransı
(Conference of the Parties (COP) xüsusilə əhəmiyyətlidir. Sayına
görə 29-cu konfrans
(COP29) cari ilin noyabr ayında Bakıda keçiriləcək
və bu tədbir ölkəmiz üçün mühüm
xarakter daşıyır.
Bakının
belə bir möhtəşəm tədbirin
keçirilməsi üçün
seçilməsi təsadüfi
deyil. Neft-qaz ölkəsi olan Azərbaycan "yaşıl
enerji"yə keçid
istiqamətində kifayət
qədər addım atıb və atmaqdadır. İqlim dəyişmələrinin qarşısının
alınması ilk növbədə
istixana effektini törədən qazların
atmosferə buraxılmasını
ya sıfır səviyyəsinə endirilməsini,
ya da əhəmiyyətli
dərəcədə azaldılmasını
tələb edir. Bu isə öz növbəsində
bərpaolunmayan enerji
mənbələrindən (kömür, neft, qaz, torf, müxtəlif
növ bitumlar və s.) bərpaolunan enerjiyə (günəş,
külək, su axarları və s.) keçmək deməkdir.
Alimlərin əksəriyyətinin
fikrincə, qlobal istiləşmə Yer planetində
antropogen fəaliyyət
nəticəsində orta
temperaturun uzun müddət (əsrlərlə)
tədricən yüksəlməsi
hesabına baş verir. 1850-ci ildən başlayaraq hər yeni onillikdə temperaturun əvvəlki onillikdən
yüksək olduğu
göstərilir. 1750-1800-cü illər ərzində orta qlobal temperatur
0,8-1,20C, sonrakı XXI əsrə qədərki dövrdə
təxminən 0,3-1,70C artması
qeyd edilir ki, bunun da əsasən istixana qazları hesabına baş verdiyi göstərilir.
Bəs, istixana
qazları nə deməkdir, hansı zamandan elm aləminə məlum olub? Tibb üzrə fəlsəfə doktoru, Azərbaycan Tibb Universitetinin dosenti Şahalı Səmədov
sualın cavabını
belə açıqlayır:
"İstixana effekti
ilk dəfə 1824-cü ildə
Jozef Furye, bu effekti yaradan
qazlar isə
1896-cı ildə Svante Arrenius
tərəfindən öyrənilib.
İstixana effektini təxminən
36-37 faiz su buxarları (buludlar nəzərə alınmadan), 9-26 faiz karbon qazı , 4-9 faiz metan və 3-7 faiz ozon yaradır. Günəş radiasiyasının
Yer səthini isitməsi
hesabına oradan ayrılan infraqırmızı şüalar
yenidən kosmosa doğru istiqamət götürən zaman havadakı
istixana qazları onları udur və troposferin yer səthinə yaxın hissəsinin temperaturunun yüksəlməsinə
səbəb olur. İstixana qazlarının
təxminən yarısı
insanın təsərrüfat
fəaliyyəti nəticəsində
yaranır və atmosferə qarışır.
Yüksək temperatur
ürək-damar sistemi
və tənəffüs
orqanları patologiyası
olanlarda, xüsusən
yaşlı insanlar arasında böyük təhlükə riski yaradır".
Massaçusets Texnologiya
İnstitutunun (MIT) əməkdaşlarının
araşdırmaları isə
bir qədər ümidvericidir. Planetimizin tarixində dəfələrlə ciddi
iqlim kataklizmləri baş versə də, Yer kürəsi
salamat qalıb. MIT-ın
əməkdaşları bunun
sirrini aydınlaşdırıblar.
Məlum olub ki, bizim planetdə "əks əlaqəni sabitləşdirən" bir
mexanizm var. Bu mexanizm yüz min illər ərzində ekstremal iqlim dəyişmələrini
tarazlaşdırır və
bütün dünyada
temperaturu həyat üçün münasib
normaya qaytarır. Onlar son 66 milyon il ərzində orta qlobal temperatur
haqqında paleoiqlim məlumatlarını təhlil
ediblər. Həmin məlumatların riyazi analizi nəticəsində
maraqlı bir qanunauyğunluq aşkar edilib: Yer kürəsinin temperatur dəyişmələri
yüz min illər ərzində tarazlaşır.
Ekspertlər daha əvvəl müşahidə
ediblər ki, Yer kürəsinin
karbon tsiklində iqlimi sabitləşdirə
biləcək bir naməlum effekt var. Alimlər həmin effektin də təbiətini tədqiq ediblər. Qədim dağ süxurlarının
kimyəvi analizi göstərib ki, hətta
ciddi temperatur dəyişmələri zamanı
da planetimizin ətraf mühitində karbonun miqdarı kifayət qədər sabit qalır.
Deməli, Yer planetini
tamamilə yox etmək insan qüdrətində deyil.
Amma iqlim dəyişmələrinin fəsadlarını
aradan qaldırmaq insan oğlunun əlindədir.
Son zamanlar davamlı ekstremal istiləri doğuran səbəblər,
iqlim dəyişmələrinə
təsir edən təbii və antropogen amillər, iqlim və hava
məfhumlarının fərqli
coğrafi izahları,
biomüxtəliflik, o cümlədən
iqlimin məhsulu olan səth və yeraltı suların formalaşma xüsusiyyətləri, su
çatışmazlığı, onun həlli imkanları və s. üzərində çalışan
elm adamları iqlim kataklizmlərini bəşəriyyətin
üzləşdiyi ən
böyük problem adlandırırlar.
AMEA-nın
Həsən Əliyev adına Coğrafiya İnstitutunun aparıcı
elmi işçisi, coğrafiya elmləri doktoru, professor Rza Mahmudovun dediyinə görə, bu gün iqlim dəyişmələrinin tədqiqi,
onun ətraf mühitə, o cümlədən
çay, su ehtiyatlarına təsirinin
öyrənilməsi Azərbaycan ərazisi və onun iqtisadiyyatı
üçün vacib
məsələyə çevrilib.
Azərbaycan
ərazisində regional iqlim dəyişmələrinin
təsirindən müxtəlif
növ təbii fəlakətlərin
baş verməsi
mümkündür. Bunlar
sel, daşqın, subasma, güclü külək, qasırğa,
dolu-leysan hadisələrinin
təsiri, Xəzər dənizinin səviyyə tərəddüdü,
arid iqlim zonasında səhralaşma prosesi, meşə yanğınları,
torpaqların erroziyası,
şoranlaşma və
s. proseslərdən yaranan təbii fəlakətlərdir.
Məhz bu fəlakətlər daha da
artmasın deyə hər il bir ölkədə düzənlənən COP tədbirləri
zamanı dünya liderləri irəliləyişləri
qiymətləndirmək və
iqlim dəyişmələri
ilə mübarizədə
ən yaxşı həll yolları barədə müzakirələr
aparmaq məqsədilə
bir araya gəlirlər. Təbii
ki, bu məsələdə elmi ictimaiyyətin də rəyi nəzərə alınır.
Züleyxa ƏLİYEVA,
Azərbaycan.-2024.-
19 iyul (¹ 150).- S.9.