Azərbaycan
Prezidenti İlham Əliyev Oksfordda Litva Prezidenti Gitanas Nauseda ilə
görüşüb
Azərbaycanla
hər yerdə hesablaşırlar
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev iyulun 18-də
Oksfordda qarşı tərəfin müraciətinə əsasən
Litva Respublikasının Prezidenti Gitanas Nauseda ilə
görüşüb.
AZƏRTAC xəbər
verir ki, görüşdə ölkələrimiz arasında
ikitərəfli münasibətlərin inkişaf perspektivləri
müzakirə olundu.
COP29-un
keçirilməsi münasibətilə Prezident İlham
Əliyevi təbrik edən Litva Prezidenti bu tədbirə dəvətə
görə təşəkkürünü bildirdi və
Bakıda COP29 çərçivəsində dövlətimizin
başçısı ilə görüşəcəklərini
vurğuladı.
Gitanas Nauseda
Azərbaycana rəsmi səfərini və səfər
zamanı müzakirə olunmuş məsələləri məmnunluqla
xatırladı.
Söhbət
zamanı regional sülh gündəliyi və Azərbaycan-Avropa
İttifaqı əlaqələri barədə fikir mübadiləsi
aparıldı.
Dövlətimizin
başçısı Böyük Britaniya tərəfinin
Münxen Təhlükəsizlik Konfransı formatında
olduğu kimi, Ermənistanla Azərbaycan arasında
görüşün keçirilməsi barədə təklifinin
Ermənistan tərəfindən müsbət
cavablandırılmamasını təəssüflə
vurğuladı.
Azərbaycan.-2024.-
19 iyul (№ 150).- S.3.