Azərbaycan
Prezidenti İlham Əliyev Oksfordda Finlandiya Prezidenti Aleksandr
Stubb ilə görüşüb
Azərbaycanla
hər yerdə hesablaşırlar
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev iyulun 18-də
Oksfordda qarşı tərəfin müraciətinə əsasən
Finlandiya Respublikasının Prezidenti Aleksandr Stubb ilə
görüşüb.
AZƏRTAC xəbər
verir ki, görüşdə Finlandiya Prezidenti ATƏT-in fəaliyyətdə
olan sədri qismində regiona səfərini və bu
yaxınlarda dövlətimizin başçısı ilə
telefon danışığını məmnunluqla
xatırladı, bu telefon danışığı əsnasında
müzakirə olunan məsələləri qeyd etdi.
Söhbət
zamanı Azərbaycanla Finlandiya arasında ikitərəfli
münasibətlərin perspektivlərinə dair fikir
mübadiləsi aparıldı.
Ermənistanla
Azərbaycan arasında sülh gündəliyi ilə əlaqədar
məsələlərə toxunuldu.
Dövlətimizin
başçısı sülh gündəliyinin irəli
aparılması və sülh müqaviləsinin imzalanması
üçün Ermənistanın Konstitusiyasında
müvafiq dəyişikliklərin edilməsinin vacibliyini bir
daha vurğuladı.
Görüşdə
Avropanın enerji təhlükəsizliyi məsələləri
müzakirə olundu.
Finlandiya
Prezidenti böyükmiqyaslı tədbir olan COP29-un ölkəmizdə
keçirilməsi münasibətilə dövlətimizin
başçısını təbrik etdi. Aleksandr Stubb bu tədbirdə məmnuniyyətlə iştirak
edəcəyini deyərək,
onun təşkilində
Azərbaycana uğurlar
arzuladı.
Prezident İlham
Əliyev Münxen Təhlükəsizlik Konfransı
formatında olduğu
kimi, Ermənistanla Azərbaycan arasında görüşün keçirilməsi
barədə Böyük
Britaniyanın təklifinin
Ermənistan tərəfindən
müsbət cavablandırılmamasının
təəccüb doğurduğunu
bildirdi, bunun başadüşülən olmadığını
təəssüflə qeyd
etdi.
Azərbaycan.-2024.-
19 iyul (№ 150).- S.3.