Jan-Jakob BİSEP: "Fransa bəşəriyyətə qarşı cinayətlər üzrə "çempiondur"

 

 

"Biz siyasi qurumlar, təşkilatlar olaraq əlimizdən gələni edəcəyik ki, öz mübarizəmizdə irəliləyək. Ölkəmizə geri qayıdanda mübarizəmizi özümüz aparacağıq. Hamımızın istədiyi ölkəmizin müstəqilliyidir".

AZƏRTAC xəbər verir ki, bu sözləri Qvadelupanın Azadlığı naminə Xalq Birliyinin Baş katibi Jan-Jakob Bisep həmin birliyin təşkilatçılığı və Bakı Təşəbbüs Qrupunun dəstəyi ilə Fransa müstəmləkəçiliyindən əziyyət çəkən Korsika, Melaneziya, Polineziya, Karib və Antil adalar qrupundan olan şəxslərin iştirakı ilə Bakıda Birinci Qurultay çərçivəsində keçirilən mətbuat konfransı zamanı deyib.

"Bizim səsimiz beynəlxalq səviyyədə eşidiləcək. Fransa özünü insan hüquqları üzrə "çempion" adlandırır, amma məncə o, bəşəriyyətə qarşı cinayətlər üzrə "çempion"dur. Biz bütün bunları beynəlxalq ictimaiyyətə çatdıracağıq", - deyə Jan-Jakob Bisep vurğulayıb.

 

Azərbaycan.-2024.- 19 iyul (№ 150).- S.6.