Bakıda
Beynəlxalq Azadlıq
Cəbhəsinin yaradılması
ilə bağlı Bəyannamə imzalanıb
Məlumat verildiyi
kimi, Qvadelupanın Azadlığı naminə
Xalq Birliyinin Bakı Təşəbbüs
Qrupunun dəstəyi ilə Fransa təşkilatçılığı müstəmləkəçiliyindən əziyyət çəkən
Korsika, Melaneziya, Polineziya, Karib və Antil adalar
qrupundan olan 20-yə yaxın siyasi partiya və müstəqillik hərəkatlarının
rəhbər şəxslərinin
iştirakı ilə
iyulun 17-18-də Bakıda
birinci Qurultay keçirilib.
AZƏRTAC xəbər
verir ki, iki gün davam edən qapalı müzakirələrin
yekunu kimi Fransa koloniyalarında müstəqillik uğrunda
mübarizə aparan siyasi partiya və hərəkatların rəhbər
şəxsləri vahid cəbhənin - Fransa
Koloniyalarının Beynəlxalq Azadlıq Cəbhəsinin
yaradılmasına dair razılığa gəliblər.
Qurultayda
iştirak edən 17 Fransa və Niderland koloniyalarının səlahiyyətli
rəsmiləri Beynəlxalq Azadlıq Cəbhəsinin
yaradılması haqqında yekun Bəyannaməni
imzaladılar. Həmçinin iştirakçılar Cəbhənin
Nizamnaməsini təsdiqlədilər.
Bəyannamədə ölkəmizin dekolonizasiya
prosesindəki vacib rolu, habelə Bakı Təşəbbüs
Qrupunun müstəmləkə
ərazilərinin azadlığı
uğrunda apardığı
mübarizəyə verdiyi
dəstək və sadiqlik xüsusi vurğulanıb və Azərbaycana minnətdarlıq
ifadə olunub.
Sənəddə Fransa
kolonializminin irqçi
və repressiv siyasəti pislənilib, bu xüsusda Yeni Kaledoniya və digər müstəmləkə ərazilərində
Fransa hökuməti tərəfindən həyata
keçirilən cinayətlər
kəskin qınanılıb.
Beynəlxalq Azadlıq
Cəbhəsinin yaradılması
Fransa müstəmləkəçiliyinə
qarşı mərkəzləşdirilmiş
platformanın, vahid çətirin yaradılması
deməkdir. Qurultay iştirakçıları müstəqillik
uğrunda mübarizədə
daha sıx təşkilatlanma, habelə
Fransa kolonializminə qalib gələrək müstəqillik əldə
etmək yolunda fəaliyyətlərinin əlaqələndirilməsinə
qərar veriblər.
Hazırda müstəmləkə
altında yaşayan digər ərazilər üçün üzvlüyə
açıq olacaq Cəbhə Fransa koloniyalarının dekolonizasiya
prosesində səylərini
birləşdirməyə və
öz müqəddəratlarını
təyin etmə məsələlərini dünya
ictimaiyyətinə dolğun
şəkildə çatdırmaq
məqsədi daşıyır.
Bundan başqa, Cəbhənin gələcək
fəaliyyətinə müstəmləkəçiliyin
aradan qaldırılmasına
dair strategiyanın, o cümlədən Fəaliyyət
Planının və gündəliyinin hazırlanması
və beynəlxalq təşkilatlara təqdim
edilməsi kimi məsələlər daxildir.
Qeyd edək ki, Fransa Koloniyalarının
Qurultayının keçirilməsi
məhz Azərbaycanın
Qoşulmama Hərəkatına
sədrliyi dövründə
lokomotiv rolunu üzərinə götürərək
dekolonizasiya prosesinə verdiyi töhfələr nəticəsində
mümkün olub.
Xatırladaq ki,
Bakı Təşəbbüs
Qrupu Fransa müstəmləkələrinin azadlıq uğrunda ədalətli mübarizəsinə
dəstəyini davam etdirir.
Azərbaycan.-2024.-
19 iyul (№ 150).- S.6.