Prezident
İlham Əliyev Oksfordda İsveçrə Prezidenti Viola
Amherd ilə söhbət edib
Azərbaycanla
hər yerdə hesablaşırlar
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev iyulun 18-də
“Avropa Siyasi Birliyi” 4-cü Zirvə toplantısı çərçivəsində
İsveçrə Konfederasiyasının Prezidenti Viola Amherd
ilə söhbət edib.
AZƏRTAC xəbər
verir ki, söhbət zamanı Azərbaycan ilə
İsveçrə arasında ikitərəfli münasibətlər
və regional sülh gündəliyinin inkişaf etdirilməsi
ilə bağlı fikir mübadiləsi aparıldı.
İsveçrə
şirkətlərinin Azərbaycanın işğaldan azad
edilmiş ərazilərində bərpa-quruculuq işlərinə
töhfəsi müzakirə olundu.
Söhbət
zamanı COP29 və iqlim dəyişmələri ətrafında
fikir mübadiləsi aparıldı.
Azərbaycan.-
2024.- 19 iyul (¹ 150).- S.2.