Mikael Forrest: Bu gün Fransa kolonializmindən əziyyət çəkənlər üçün yeni səhifə açılır

 

 

Bu gün Fransa kolonializmindən əziyyət çəkənlər üçün vacib gündür. Artıq bizim üçün yeni səhifə açılır.

AZƏRTAC xəbər verir ki, bu sözləri Yeni Kaledoniyanın xarici işlər naziri Mikael Forrest Qvadelupanın Azadlığı naminə Xalq Birliyinin təşkilatçılığı və Bakı Təşəbbüs Qrupunun dəstəyi ilə Fransa müstəmləkəçiliyindən əziyyət çəkən Korsika, Melaneziya, Polineziya, Karib və Antil adalar qrupundan olan şəxslərin iştirakı ilə Bakıda birinci Qurultay çərçivəsində keçirilən mətbuat konfransı zamanı söyləyib.

"Biz bir çox istiqamətdə fəaliyyət göstərəcəyik, həmçinin konfranslar təşkil edəcəyik. Bununla da biz özümüzdən, problemlərimizdən danışacağıq səsimizi dünyaya çatdıracağıq. Bu gün burada sizin qarşınızda olan xalqların nümayəndələri bunları edəcəklər”, - deyə Mikael Forrest diqqətə çatdırıb.

 

Azərbaycan.- 2024.- 19 iyul (№ 150).- S.6.