Azərbaycan
Prezidenti İlham Əliyev Oksfordda Almaniyanın Kansleri Olaf
Şolts ilə görüşüb
Azərbaycanla
hər yerdə hesablaşırlar
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev iyulun 18-də
Oksfordda qarşı tərəfin müraciətinə əsasən
Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə
görüşüb.
AZƏRTAC xəbər
verir ki, söhbət zamanı Prezident İlham Əliyevin bu
ilin aprelində Almaniyanın paytaxtı Berlində keçirilən
“15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli
Seqmentində iştirakı məmnunluqla xatırlandı, bu
çərçivədə Olaf Şolts ilə
keçirilmiş görüş və müzakirə olunan məsələlər
bir daha vurğulandı.
Almaniya
Kansleri Ermənistan ilə Azərbaycan arasında sülh
gündəliyini dəstəklədiyini diqqətə
çatdırdı. Münxen Təhlükəsizlik
Konfransı çərçivəsində Almaniya Kanslerinin təşəbbüsü
ilə Azərbaycan Prezidentinin Kansler Olaf Şolts və Ermənistanın
baş naziri Nikol Paşinyan ilə keçirilmiş birgə
görüşünün vacibliyi bildirildi.
Bunun
ardınca Almaniya tərəfinin dəstəyi və ev
sahibliyi ilə Azərbaycanın və Ermənistanın xarici
işlər nazirlərinin görüşünün
keçirildiyi qeyd olundu.
Dövlətimizin
başçısı Ermənistan ilə Azərbaycan
arasında danışıqlar prosesinin tərkib hissəsi
kimi sərhədlərin delimitasiyası və demarkasiyası
istiqamətində əldə olunmuş uğurları
xüsusi qeyd etdi, delimitasiya prosesi ilə əlaqədar sənədlərin
razılaşdırıldığını və prosesin bu
xətt üzrə davam edəcəyini bildirdi.
Prezident
İlham Əliyev qeyd etdi ki, Azərbaycan sülh gündəliyini,
sülh müqaviləsinin tezliklə imzalanmasını və
sülh prosesini dəstəkləyir. Amma
bunun üçün,
ilk növbədə,
Ermənistanın konstitusiyasında
Azərbaycanın ərazi
bütövlüyünə qarşı iddialar və Azərbaycanın Qarabağ regionunun Ermənistanla birləşməsini
nəzərdə tutan
müddəalar dəyişdirilməli,
konstitusional əsasda Ermənistanın Azərbaycana
qarşı ərazi iddialarına son qoyulmalıdır.
Azərbaycan və
Ermənistan xarici işlər nazirlərinin
Vaşinqtonda ABŞ Dövlət
katibi Antoni Blinkenin dəstəyi ilə keçirilmiş görüşündə də
bu məsələlərin
müzakirə olunduğu
vurğulandı.
Görüşdə COP29-la əlaqədar hazırlıq
prosesi müzakirə olundu. Azərbaycan ilə Almaniyanın bu sahədəki əməkdaşlığı təqdir edildi və yüksək qiymətləndirildi.
Dövlətimizin başçısı
vurğuladı ki, Azərbaycan COP29-la əlaqədar
dünya ölkələri,
xüsusilə Qlobal Cənub və Qlobal Şimal arasında konsensusun qurulması, həmrəyliyin
artırılması istiqamətində
səylərini bundan sonra da davam
etdirəcək.
Söhbət zamanı
Azərbaycanın Avropanın
enerji təhlükəsizliyinə
verdiyi töhfə yüksək qiymətləndirildi.
Almaniya ilə Azərbaycan arasında ikitərəfli əlaqələrin
müxtəlif aspektlərinə
dair fikir mübadiləsi aparıldı
və qarşılıqlı
maraq doğuran məsələlər müzakirə
olundu.
Azərbaycan.-2024.-
19 iyul (¹ 150).- S.4.