Britaniyanın
xarici işlər üzrə dövlət katibi Azərbaycan tərəfindən sülh
prosesi ilə bağlı atılan addımlar barədə məlumatlandırılıb
İyulun 18-də Birləşmiş
Krallığın Vudstok
şəhərində keçirilən
“Avropa Siyasi Birliyi” Sammiti çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Krallığın xarici işlər, birlik və inkişaf məsələləri
üzrə dövlət
katibi Devid Lemmi arasında görüş keçirilib.
Xarici
İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən
AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycanla
Birləşmiş Krallıq arasında strateji tərəfdaşlıq
əlaqələrinin müxtəlif aspektləri və
perspektivləri, regional və beynəlxalq gündəliyin
qarşılıqlı maraq doğuran məsələləri,
eləcə də Azərbaycan-Ermənistan normallaşma
prosesinin cari vəziyyəti müzakirə edilib.
Azərbaycan
ilə Birləşmiş Krallıq arasında bütün
sahələrdə, xüsusilə də energetika, təhsil,
humanitar əlaqələr kimi istiqamətlərdə
qarşılıqlı faydalı əməkdaşlığın
olduğu, ölkəmizin mühüm ticarət tərəfdaşı
kimi xüsusi əhəmiyyəti vurğulanıb. Birləşmiş Krallığın
şirkətlərinin Azərbaycan
iqtisadiyyatının istər
neft, istərsə də qeyri-neft sektorunda uğurla fəaliyyət göstərdiyi,
iqtisadi əməkdaşlığın
daha da dərinləşməsi
üçün geniş
imkanların mövcud
olduğu bildirilib.
Bununla yanaşı,
ölkələrimiz arasında
“yaşıl enerji” sahəsində əməkdaşlıq
məsələləri nəzərdən
keçirilib, bu sahədə Azərbaycanla
əməkdaşlıq üçün
geniş perspektivlər
təqdir olunub. Azərbaycanın BMT-nin İqlim Dəyişmələri
üzrə Çərçivə
Konvensiyasının Tərəflər
Konfransının 29-cu sessiyasına
(COP29) sədrliyinin mövcud
əməkdaşlıq gündəliyində
iqlim fəaliyyəti istiqamətinin gücləndirilməsinə
töhfə verə biləcəyi qeyd edilib.
Azərbaycanın üzləşdiyi
mina təhdidi nəzərə alınaraq,
humanitar minatəmizləmə
sahəsində ölkəmizə
dəstəyin əhəmiyyəti
vurğulanıb.
Söhbət zamanı
tərəflər iki
ölkə arasında
mövcud dialoq, qarşılıqlı səfərlər
və təmasların,
o cümlədən siyasi
məsləhətləşmələrin
münasibətlərin inkişafına
mühüm töhfə
verdiyini bildiriblər.
Nazir Ceyhun Bayramov bölgədə mövcud olan cari vəziyyət, o cümlədən Azərbaycan
tərəfindən sülh
prosesi ilə bağlı atılan addımlar, ölkəmizin
Ermənistanla münasibətlərin
normallaşması ilə
bağlı mövqeyi,
azad olunmuş ərazilərdə həyata
keçirilən bərpa
və yenidənqurma işləri barədə
məlumat verib. Ermənistanla danışıqlarda
sülh sazişi mətni üzrə əhəmiyyətli irəliləyişə
baxmayaraq, Ermənistan
konstitusiyasında və
qanunvericilik aktlarında
ölkəmizin ərazi
bütövlüyü və
suverenliyinə qarşı
davam edən iddiaların sülh prosesində əsas maneə olduğu diqqətə çatdırılıb.
“Avropa Siyasi Birliyi” Sammiti çərçivəsində Birləşmiş Krallığın
Baş nazirinin təşəbbüsü və
iştirakı ilə
Azərbaycan və Ermənistan liderləri arasında görüşün
keçirilməsi üçün
səy göstərilməsinə
görə nazir Ceyhun Bayramov tərəfindən təşəkkür
ifadə olunub, məhz Ermənistan tərəfindən imtina səbəbinə görə
bu görüşün
baş tutmamasının
sülh prosesinə töhfə vermədiyi qeyd edilib.
Görüşdə, həmçinin qarşılıqlı
maraq doğuran digər ikitərəfli və regional məsələlər üzrə
fikir mübadiləsi aparılıb.
Azərbaycan.-2024.-
19 iyul (¹ 150).- S.4.