Azərbaycan
Prezidenti İlham Əliyev Oksfordda Lüksemburqun Baş naziri
Lyuk Friden ilə görüşüb
Azərbaycanla
hər yerdə hesablaşırlar
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev iyulun 18-də
Oksfordda qarşı tərəfin müraciətinə əsasən
Lüksemburq Böyük Hersoqluğunun Baş naziri Lyuk Friden
ilə görüşüb.
AZƏRTAC xəbər
verir ki, görüşdə ölkələrimiz arasında
ikitərəfli əlaqələr müzakirə olundu.
Lüksemburqun
Baş naziri Azərbaycan və region haqqında daha çox məlumatın
əldə edilməsinin və regionun sabitliyinin ölkəsi
üçün vacibliyini bir daha vurğuladı. O,
Lüksemburqun regional siyasətinin balanslı xarakter
daşıdığını diqqətə
çatdırdı.
Dövlətimizin
başçısı regional proseslər barədə məlumat
verərək bölgəyə münasibətdə
balanslı siyasətin və bütün tərəflərin
mövqeyinə hörmətlə yanaşılmasının
önəmini qeyd etdi.
Görüşdə
ölkələrimiz arasında ikitərəfli münasibətlərə
toxunularaq, qarşılıqlı hörmət və etimad əsasında
əlaqələrimizin inkişaf etdirilməsi
üçün böyük perspektivlərin olduğu
vurğulandı.
Azərbaycan
ilə Lüksemburq arasında yüksək texnologiyalar, səhiyyə,
investisiyalar, nəqliyyat daşımaları və digər sahələrdə
əməkdaşlıq məsələləri ilə
bağlı fikir mübadiləsi aparıldı.
Söhbət
zamanı Azərbaycanın Avropa İttifaqı və
İttifaqa üzv ölkələr ilə çox yaxın əlaqələrə
malik olduğu qeyd edildi. Avropa Siyasi Birliyi platformasının
müzakirələrin aparılması üçün vacib məkan
olduğu bildirildi.
Görüşdə
Azərbaycanın COP29-a ev sahibliyi etməsinin əhəmiyyəti
vurğulandı.
Lüksemburqun
Baş naziri bu tədbirdə iştirak etmək niyyətində
olduğunu diqqətə çatdırdı.
Azərbaycan.-2024.-
19 iyul (№ 150).- S.2.