Azərbaycan
Prezidenti İlham Əliyev Macarıstanın Baş naziri Viktor
Orban ilə söhbət edib
Azərbaycanla
hər yerdə hesablaşırlar
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev iyulun 18-də
“Avropa Siyasi Birliyi” 4-cü Zirvə toplantısı çərçivəsində
Macarıstanın Baş naziri Viktor Orban ilə söhbət
edib.
AZƏRTAC xəbər
verir ki, dostluq şəraitində keçən söhbət
zamanı ölkələrimiz arasında ikitərəfli
münasibətlər və əməkdaşlıqla
bağlı məsələlər müzakirə olundu.
Macarıstanın
Baş nazirinin Türk Dövlətləri Təşkilatının
Dövlət başçılarının qeyri-rəsmi Zirvə
görüşündə iştirak etmək
üçün Şuşaya səfəri və bu çərçivədə
keçirilən görüşlər məmnunluqla
xatırlandı.
Azərbaycan
Prezidenti digər dövlət başçıları və
Sammit iştirakçıları ilə də söhbət
etdi.
Azərbaycan.-2024.-
19 iyul (¹ 150).- S.2.