Hikmət Hacıyev: "Paşinyanın Londonda İlham Əliyevlə görüşdən imtinasını sülh gündəliyindən geri çəkilmək kimi qiymətləndiririk"

 

 

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev "Report"un sualını cavablandırıb:

- Hikmət müəllim, Avropa Siyasi İcmasının Londonda keçirilən görüşü çərçivəsində Ermənistanla Azərbaycan arasında görüşün keçirilməsi nəzərdə tutulurdu. Bu, baş tutacaqmı?

- Avropa Siyasi İcmasına evsahibliyi edən Böyük Britaniya tərəfindən belə bir görüşün keçirilməsi təklifi ilə çıxış edilmişdir bunun Münxen Təhlükəsizlik Konfransında Azərbaycan Respublikasının Prezidenti Ermənistanın baş naziri arasında baş tutmuş görüş formatında olması təklif olunurdu. Belə ki, Münxen Təhlükəsizlik Konfransında da Almaniyanın kansleri Olaf Şolts görüşün əvvəlində iştirak etmiş bundan sonra görüş ikitərəfli formatda Azərbaycan Ermənistan arasında davam etmişdi. Böyük Britaniya tərəfindən ev sahibi olaraq eyni formatlı görüş təklif olunurdu.

Amma Ermənistan tərəfi bundan imtina etdi. Belə ki, görüşün əvvəlində Britaniya Baş nazirinin iştirakı, sonra isə görüşün Azərbaycan Ermənistan arasında davam etməsi formatında olmalı idi. Ermənistanın bu görüşdən imtina etməsini biz onun dialoqdan sülh gündəliyinin irəli aparılmasından geri çəkilmək niyyətinin bir təzahürü kimi qiymətləndiririk.

Müxtəlif platformalarda Ermənistan sülh haqqında danışdığı halda sülh gündəliyinin irəli aparılmasına xidmət edən görüşdən imtina etməsi heç bir halda başadüşülən deyildir beynəlxalq ictimaiyyət özü bunu dəyərləndirməlidir ki, Ermənistan, əslində, dialoq imkanlarını qiymətləndirmək, irəli aparmaq əvəzinə bundan imtina edir. Biz Böyük Britaniyanın belə bir sülh təşəbbüslüyünü öz tərəfimizdən yüksək qiymətləndiririk.

 

Azərbaycan.-2024.- 19 iyul (№ 150).- S.4.